Telekommunikasiya sektorunda qanunazidd fəaliyyət inzibati məsuliyyət yaradır

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən internet telekommunikasiya xidmətləri göstərən bir qrup operator və provayderlə görüş keçirilib.

Agentlikdən Bizim.Media-ya bildirilib ki, görüşdə telekommunikasiya sektorunda fəaliyyət göstərən subyektlərin qanunvericilikdən irəli gələn öhdəlikləri ətraflı izah edilib və son dövrlərdə aparılan monitorinqlərin nəticələri əsasında mövcud vəziyyət diqqətə çatdırılıb.
 

Bildirilib ki, bəzi provayderlər artıq yalnız telekommunikasiya operatorunun şəbəkəsindən istifadə edərək internet telekommunikasiya xidmətinin pərakəndə satışı ilə kifayətlənməyərək, xidmətlərini mülkiyyətlərində olan telekommunikasiya şəbəkəsi, vasitə və qurğuları, o cümlədən kanalları vasitəsilə təqdim edirlər.


İnternet provayderlərin bu fəaliyyəti telekommunikasiya operatorlarının fəaliyyətinə, “Telekommunikasiya haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunları ilə irəli sürülmüş məcburi tələblərə uyğun təşkil edilməlidir.

Nəzərə almaq lazımdır ki, telekommunikasiya operatorlarının fəaliyyətində irəli sürülmüş tələblərə riayət edilməməsi qanunvericiliyin pozuntusu hesab olunur və inzibati məsuliyyət yaradır.

Bu səbəbdən də telekommunikasiya operatorlarına aid müvafiq fəaliyyəti həyata keçirən internet provayderlər qanunvericiliyə uyğun tədbirlər görməlidir.

Görüşdə, həmçinin internet provayderlərin fəaliyyətinin digər mühüm aspekti olan abunəçilərə dair məlumatlar olan fərdi məlumat informasiya sistemlərinin yaradılması, saxlanılması və istifadəsi məsələləri də xüsusi diqqətə çatdırılıb.

Qeyd olunub ki, operator və provayderlər tərəfindən abunəçilərin şəxsiyyət və əlaqə məlumatları, müqavilə, hesablaşma və ödəniş məlumatları, xidmətlərdən istifadə statistikası, eləcə də digər fərdi məlumatlar toplanılır və müvafiq informasiya sistemlərində emal olunaraq saxlanılır.
 

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, fərdi məlumatların informasiya sistemləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 avqust tarixli, 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatının aparılması Qaydası”na müvafiq olaraq dövlət qeydiyyatına alınmalıdır.


İKTA tərəfindən bildirilib ki, bu tələb məlumat təhlükəsizliyinin təmin edilməsi, fərdi məlumatların qanuni, təhlükəsiz və məqsədyönlü şəkildə emalı, texniki və təşkilati mühafizə tədbirlərinin tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.

Görüşdə qanunvericiliyin tələblərinə əməl olunmamasının inzibati məsuliyyət yaratdığı vurğulanıb, zəruri hallarda qanunazidd fəaliyyətin dayandırılması ilə bağlı aidiyyəti səlahiyyətli orqanlarla birlikdə tədbirlərin də tətbiqinin mümkünlüyü qeyd edilib.

İKTA rəsmiləri, həmçinin bildiriblər ki, uyğunluğun formalaşdırılmasında məqsəd bazarda hüquqi müəyyənliyi və bərabər rəqabət mühitini təmin etməkdir.

Agentlik sektorun bütün iştirakçılarını qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməyə, telekommunikasiya, lisenziya və icazə, fərdi məlumatların qorunması sahəsində normativ tələblərə uyğunluq prosedurlarını həyata keçirməyə dəvət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

“Barselona” onun müqaviləsini YENİLƏDİ

“Barselona” onun müqaviləsini YENİLƏDİ

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Premyer Liqa klubları onu hədəfə aldı

Premyer Liqa klubları onu hədəfə aldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Bu gün problemləri bitəcək BÜRCLƏR

Bu gün problemləri bitəcək BÜRCLƏR

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

Putin: “Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırıq” - VİDEO

Putin: “Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırıq” - VİDEO

Azərbaycanda İctimai Birlik sədri HƏBS EDİLDİ

Azərbaycanda İctimai Birlik sədri HƏBS EDİLDİ

İlham Əliyev Türkmənistanda Putinlə ayaqüstü söhbət etdi - FOTO

İlham Əliyev Türkmənistanda Putinlə ayaqüstü söhbət etdi - FOTO

Tramp: "“Süni intellekt” ifadəsindən istifadə edənlər düşməndir”- FOTO

Tramp: "“Süni intellekt” ifadəsindən istifadə edənlər düşməndir”- FOTO

End of content

No more pages to load

RADİO