ŞAD XƏBƏR: Müəllimlərə ictimai nəqliyyatda 10% güzəşt tətbiq ediləcək

Azərbaycan təhsil sistemində müəllimlərin və digər təhsil işçilərinin sosial rifahının və peşəkar inkişaf imkanlarının artırılması hər zaman prioritet məsələlərdən biridir. Müasir dövrdə təhsil sahəsində effektiv inkişaf yalnız dövlət resursları ilə deyil, həm də özəl sektor və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə mümkündür. Bu əməkdaşlıqlar yeni texnoloji həllərin tətbiqini, maliyyə inklüzivliyinin təmin olunmasını və təhsil işçilərinin gündəlik həyatını asanlaşdıracaq çoxfunksiyalı imkanların yaradılmasını mümkün edir.

Belə təşəbbüslər, eyni zamanda, təhsil işçilərinin motivasiyasının yüksəldilməsinə, onların sosial təminatının gücləndirilməsinə və ölkə təhsil sisteminin dayanıqlı inkişafına birbaşa təsir göstərir.

Bizim.Media “crossmedia.az”a istindla xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun sədri Nicat Məmmədli bildirib.

Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” şirkətinin birgə əməkdaşlığı ilə hazırlanmış TəhsilPlus kartının tətbiqində artıq növbəti mərhələyə start verilib.

Martın 4-də keçirilən “TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” adlı tədbirdə üç dövlət qurumu ilə kartın təhsilin bütün pillələrində çalışan təhsil işçilərinə təqdim olunmasını nəzərdə tutan əməkdaşlıq sənədləri imzalanıb. Tədbir dövlət qurumlarının rəhbər şəxsləri, tərəfdaş təşkilatların nümayəndələri və media təmsilçilərinin iştirakı ilə keçirilib.
 

Açılış nitqi ilə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli bildirib ki, Fond fəaliyyətini dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi, innovativ layihələrin təşviqi və təhsil müəssisələrinin davamlı dəstəklənməsi prinsipləri əsasında qurur.


Onun sözlərinə görə, TələbəPlus kartından sonra TəhsilPlus kartının istifadəyə verilməsi bu strategiyanın davamıdır və təhsil işçiləri üçün vahid, çoxfunksional həll təqdim edir. Nicat Məmmədli həmçinin tətbiq edilən yeniliyə əsasən müəllimlərə ictimai nəqliyyatdan istifadə də 10 faizlik güzəşt imkanı yaradılacağını qeyd edib.

Tədbirdə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə təhsil sistemində aparılan islahatların əsas hədəfinin müəllimlərin sosial rifahının və peşəkar motivasiyasının gücləndirilməsi olduğunu ifadə edib.

O bildirib ki, TəhsilPlus layihəsi ölkə üzrə yüz minlərlə təhsil işçisini vahid çoxfunksiyalı platforma ətrafında birləşdirərək, onların sosial təminat imkanlarını genişləndirəcək, əlavə güzəşt və üstünlüklər təqdim edəcək. Nazir müavini vurğulayıb ki, bu təşəbbüs təhsil siyasətində insan amilinə verilən önəmin real ifadəsidir.
 

Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə çıxışında layihənin önəmindən danışıb. O qeyd edib ki, TəhsilPlus kartı ilə minlərlə təhsil işçisi üçün vahid, çoxfunksiyalı və uzunmüddətli həll yaradılıb. Təqdim edilən güzəştlər, bonus imkanları və tərəfdaş şəbəkəsi onların gündəlik həyatına real töhfə verəcək. Bu layihənin önəmli tərəflərindən biri də onun dövlət-özəl tərəfdaşlığı modeli əsasında qurulmasıdır. Biz inanırıq ki, dayanıqlı inkişaf yalnız birgə əməkdaşlıq nəticəsində mümkündür.


“Mastercard” şirkətinin Biznesin inkişafı üzrə vitse-prezidenti Engin Yaşar innovasiyanın inklüzivliklə paralel şəkildə inkişaf etməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, TəhsilPlus kartı rəqəmsal texnologiyaların təhsil işçilərini təhlükəsiz, çoxfunksiyalı və gələcəyə yönəlik həllərlə gücləndirərək real və davamlı təsir yaratmasının bariz nümunəsidir. Engin Yaşar Azərbaycandakı güclü tərəfdaşlıqlar vasitəsilə maliyyə inklüzivliyini dəstəkləməyə və müasir ödəniş ekosistemlərinə çıxışı genişləndirməyə davam etdiklərini qeyd edib.

Rəsmi çıxışların ardınca, TəhsilPlus kartının tanıtım çarxı nümayiş olunub. Çarxda kartın dizaynı, funksionallığı, tərəfdaş şəbəkəsi üzrə təqdim edilən güzəşt və bonus imkanları, həmçinin “Mastercard Priceless Specials” proqramı çərçivəsində tətbiq olunan endirimlər əks etdirilib.
 

Daha sonra Fondun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov TəhsilPlus kartının tətbiq mexanizmi və funksional imkanları barədə geniş təqdimatla çıxış edib. Tədbirdə iştirak edən korporativ tərəfdaşlara layihəyə qoşulmaqla bağlı çağırış olunub və onların dəstəyinin təhsil işçiləri üçün yaradılan imkanların daha da genişlənməsinə töhfə verəcəyi qeyd edilib.


