Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli rayonu, Əlyetməzli kəndində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İmişli Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bizim.Media