Hazırda İrandan Azərbaycan sərhədi vasitəsilə 39 Rusiya vətəndaşı təxliyə olunub.
Bu barədə Bizim.Media Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin məlumatına istinadən xəbər yayıb.
Səfirliyin açıqlamasında bildirilir ki, 1 mart 2026-cı il tarixində Rusiya vətəndaşlarının İran–Azərbaycan dövlət sərhədini “Astara” buraxılış məntəqəsi vasitəsilə mütəşəkkil keçidi başlayıb.
“Hazırkı məlumata görə, 39 Rusiya Federasiyası vətəndaşı sərhədi keçib. Bakıda Rusiya səfirliyinin əməkdaşları Azərbaycan hakimiyyəti ilə sıx koordinasiya şəraitində soydaşlara hərtərəfli dəstək göstərməyə davam edirlər”, — deyə məlumatda qeyd olunub.
Bizim.Media