Azərbaycan və Türkmənistan arasında siyasi məsləhətləşmələr KEÇİRİLDİ - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov fevralın 27-də Türkmənistanın xarici işlər nazirinin müavini Ahmet Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüş zamanı, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində siyasi dialoqun dinamik inkişafı məmnunluqla qeyd olunub, ali və yüksək səviyyəli səfərlərin və təmasların əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, ötən il Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərləri və əldə olunmuş nəticələr məmnunluqla xatırlanıb.
 

Görüş zamanı, Azərbaycan və Türkmənistan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin xarakterinə uyğun olaraq, ticarət-iqtisadiyyat, enerji, nəqliyyat və logistika, o cümlədən Xəzər dənizində əməkdaşlıq, humanitar və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib və perspektivləri müzakirə edilib.


Bu çərçivədə Azərbaycan və Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb. Ötən il Türkmənistanın Azərbaycanda, bu il isə Azərbaycanın Türkmənistanda mədəniyyət günlərinin təşkilinin əhəmiyyəti qeyd olunub, bununla yanaşı, xalçaçılıq və atçılıq kimi ortaq dəyərlərimizin təbliğatının vacibliyi diqqətə çatdırılıb.
Eyni zamanda, regional və beynəlxalq gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsi aparılıb, çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

İki xalq arasında arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin bundan sonra Azərbaycan ilə Türkmənistan arasında tərəfdaşlıq münasibətləri zəminində daha da inkişaf edəcəyinə dair həmfikirlik ifadə olunub.

Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə Azərbaycan və Türkmənistan Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Samir Şərifov, Türkmənistan tərəfindən isə xarici işlər nazirinin müavini Ahmet Qurbanov başçılıq edib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hoteldə nöqsanlar aşkarlandı, fəaliyyəti dayandırıldı - FOTO/VİDEO

Hoteldə nöqsanlar aşkarlandı, fəaliyyəti dayandırıldı - FOTO/VİDEO

Şamaxıdakı zəlzələnin anbaan görüntüləri - VİDEO

Şamaxıdakı zəlzələnin anbaan görüntüləri - VİDEO

Qanun bu alətlərin təhlükəsini yox, adını ÜSTÜN tutur – Hansı silahlar reklam oluna bilməz?

Qanun bu alətlərin təhlükəsini yox, adını ÜSTÜN tutur – Hansı silahlar reklam oluna bilməz?

“Zirə” “Araz Naxçıvan”I məğlub etdi - VİDEO

“Zirə” “Araz Naxçıvan”I məğlub etdi - VİDEO

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub - FOTO

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub - FOTO

General işdən getmək üçün raport yazdı - SƏBƏB

General işdən getmək üçün raport yazdı - SƏBƏB

İmişlidə güclü yanğın BAŞLAYIB

İmişlidə güclü yanğın BAŞLAYIB

Efiopiyanın Baş nazirindən Azərbaycan dilində PAYLAŞIM - VİDEO

Efiopiyanın Baş nazirindən Azərbaycan dilində PAYLAŞIM - VİDEO

SON DƏQİQƏ: Şamaxıda yenə zəlzələ oldu

SON DƏQİQƏ: Şamaxıda yenə zəlzələ oldu

ABŞ-İran xəttində RAZILAŞMA SİQNALLARI – Vaşinqton hücum planını TƏXİRƏ SALIR?

ABŞ-İran xəttində RAZILAŞMA SİQNALLARI – Vaşinqton hücum planını TƏXİRƏ SALIR?

Kamilo Durandan “Qarabağ”a MÜJDƏ

Kamilo Durandan “Qarabağ”a MÜJDƏ

Azərbaycan və Türkmənistan arasında siyasi məsləhətləşmələr KEÇİRİLDİ - FOTO

Azərbaycan və Türkmənistan arasında siyasi məsləhətləşmələr KEÇİRİLDİ - FOTO

Üç bürcün tezliklə əlinə elə bir fürsət düşəcək ki... - Əldən verməyin

Üç bürcün tezliklə əlinə elə bir fürsət düşəcək ki... - Əldən verməyin

Sabunçu Tibb Mərkəzinin nəzdindəki Maştağa Xəstəxanasında növbəti sosial aksiya - FOTO

Sabunçu Tibb Mərkəzinin nəzdindəki Maştağa Xəstəxanasında növbəti sosial aksiya - FOTO

Nazilə Səfərliyə AĞIR İTKİ - FOTO

Nazilə Səfərliyə AĞIR İTKİ - FOTO

Çin İsraildəki vətəndaşlarını təhlükəsizlik tədbirlərini gücləndirməyə ÇAĞIRDI

Çin İsraildəki vətəndaşlarını təhlükəsizlik tədbirlərini gücləndirməyə ÇAĞIRDI

Rusiyada heyvanlar arasında xəstəlik YAYILDI - Ölkəmizə idxal dayandırılıb? – RƏSMİ AÇIQLAMA

Rusiyada heyvanlar arasında xəstəlik YAYILDI - Ölkəmizə idxal dayandırılıb? – RƏSMİ AÇIQLAMA

Ölkə ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları AŞKARLANDI

Ölkə ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları AŞKARLANDI

Ginnesin Rekordlar Kitabına düşmüşdü, - Sahildə ölü tapıldı - FOTO

Ginnesin Rekordlar Kitabına düşmüşdü, - Sahildə ölü tapıldı - FOTO

Daha bir ölkə vətəndaşlarını İrana səfər etməməyə ÇAĞIRDI

Daha bir ölkə vətəndaşlarını İrana səfər etməməyə ÇAĞIRDI

Bakının 20-dən çox istiqamətində SIXLIQ VAR

Bakının 20-dən çox istiqamətində SIXLIQ VAR

Efiopiyanın baş nazirindən Prezidentə: “Dostlarınız Sizinlə qürur duyur və Sizdən bir çox şeyləri öyrənirlər”

Efiopiyanın baş nazirindən Prezidentə: “Dostlarınız Sizinlə qürur duyur və Sizdən bir çox şeyləri öyrənirlər”

Konfrans Liqasında 1/8 final mərhələsinin PÜŞKÜ ATILDI

Konfrans Liqasında 1/8 final mərhələsinin PÜŞKÜ ATILDI

“Leobank” istifadəçilərindən NARAZILIQ - Köçürülən vəsaitlər karta oturmur - FOTOFAKT

“Leobank” istifadəçilərindən NARAZILIQ - Köçürülən vəsaitlər karta oturmur - FOTOFAKT

End of content

No more pages to load

RADİO