Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, martın 3-də Xətai rayonu ərazisində bir nəfərin kəsici alətlə xəsarət alması və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Eldar İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media