Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

Azərbaycanda proaktiv dövlət xidmətlərinə keçid və bütün dövlət xidmətlərinin "Mygov" və "Mygov Biznes" platformaları (portal və mobil tətbiqləri) vasitəsilə göstərilməsi nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, "vahid məlumat idarəçiliyi" yanaşmasının tətbiqi, məlumatların dövlət orqanları (qurumları) tərəfindən alınmasında "yalnız bir dəfə" prinsipinin reallaşdırılması, vençur maliyyələşmə və kraudfandinq münasibətlərinin hüquqi tənzimlənməsi, "mələk investorlar" institutunun təşviqi və tətbiqi, texnoparklarda rezidentlik şərtlərinin sadələşdirilməsi və yerli innovativ məhsulların dövlət satınalmalarında dəstəklənməsi, qlobal istedadları cəlb etmək üçün "rəqəmsal səyyah" vizasının tətbiqi, müstəqil mütəxəssislərin hüquqi statusunun müəyyən edilməsi, miqrasiya prosedurlarının sadələşdirilməsi, İKT, süni intellekt və informasiya təhlükəsizliyi üzrə mütəxəssislərin bilik və bacarıqlarının artırılması, dövlət informasiya ehtiyatlarının və sistemlərinin "Hökumət buludu"na tam miqrasiyası, maliyyə xidmətlərinin rəqəmsallaşması, elektron ticarət və informasiya təhlükəsizliyi sahələri üzrə normativ hüquqi aktların tamamilə yenilənməsi nəzərdə tutulur.
 

Fəaliyyət Planı, ilk növbədə, ölkədə rəqəmsal inkişaf sahəsində mövcud vəziyyətə və qlobal trendlərə əsaslanaraq müəyyənləşdirilən prioritet istiqamətlər və tədbirlər planı vasitəsilə sözügedən sahədə strateji məqsədlərə və göstəricilərə nail olmağı hədəfləyir.


Fəaliyyət Planında müasir texnologiyaların inkişafını təmin etmək üçün dövlət və özəl sektor arasında əməkdaşlıq, akademik və elmi tədqiqatların gücləndirilməsi, startap və innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət yetirilir.

Fəaliyyət Planının uğurlu icrası nəticəsində Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması hədəflənir.

Növbəti 10 ildə İKT sektorunun qeyri-neft-qaz ÜDM-də payının, rəqəmsal məhsul və xidmətlərin illik ixracının yüksəldilməsi, proaktiv xidmətlərin payının 50 faizə çatdırılması və ölkənin innovasiya əsaslı, rəqabətqabiliyyətli iqtisadiyyata keçidinin sürətləndirilməsi təmin ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ETX “Narketing163”ün kiberhcumunun QARŞISINI ALDI

ETX “Narketing163”ün kiberhcumunun QARŞISINI ALDI

Tolikin verilişinin bağlanmasına Səidədən REAKSİYA: "Təşəkkür edirik" – FOTO

Tolikin verilişinin bağlanmasına Səidədən REAKSİYA: "Təşəkkür edirik" – FOTO

Masazır sakinlərinə ŞAD XƏBƏR – Martın 1-dən... – FOTO

Masazır sakinlərinə ŞAD XƏBƏR – Martın 1-dən... – FOTO

Gəncədəki qanunsuz tikililər söküldü – FOTO/VİDEO

Gəncədəki qanunsuz tikililər söküldü – FOTO/VİDEO

Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı – CÜTLÜKLƏR

Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı – CÜTLÜKLƏR

Azərbaycanda bu çörəklərin QİYMƏTİ qalxdı – FOTOLAR

Azərbaycanda bu çörəklərin QİYMƏTİ qalxdı – FOTOLAR

Sabah maraqlı astronomik hadisə baş verəcək

Sabah maraqlı astronomik hadisə baş verəcək

Azərbaycanda vahid kibertəhlükəsizlik platforması YARADILACAQ

Azərbaycanda vahid kibertəhlükəsizlik platforması YARADILACAQ

Çempionluq yolunda VACİB GÖRÜŞ – “Sabah” “Qarabağ”a qalib gəlsə...

Çempionluq yolunda VACİB GÖRÜŞ – “Sabah” “Qarabağ”a qalib gəlsə...

Şamaxıda ögey anasını qətlə yetirən 17 yaşlı oğlanla bağlı CİNAYƏT İŞİ açıldı

Şamaxıda ögey anasını qətlə yetirən 17 yaşlı oğlanla bağlı CİNAYƏT İŞİ açıldı

İki İslam Respublikası arasında MÜHARİBƏ – Pakistan-Əfqanıstan böhranının TARİXİ KÖKLƏRİ

İki İslam Respublikası arasında MÜHARİBƏ – Pakistan-Əfqanıstan böhranının TARİXİ KÖKLƏRİ

Faizsiz və aylıq öhdəliksiz, hissə-hissə alışla Nərimanovda yeni mənzilini seç - “Kristal!”

Faizsiz və aylıq öhdəliksiz, hissə-hissə alışla Nərimanovda yeni mənzilini seç - “Kristal!”

İlin ilk Ay tutulması olacaq – BU TARİXDƏ

İlin ilk Ay tutulması olacaq – BU TARİXDƏ

SON DƏQİQƏ! Əfqanıstan Pakistanın nüvə obyektinə zərbə endirdi – VİDEO

SON DƏQİQƏ! Əfqanıstan Pakistanın nüvə obyektinə zərbə endirdi – VİDEO

Vüsalənin də verilişi YAYIMLANMADI

Vüsalənin də verilişi YAYIMLANMADI

Azərbaycan dili üzrə Böyük Dil Modelləri YARADILACAQ

Azərbaycan dili üzrə Böyük Dil Modelləri YARADILACAQ

Nadir İmanov yüksək vəzifəyə TƏYİN OLUNDU

Nadir İmanov yüksək vəzifəyə TƏYİN OLUNDU

43 yaşlı həkimin zob əməliyyatından sonra ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

43 yaşlı həkimin zob əməliyyatından sonra ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Ofisiantların ölümü ilə bağlı həbs edilən “Lake Hotel”in icarədarına HÖKM OXUNDU

Ofisiantların ölümü ilə bağlı həbs edilən “Lake Hotel”in icarədarına HÖKM OXUNDU

Kamilo Duran İngiltərə klubunun təklifindən İMTİNA ETDİ

Kamilo Duran İngiltərə klubunun təklifindən İMTİNA ETDİ

Qalada yük maşını qatara çırpıldı: Ölən var – VİDEO/YENİLƏNİB

Qalada yük maşını qatara çırpıldı: Ölən var – VİDEO/YENİLƏNİB

"Nar" ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

"Nar" ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

Rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı təsdiqləndi – SƏRƏNCAM

Rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı təsdiqləndi – SƏRƏNCAM

Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

End of content

No more pages to load

RADİO