Ərini öldürən qadın məhkəmə zalından azadlığa buraxıldı

Bakı Apellyasiya Məhkəməsində ərini ehtiyatsızlıq nəticəsində öldürməkdə ittiham olunan Raidə Mahmudovanın barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya protesti təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.2 və 5.3-cü bəndləri tətbiq edilməklə dəyişdirilib və qadın təqsirli bilindiyi Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan azad olunub. Raidə Mahmudova barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunub.

İttihamda yazılıb ki, Raidə Mahmudova Xətai rayonu ərazisində birgə yaşadığı mənzildə aralarında yaranan mübahisə zamanı əri Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr endirib, daha sonra onu çarpayıdan yerə itələyib. Nəticədə Hacı Mahmudov aldığı xəsarətlərdən ölüb.

Bu əmələ görə prokurorluq Raidə Mahmudovaya Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb. Lakin məhkəmə bu ittihamı təsdiq etməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrlik etdiyi məhkəmə kollegiyası hesab edib ki, hadisə Cinayət Məcəlləsinin daha yüngül - 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə uyğundur. Hökmə əsasən, Raidə Mahmudova cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (Pravda.az)

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan kubokunda ilk yarımfinalçı BƏLLİ OLUR

Azərbaycan kubokunda ilk yarımfinalçı BƏLLİ OLUR

Laçın-Şuşa yolunda QƏZA: ÖLƏN və xəsarət alan var

Laçın-Şuşa yolunda QƏZA: ÖLƏN və xəsarət alan var

ABŞ Küveytdəki səfirliyini bağladı

ABŞ Küveytdəki səfirliyini bağladı

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Opera və Balet Teatrının 4 il əvvəl başlayan təmiri nə vaxt YEKUNLAŞACAQ? – Rəsmi AÇIQLAMA

Opera və Balet Teatrının 4 il əvvəl başlayan təmiri nə vaxt YEKUNLAŞACAQ? – Rəsmi AÇIQLAMA

ABŞ Bəhreyn, İraq və İordaniyadan səfirlik əməkdaşlarını təxliyə edir

ABŞ Bəhreyn, İraq və İordaniyadan səfirlik əməkdaşlarını təxliyə edir

Trampdan məxfi TELEFON ZƏNGİ - Kürd qruplaşmaları İrana hücuma HAZIRLAŞIR?

Trampdan məxfi TELEFON ZƏNGİ - Kürd qruplaşmaları İrana hücuma HAZIRLAŞIR?

ABŞ-ın Küveytdəki hərbi bazası tamamilə məhv edilib - VİDEO

ABŞ-ın Küveytdəki hərbi bazası tamamilə məhv edilib - VİDEO

İrandan bəzi məhsulların ixracına QADAĞA

İrandan bəzi məhsulların ixracına QADAĞA

İranın hücumu: Varlılar Avropa üçün fantastik məbləğ ödəyir

İranın hücumu: Varlılar Avropa üçün fantastik məbləğ ödəyir

Nazir İradə Xəlilovaya VƏZİFƏ VERDİ

Nazir İradə Xəlilovaya VƏZİFƏ VERDİ

Vens: “İraq və Əfqanıstan ssenarisi İranda təkrarlanmayacaq” – VİDEO

Vens: “İraq və Əfqanıstan ssenarisi İranda təkrarlanmayacaq” – VİDEO

AYNA yollarda nişanlanma işlərinə 30 milyona yaxın vəsait xərcləməyi planlaşdırır

AYNA yollarda nişanlanma işlərinə 30 milyona yaxın vəsait xərcləməyi planlaşdırır

Tramp: “Məhdudiyyətsiz sursat ehtiyatımız var, müharibələri “əbədi” apara bilərik”

Tramp: “Məhdudiyyətsiz sursat ehtiyatımız var, müharibələri “əbədi” apara bilərik”

ABŞ Patriot və THAAD sistemlərini Cənubi Koreyadan Yaxın Şərqə GƏTİRƏCƏK?

ABŞ Patriot və THAAD sistemlərini Cənubi Koreyadan Yaxın Şərqə GƏTİRƏCƏK?

Kredit borcuna görə qohumlara zəng etmək - QANUNİDİRMİ?

Kredit borcuna görə qohumlara zəng etmək - QANUNİDİRMİ?

Qızıl və gümüş yenə BAHALAŞDI

Qızıl və gümüş yenə BAHALAŞDI

Mbappé ilk dəfə sükan arxasına keçdi

Mbappé ilk dəfə sükan arxasına keçdi

Prezident Bakı Konqres Mərkəzində mühüm iclasda iştirak edir - VİDEO

Prezident Bakı Konqres Mərkəzində mühüm iclasda iştirak edir - VİDEO

İsraildən paralel hücum – Tehran və Beyrut hədəf alındı – VİDEO

İsraildən paralel hücum – Tehran və Beyrut hədəf alındı – VİDEO

ADY bayram günlərində Bakı-Qazax-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir – FOTO

ADY bayram günlərində Bakı-Qazax-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir – FOTO

Zelenski: “Biz ukraynalılara məxsus heç nəyi Rusiyaya verməyəcəyik”

Zelenski: “Biz ukraynalılara məxsus heç nəyi Rusiyaya verməyəcəyik”

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq

End of content

No more pages to load

RADİO