ADY qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qazax-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Belə ki, 20, 22, 29 və 30 mart tarixlərində hər iki istiqamətə səfərlər təşkil ediləcək. Biletləri dəmiryol kassalarından, ADY-nin saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.

Bizim.Media