BİZİM TƏQVİM: Martın 5-də baş vermiş tarixi hadisələr

Hər il 5 mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan prezidenti İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən keçirilir.  
 

Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci  il  martın  5-də dövrün ölkə prezidenti Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.


Prezident İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbər seçilməsindən sonra ölkədə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı.

Bəs, martın 5-də daha hansı hadisələr baş verib?

1. 5 mart 1912-ci ildə İtaliya ordusu ilk dəfə olaraq hava balonlarından hərbi məqsədlə istifadə etdi. Belə ki, italiyalılar bu təyyarələri Türkiyənin müdafiə xətlərində kəşfiyyat aparmaq üçün göndərdilər.

2. 5 mart 1933-cü ildə Almaniyada keçirilmiş seçkilərdə Milli Sosialist Alman İşçi Partiyası səslərin 43,9 faizini qazanaraq hakimiyyətə gəldi.

3. 1933-cü ilin 5 mart tarixində “ABŞ böyük böhranı”nın nəticəsi olaraq ölkə prezidenti Franklin Ruzvelt bütün bankları bağladı və maliyyə əməliyyatlarını dayandırdı.
 

4. 1979-cu ilin bu günündə “Voyager-1” adlı kosmik aparat ilk dəfə Yupiter planetinə yaxınlaşıb. Yupiter və Saturnun öyrənilməsi üçün nəzərdə tutulan aparat bu planetlərin və onların peyklərinin ilk dəfə müfəssəl şəkillərini çəkməyə nail olub.


5. 5 mart 1992-ci ildə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında Xocalı faciəsi ilə bağlı müzakirələrə başlanılıb.    

5 martda həm də bu şəxsiyyətlər xatırlanır:

1. 5 mart keçmiş SSRİ-nin Baş katibi Stalinin vəfatı günüdür. Əsil adı İosif Vissarionoviç Cuqaşvili olan Stalin 30 ilə yaxın Sovet İttifaqına rəhbərlik edib.  Son dərəcə ziddiyyətli şəxsiyyət olan Stalin tarixin yaddaşında həm İkinci Dünya Müharibəsində qazanılan qələbənin görkəmli rəhbəri, həm də 15 sovet respublikası xalqlarını qan içində boğan, dəhşətli repressiyalara yol verən diktator kimi qalıb (1879-1953).

2. 5 mart Rusiyanın məhşur şairəsi Anna Axmatovanın xatirə günüdür  Birinci Dünya Müharibəsi illərində vətənpərvərlik ruhunda şeirlər yazan Anna Axmatova yaradıcılığının zirvəsi “Qəhrəmansız poema” adlı lirik-epik əsəri sayılır. Onun şeirləri forma kamilliyi, ahəngdarlığı və dərin lirizmi ilə seçilir. (1889-1966).

3. 5 mart 1925-ci ildə şair, ədəbiyyatşünas İsmayıl Cəfərpur (1925-1977) anadan olub.
 

4. 5 mart 1936-cı ildə tanınmış ədəbiyyatşünas, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yaşar Qarayev (1936 - 25.8.2002) doğulub. Milli realizmin təsnifi və tipologiyası, orta əsrlər və XX əsr romantizminin poetikasına dair dəyərli tədqiqatların müəllifidir.


5. 5 mart 1947-ci ildə  filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı Qubada doğulub. Kitabları: “Dədə Qorqudun qəbrinin izi ilə”, “Mirzə Fətəli Axundzadə və Qərbi Avropa ədəbi-nəzəri fikri” və s.

