Bakının bu ərazisində 20 min ev söküləcək - XƏBƏRDARLIQ

Ölkədə istismar müddəti başa çatmış çoxmərtəbəli yaşayış binalarının əsaslı şəkildə yenilənməməsi, yalnız fasad və zirzəmi səviyyəsində təmir işləri ilə kifayətlənilməsi ciddi suallar yaradır. Bu yanaşma binaların zahiri görünüşünü yaxşılaşdırsa da, onların konstruktiv dayanıqlılığı və təhlükəsizlik səviyyəsi ilə bağlı riskləri aradan qaldırmır.

Bizim.Media xəbər verir ki, daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, Bakı-Abşeron zonasında təxminən 16 min, ölkə üzrə isə 20 mindən artıq çoxmərtəbəli bina Sovet dövründə inşa olunub və onların istismar müddəti artıq bitib.

"Əslində, bu rəqəm 22-23 minə qədər çata bilər, yəni sayı olduqca böyükdür.

Bu binaların təhlili aparılmalıdır, çünki faktiki olaraq istismar müddətləri bitib və onların gündəmdə qalması zamanla bağlıdır. Çox güman ki, hamısının birdən sökülməsi üçün ölkədə ciddi resurslar yoxdur və tikinti şirkətlərinin cəlb olunması mümkün deyil. Növbəti 10 il ərzində bu binaların demək olar ki, dövrədən çıxması mütləqdir, çünki getdikcə qəzalı vəziyyətə çevrilirlər.

Hazırda Fövqaladə Hallar Nazirliyinin məlumatına görə, 1100 bina qəzalı və qismən qəzalı vəziyyətdədir; onlardan təxminən 190 bina bir il öncə yaşayış üçün təhlükəli kimi qeydə alınıb. Qalan binaların, xüsusilə regionlardakı binaların da təhlil olunması lazımdır", - deyə o qeyd edib.

Elnur Azadovun sözlərinə görə, mövcud vəziyyətdən çıxış yolu mərhələli və sistemli söküntü proqramının tətbiqidir:

"Daha adekvat və faydalı yanaşma üçün istismar müddəti bitmiş binaların ünvanları cəmiyyətə açıqlanmalıdır ki, həm vətəndaşlar məlumatlı olsun, həm də tikinti şirkətləri həmin ünvanlara yaxınlaşaraq razılaşmalar apara bilsinlər. Hazırda tikinti şirkətləri təsadüfi ünvanları seçir, şəhərsalma və digər orqanların razılığından sonra vətəndaşlarla əlaqə saxlayırlar. Bu zaman vətəndaşların seçim imkanı olmur və onlar məcburən həmin şirkətlə razılaşmaq məcburiyyətində qalırlar. Amma tender şəklində elan olunduqda, vətəndaşlar şirkətləri seçə bilər və kompensasiyanın daha münasib formasını qəbul edə bilərlər".

Qeyd olunur ki, istismar müddəti başa çatmış binaların vaxtında qiymətləndirilməsi və mərhələli şəkildə yenilənməsi həm sakinlərin təhlükəsizliyinin təmin olunması, həm də şəhərsalma siyasətinin daha effektiv qurulması baxımından vacib hesab olunur.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ

ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ

"Oqtay məni heç vaxt tərifləmirdi"

"Oqtay məni heç vaxt tərifləmirdi"

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

Pensiya alanların NƏZƏRİNƏ

Pensiya alanların NƏZƏRİNƏ

Bu gün İlaxır çərşənbədir

Bu gün İlaxır çərşənbədir

Köçəryan Ermənistan müxalifətindən baş nazir postuna namizəd oldu

Köçəryan Ermənistan müxalifətindən baş nazir postuna namizəd oldu

Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Rəsmi Ankara İsrailin Livana hücumlarını PİSLƏDİ - FOTO

Rəsmi Ankara İsrailin Livana hücumlarını PİSLƏDİ - FOTO

End of content

No more pages to load

RADİO