Güclü qarın bağladığı Quba-Xınalıq yolunda bir xətt açılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon mərkəzinə və oradan da əks istiqamətə nəqliyyatın hərəkəti qismən təmin olunub.
Quba 5 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov Bizim.Media-ya bildirib ki, qarşıdakı gün hava şəraitl imkan verərsə, yolun qardan tam təmizlənməsi işləri başa çatdırılacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.