Xəbər verdiyimiz kimi, martın 5-də İrandan Naxçıvana dron hücumu olub.
Bizim.Media xəbər verir ki, İrandan uçan dronlardan biri aeroportun ərazisinə, digəri isə Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ! Molla rejimi iç üzünü GÖSTƏRDİ – Naxçıvana hücum – VİDEO
Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım avtomobilləri cəlb olunub.
Qeyd edək ki, hücum nəticəsində iki mülki şəxs xəsarət alıb. İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb.



Bizim.Media