Tədbir çərçivəsində Təhsilin İnkişafı Fondu ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq sənədləri imzalanıb. İmzalanmış sənədlər TəhsilPlus kartının təhsilin bütün pillələrində tətbiqinin təmin olunmasına xidmət edir.

Sonda 2022-2025-ci illərdə keçirilmiş sertifikatlaşdırma imtahanlarında maksimum nəticə (60/60 bal) göstərmiş 10 müəllimə TəhsilPlus kartları təqdim olunub. Müxtəlif fənlər üzrə Bakı şəhəri və Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri kartın ilk istifadəçiləri olublar.

Qeyd edək ki, təhsilin bütün pillələri üzrə çalışan ümumilikdə 450 minə yaxın pedaqoji və inzibati heyət TəhsilPlus kartından istifadə imkanı əldə edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-ın İran hərbi gəmisinə endirdiyi zərbə nəticəsində 80 nəfər HƏLAK OLUB - VİDEO

ABŞ-ın İran hərbi gəmisinə endirdiyi zərbə nəticəsində 80 nəfər HƏLAK OLUB - VİDEO

Bakıda məşhur restoran SÖKÜLƏCƏK - Qaz xəttinin üzərində tikilibmiş

Bakıda məşhur restoran SÖKÜLƏCƏK - Qaz xəttinin üzərində tikilibmiş

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan ekstradisiya EDİLDİ

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan ekstradisiya EDİLDİ

"Qarabağ" - "Şamaxı" matçının START HEYƏTRLƏRİ

"Qarabağ" - "Şamaxı" matçının START HEYƏTRLƏRİ

İranı əslində o idarə edir

İranı əslində o idarə edir

Xameneinin sağlığında dediyi sözlər GÜNDƏM OLDU - VİDEO

Xameneinin sağlığında dediyi sözlər GÜNDƏM OLDU - VİDEO

“Qarabağ” “Şamaxı”ya qarşı

“Qarabağ” “Şamaxı”ya qarşı

Manaf Cəlilzadəyə hökm oxundu

Manaf Cəlilzadəyə hökm oxundu

İran Trampa sui-qəsd hazırlayıbmış... - Heqsetdən SENSASİON AÇIQLAMA

İran Trampa sui-qəsd hazırlayıbmış... - Heqsetdən SENSASİON AÇIQLAMA

Əməkdar artist Kübra Əliyeva evində ziyarət olundu

Əməkdar artist Kübra Əliyeva evində ziyarət olundu

Sumqayıtda 64 yaşlı kişi güllələndi

Sumqayıtda 64 yaşlı kişi güllələndi

“İmişli” niyə ev oyunlarını Qubada, “Quba” isə İmişlidə oynayır? - RƏSMİ AÇIQLAMA

“İmişli” niyə ev oyunlarını Qubada, “Quba” isə İmişlidə oynayır? - RƏSMİ AÇIQLAMA

Bulvarda qazıntı işləri aparılacaq

Bulvarda qazıntı işləri aparılacaq

Bəhreyn hərbi əməliyyatlarda iştirak etmək üçün QOŞUN TOPLAYIR

Bəhreyn hərbi əməliyyatlarda iştirak etmək üçün QOŞUN TOPLAYIR

ABŞ-ın müharibə naziri: “Hələ təzə başlamışıq” – VİDEO

ABŞ-ın müharibə naziri: “Hələ təzə başlamışıq” – VİDEO

Məmura saxta mükafat verən “jurnalist” həbs edildi

Məmura saxta mükafat verən “jurnalist” həbs edildi

Hava daşımaları ilə bağlı yeni qaydalar TƏSDİQLƏNDİ – FƏRMAN

Hava daşımaları ilə bağlı yeni qaydalar TƏSDİQLƏNDİ – FƏRMAN

Şahin Mustafayev və iranlı nazir arasında TELEFON DANIŞIĞI

Şahin Mustafayev və iranlı nazir arasında TELEFON DANIŞIĞI

Tehran dəhşətli bombardman altında – ANBAAN VİDEO

Tehran dəhşətli bombardman altında – ANBAAN VİDEO

“İntriqa sonadək davam etdi” – Şahdağda Avropa çempionu olan idmançı

“İntriqa sonadək davam etdi” – Şahdağda Avropa çempionu olan idmançı

SON DƏQİQƏ: Livandan İsrailə bir neçə PUA buraxıldı

SON DƏQİQƏ: Livandan İsrailə bir neçə PUA buraxıldı

Əli Mirəliyev: “Ruhəngiz ruhi xəstədir!” – ÖZƏL

Əli Mirəliyev: “Ruhəngiz ruhi xəstədir!” – ÖZƏL

Tələbələrin NƏZƏRİNƏ – Bütün fakültələrdə bu dərslər keçilə bilər

Tələbələrin NƏZƏRİNƏ – Bütün fakültələrdə bu dərslər keçilə bilər

Ərdoğanın administrasiyasından İrana SƏRT REAKSİYA: "Cavab veriləcək!" - FOTO

Ərdoğanın administrasiyasından İrana SƏRT REAKSİYA: "Cavab veriləcək!" - FOTO

End of content

No more pages to load

RADİO