Çinin Şantou şəhərindəki (Quandun əyaləti) zooparkda şir 10 yaşlı məktəbli qızı qəfəsinə sürükləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Shanghai Daily nəşri məlumat yayıb.
Bildirilir ki, azyaşlı qız heyvanı metal barmaqlıqlar arasından yemləmək üçün həddən artıq yaxınlaşıb. Həmin anda şir onun şalvarından tutaraq içəri – qəfəsə tərəf dartıb.
Xoşbəxtlikdən, hadisə faciə ilə nəticələnməyib. Yaxınlıqda olan bir kişi operativ reaksiya verərək qızı dərhal bayıra çıxarıb.
Uşaq daha sonra xəstəxanaya aparılıb. Ona yaralara tibbi müdaxilə göstərilib və quduzluğa qarşı peyvənd vurulub.
Hadisədən sonra zoopark müvəqqəti bağlanıb. Müəssisə əməkdaşları isə ziyarətçiləri yırtıcı heyvanlara həddindən artıq yaxın buraxmaqda ittiham edilərək müvəqqəti olaraq işdən uzaqlaşdırılıb.
Bizim.Media