"Mediada Azərbaycan dili" mövzusunda təlimlərin növbəti mərhələsi KEÇİRİLDİ - FOTO

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.

Bizim.Media xəbər verir ki, təlimin səkkizinci günündə ustad dərslərini Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva, Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov, Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Təranə İsmayıl keçiblər.

Bu dəfə təlim “Dilin saflığında tənzimləyici qurumun rolu və onlayn mediada ədəbi tələffüz normalarının qorunması problemləri” mövzusuna həsr edilib.

Təlim çərçivəsində Fazil Novruzov media sahəsində dövlət dilinin qorunması ilə bağlı mövcud normativ bazadan və nəzarət mexanizmlərindən danışıb. O, “Media haqqında” Qanunda və digər hüquqi sənədlərdə dil normaları ilə bağlı xüsusi müddəaların əks olunduğunu bildirib və bu qaydalara praktikada əməl edilməsi mövzusuna toxunub.

Fazil Novruzov vurğulayıb ki, tənzimləyici qurum olaraq əsas vəzifələri nəzarətdir. Bu nəzarət isə proqramların monitorinqi, eləcə də dil normalarına, “Media haqqında” və “Reklam haqqında” qanunların tələblərinə əməl edilib-edilməməsi ilə bağlıdır.

Həmçinin diqqətə çatdırılıb ki, televiziya normativ və etalon rolunu oynayır. Son dövrlərdə televiziya verilişləri çox tənqid edilir. Buna əsas səbəb eyni mövzulara toxunulması və sosial mediada yayılan dil qüsurlarının efirə daşınmasıdır.

Təlimdə Media İnkişaf Agentliyi, Audiovizual Şura, Dilçilik İnstitutu, Teleradio Akademiyası, eləcə də BDU-nun Jurnalistika və Filologiya fakültələrinin nümayəndələrinin bir araya gəlməsinin vacibliyi önə çəkilib. Elm, dil və media sahəsində birgə müzakirələrin aparılmasının zəruriliyi vurğulanıb, media dili ilə bağlı kitabın hazırlanmasının mümkünlüyü qeyd olunub.

Təlimdə Sevinc Əliyeva bildirib ki, nitq ədəbi dil normaları əsasında formalaşmalıdır və dilin ahəngliyi qorunmalıdır. O deyib ki, televiziya və radio aparıcılarının tələffüzü cəmiyyət üçün nümunədir və orfoepik qaydalara riayət edilməsi xüsusi əhəmiyyət daşıyır. Üslub məsələsinə də toxunan Sevinc Əliyeva diqqətə çatdırıb ki, dil subyektiv baxışlarla səciyyələnir, onun qorunması və inkişafı hər birimizin borcudur.

Professor iştirakçılara onların yalnız nitqdə deyil, davranış və geyim mədəniyyətində də tamaşaçıya örnək olduqlarını söyləyib.

Təlim zamanı Təranə İsmayıl bütün redaksiyalarda vahid lüğətin olmasını və materialların həmin mənbəyə istinad edilməklə hazırlanmasının vacibliyindən danışıb. Diqqətə çatdırılıb ki, hazırda bir çox redaksiyalarda korrektə işi demək olar ki, yox səviyyəsindədir. O yazı materiallarında orfoqrafik səhvlərə çox rast gəlindiyini qeyd edib.

Təlim çərçivəsində “Səsimiz kimin əlindədir?” mövzusu da müzakirə olunub. Bildirilib ki, bir vaxtlar aparıcının səsi norma və ölçü meyarı hesab edilirdi, bu gün isə hər kəs canlı yayıma çıxır, fikir bildirir.

Təranə İsmayıl hazırda əsas problemlərdən birinin “c” və “ç” səslərinin düzgün tələffüz olunmaması ilə bağlı olduğunu da diqqətə çatdırıb. O, bu məsələyə xüsusi diqqət yetirilməsinin vacib olduğunu söyləyib.

Xatırladaq ki, təlimlərin keçirilməsinin əsas məqsədi mediada Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma çərçivəsində istifadəsinin təşviq edilməsidir.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BMT-nin Baş katibi tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa ÇAĞIRDI

BMT-nin Baş katibi tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa ÇAĞIRDI

Pullu iftar süfrələrinin təşkili GÜNAHDIR?

Pullu iftar süfrələrinin təşkili GÜNAHDIR?

