Birinci Qarabağ müharibəsindən Vətən müharibəsinin başlanmasınadək olan müddətdə Respublikamızın ərazi bütövlüyü uğrunda baş vermiş döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin statusunun müəyyən edilməsi təklif edilib.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində əksini tapıb.
Ombudsman Birinci Qarabağ müharibəsindən Vətən müharibəsinin başlanmasınadək olan müddətdə Respublikamızın ərazi bütövlüyü uğrunda baş vermiş döyüş əməliyyatlarında, (2016-cı ilin aprel döyüşlərində, 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində və digər hərbi toqquşmalarda), həmçinin 2023-cü ildə keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin statusuna aydınlıq gətirilməsini təklif edib.
Günay Şahmar, Bizim.Media