6. 5 mart 1957-ci  ildə Xalq artisti Səidə Quliyeva Bakıda anadan olub. Televiziya tamaşalarında (“Atayevlər ailəsində”, “Bala-başa bəla”), filmlərdə (“Yaramaz”, “Fransız” və s.) maraqlı rollar oynayıb, filmlərin dublyajında iştirak edir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrailə raket buraxmağa hazırlaşan İran qurğusu belə məhv edildi – ANBAAN VİDEO

İsrailə raket buraxmağa hazırlaşan İran qurğusu belə məhv edildi – ANBAAN VİDEO

“Bitcoin”in qiyməti 73 min dollara yaxınlaşdı

“Bitcoin”in qiyməti 73 min dollara yaxınlaşdı

Azərbaycan Kuboku: Yarımfinala çıxacaq son 2 komanda bu gün müəyyənləşəcək

Azərbaycan Kuboku: Yarımfinala çıxacaq son 2 komanda bu gün müəyyənləşəcək

Xırdalan sakinlərinin NƏZƏRİNƏ - Bakının mərkəzinə marşrut xətti açılır? – Rəsmi CAVAB

Xırdalan sakinlərinin NƏZƏRİNƏ - Bakının mərkəzinə marşrut xətti açılır? – Rəsmi CAVAB

Tələbə olmaq istəyənlərin nəzərinə! - Vaxt başa çatır

Tələbə olmaq istəyənlərin nəzərinə! - Vaxt başa çatır

Şəkidə 64 yaşlı kişini “tok” öldürdü

Şəkidə 64 yaşlı kişini “tok” öldürdü

DİQQƏT! Saat 00:00-dan su kəsiləcək – BU ƏRAZİLƏRDƏ

DİQQƏT! Saat 00:00-dan su kəsiləcək – BU ƏRAZİLƏRDƏ

“İmparator”un 12 yaşlı qızı 1.80 m boyu ilə təəccübləndirdi – FOTO

“İmparator”un 12 yaşlı qızı 1.80 m boyu ilə təəccübləndirdi – FOTO

Doğma anasının qətlini sifariş etdi - DETALLAR

Doğma anasının qətlini sifariş etdi - DETALLAR

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Makrondan Netanyahuya ÇAĞIRIŞ: “Quru əməliyyatından ÇƏKİNİN”

Makrondan Netanyahuya ÇAĞIRIŞ: “Quru əməliyyatından ÇƏKİNİN”

Polis Sabirabadda əməliyyat keçirdi – TUTULAN VAR – FOTO

Polis Sabirabadda əməliyyat keçirdi – TUTULAN VAR – FOTO

İran Bəhreyndə Amazon-un data mərkəzinə zərbə endirdi - VİDEO

İran Bəhreyndə Amazon-un data mərkəzinə zərbə endirdi - VİDEO

İran İsraili atom reaktorunu partlatmaqla HƏDƏLƏDİ

İran İsraili atom reaktorunu partlatmaqla HƏDƏLƏDİ

İsraildən Hizbullahla bağlı etiraf: Səhvə yol verdik!

İsraildən Hizbullahla bağlı etiraf: Səhvə yol verdik!

Xameneinin ölümünə 54 milyon dollarlıq mərc qoyubmuşlar

Xameneinin ölümünə 54 milyon dollarlıq mərc qoyubmuşlar

Abituriyentlərlə bağlı YENİ TƏKLİF - “Universitetə qəbul asanlaşdırılır, dərslər isə...”

Abituriyentlərlə bağlı YENİ TƏKLİF - “Universitetə qəbul asanlaşdırılır, dərslər isə...”

Tehran alovlar içində - VİDEO

Tehran alovlar içində - VİDEO

Azərbaycanda bəzi avtomobillər bahalaşır

Azərbaycanda bəzi avtomobillər bahalaşır

Qatığa 1 qaşıq töküb yeyin — Sümükləriniz dəmir kimi möhkəm olacaq

Qatığa 1 qaşıq töküb yeyin — Sümükləriniz dəmir kimi möhkəm olacaq

Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət etdi – FOTO

Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət etdi – FOTO

Rəqs edərək ev təqdim edən "Makler bibi" vəfat etdi

Rəqs edərək ev təqdim edən "Makler bibi" vəfat etdi

İran raketləri Tel-Əvivi belə vurdu – ANBAAN VİDEO

İran raketləri Tel-Əvivi belə vurdu – ANBAAN VİDEO

Dayanmadan qar yağacaq, 10 dərəcə şaxta olacaq – Bu günün HAVASI

Dayanmadan qar yağacaq, 10 dərəcə şaxta olacaq – Bu günün HAVASI

End of content

No more pages to load

RADİO