Dubayın 5 ulduzlu hotelinə raket düşüb, ölənlər var - VİDEO

Dubayın 5 ulduzlu hotelinə raket düşüb, ölənlər var - VİDEO

SEPAH Yaxın Şərqdəki Amerika bazalarına yeni hücum dalğası BAŞLADIB

SEPAH Yaxın Şərqdəki Amerika bazalarına yeni hücum dalğası BAŞLADIB

Xınalıq yolu qismən AÇILDI - VİDEO

Xınalıq yolu qismən AÇILDI - VİDEO

İran Dubaya HÜCUM EDİR: Hotel və yaşayış binasına raket düşüb - VİDEO

İran Dubaya HÜCUM EDİR: Hotel və yaşayış binasına raket düşüb - VİDEO

Britaniya Yaxın Şərqdə İran hücumlarının dəf edilməsində İŞTİRAK EDİR

Britaniya Yaxın Şərqdə İran hücumlarının dəf edilməsində İŞTİRAK EDİR

Beş ölkə İranda baş verənlərlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını TƏLƏB ETDİ

Beş ölkə İranda baş verənlərlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını TƏLƏB ETDİ

İsrail İrana qarşı genişmiqyaslı hücumu YEKUNLAŞDIRDI

İsrail İrana qarşı genişmiqyaslı hücumu YEKUNLAŞDIRDI

Əraqçi: “İranın bütün rəsmi şəxsləri sağ-salamatdır” - VİDEO

Əraqçi: “İranın bütün rəsmi şəxsləri sağ-salamatdır” - VİDEO

İran ABŞ-ın Bəhreyn və Küveytdəki bazalarını raketlə vurdu - VİDEO

İran ABŞ-ın Bəhreyn və Küveytdəki bazalarını raketlə vurdu - VİDEO

SON DƏQİQƏ: Neft BAHALAŞDI

SON DƏQİQƏ: Neft BAHALAŞDI

“Şamaxı” – “Neftçi” oyununda heç-heçə - VİDEO

“Şamaxı” – “Neftçi” oyununda heç-heçə - VİDEO

SEPAH generalından Trampa: “Heç vaxt görmədiyi silahları təqdim edəcəyik” - VİDEO

SEPAH generalından Trampa: “Heç vaxt görmədiyi silahları təqdim edəcəyik” - VİDEO

ABŞ və İsrailin İrana dördüncü hücum dalğası BAŞLAYIB - VİDEO

ABŞ və İsrailin İrana dördüncü hücum dalğası BAŞLAYIB - VİDEO

Putin İran ətrafındakı vəziyyətlə bağlı Təhlükəsizlik Şurasını TOPLADI

Putin İran ətrafındakı vəziyyətlə bağlı Təhlükəsizlik Şurasını TOPLADI

"Mediada Azərbaycan dili" mövzusunda təlimlərin növbəti mərhələsi KEÇİRİLDİ - FOTO

"Mediada Azərbaycan dili" mövzusunda təlimlərin növbəti mərhələsi KEÇİRİLDİ - FOTO

Əraqçi Tramp və Netanyahunu HƏDƏLƏDİ: “Layiq olduqları dərs veriləcək”

Əraqçi Tramp və Netanyahunu HƏDƏLƏDİ: “Layiq olduqları dərs veriləcək”

Qaradağda ƏMƏLİYYAT: 66 kiloqram narkotik aşkarlandı - VİDEO

Qaradağda ƏMƏLİYYAT: 66 kiloqram narkotik aşkarlandı - VİDEO

İranda qızlar məktəbində ölənlərin sayı ARTIR - VİDEO

İranda qızlar məktəbində ölənlərin sayı ARTIR - VİDEO

Azərbaycan bu ölkələrə 23 tondan çox qurbağa əti SATDI

Azərbaycan bu ölkələrə 23 tondan çox qurbağa əti SATDI

İran Qətərə yenə raket atıb - ANBAAN VİDEO

İran Qətərə yenə raket atıb - ANBAAN VİDEO

"Qəbələ" - "Karvan-Yevlax" matçının START HEYƏTLƏRİ

"Qəbələ" - "Karvan-Yevlax" matçının START HEYƏTLƏRİ

Abu Dabi raketlə vuruldu - FOTO

Abu Dabi raketlə vuruldu - FOTO

End of content

No more pages to load

RADİO