Azərbaycanda bu sözlər QADAĞAN EDİLİR? – AÇIQLAMA

Professor Sevinc Əliyeva deyib ki, Azərbaycanın efir məkanında türk dilindən gəlmiş sözlərdən (məsələn, ilgilənmək, bəlirləmək) istifadə edilməməlidir. Bunun üçün televiziyalarda xüsusi şuralar yaradılmalı və ciddi nəzarət tətbiq olunmalıdır. Diqqətçəkən məqam ədəbi dil və media məkanında yüzlərlə əcnəbi mənşəli (ərəb, fars, fransız, latın, yunan və s.) sözlərin rahatlıqla işlədilməsidir.

Türk dilinə qarşı bu münasibətin səbəbi, hədəfi nə ola bilər?

Bizim.Media xəbər verir ki, globalinfo.az-a danışan media eksperti Zeynal Məmmədli bu yanaşma ilə razılaşmadığını vurğulayıb:

“Düzü, bilmirəm, bu yanaşmanın kökündə nə dayanır. Sanki bəzi insanlar öz irsini sevmir, ya da sevmək istəmirlər.

Məsələn, deyirlər ki, biz Oğuz kökündənik. Hamımızın soykökü eynidirsə, bəs niyə bu sözləri işlətməyək? Sabah bu məntiq digər sözlərə də şamil olunacaq. Məsələn, deyirlər? gündəlik ifadələr efirdə işlədilə bilməz, amma yad sözlərə icazə verilir. Anadolu türkcəsindən gələn sözlərin dilimizə problem yaratması isə məncə, gülünc yanaşmadır.

Sözlərin kökü öz dilimizdədirsə, onları niyə qadağan edək? Dilimizlə bağlı qorxu yaratmaq düzgün deyil. Biz babalarımızın dilindən danışırıq, ondan qorxmalı deyilik”.

Türkoloq, dosent Faiq Ələkbərlinin fikrincə, Azərbaycan dili elə türk dilidir:

“Türkiyə türkləri və Azərbaycan türkləri bir xalqdır, bir atanın, bir ananın övladlarıdır. Bəzi kəlmələrin Türkiyə türkcəsində olduğu üçün Azərbaycan türkcəsində işlədilməsinin qadağan edilməsi doğru deyil. Əgər belə yanaşsaq, onda Hüseyn Cavidləri, Əhməd Cavadları, Məhəmməd Füzuliləri, Nəsimiləri və Azərbaycan xalqının tarixində yer tutmuş bütün böyük ədiblərdən imtina etməli olardıq. Bu isə mümkün deyil”.

Türkoloq deyib ki, “ilgilənmək”, “bəlirləmək” kimi sözlər sovet dövründə, xüsusilə 1920-1930-cu illərdə qadağan olunub:

“1930-cu illərin ortalarından sonra Sovet Rusiyası məqsədli şəkildə Azərbaycan dilini Türkiyə türkcəsindən ayırmaq siyasəti aparıb. Buna görə də biz sevinməliyik ki, yenidən dilimiz ortaq türk dilinə yaxınlaşır, əlifbamızda birlik yaranır.

Bu, həm də dövlət siyasətinin bir hissəsidir. Türk Dövlətləri Təşkilatında əsas məqsədimiz vahid türk dili və vahid türk əlifbasının tədricən formalaşmasıdır. Bunun üçün Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və digər türk xalqlarının dilini zənginləşdirmək vacibdir. Yəni əgər diqqət yetirilməli məsələ varsa, daha çox yad sözlər, məsələn, rus, ingilis, fars, ərəb sözləri  nəzərə alınmalıdır, özümüzə aid sözlərə yox”.

F.Ələkbərov bildirib ki, Türkiyədən gələn sözlər əslində bizim dilimizdə olub:

“Sadəcə, qadağalar qoyulmuşdu, indi yenidən işlədilir. Əlbəttə, Yeni Azərbaycan türkcəsinin özünəməxsus xüsusiyyətləri var, Türkiyə türkcəsinin də özünəxas formaları mövcuddur. Amma bunların kökü, mahiyyəti, tarixi və gələcəyi bir-birinə bağlıdır. Bu cür məsələlərdə sözləri ayrı-ayrı dil hesab etmək doğru deyil. Mirzə Ələkbər Sabir də qeyd edirdi ki, Osmanlı dili və türk dili arasında ayırmaq düzgün deyil. Osmanlı dili sonradan türk dili adlandırıldı, bizim türk dilimiz isə məcburən Azərbaycan dili adlandırıldı. Əslində, bu da türk dilidir.

Bizim gələcəyimiz bir ailədir: türk dünyası və türk ailəsi. Öz dilimizi bu ailə ilə zənginləşdirməkdən başqa çıxış yolu yoxdur”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ

ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ

"Oqtay məni heç vaxt tərifləmirdi"

"Oqtay məni heç vaxt tərifləmirdi"

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

Pensiya alanların NƏZƏRİNƏ

Pensiya alanların NƏZƏRİNƏ

Bu gün İlaxır çərşənbədir

Bu gün İlaxır çərşənbədir

Köçəryan Ermənistan müxalifətindən baş nazir postuna namizəd oldu

Köçəryan Ermənistan müxalifətindən baş nazir postuna namizəd oldu

Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Rəsmi Ankara İsrailin Livana hücumlarını PİSLƏDİ - FOTO

Rəsmi Ankara İsrailin Livana hücumlarını PİSLƏDİ - FOTO

End of content

No more pages to load

RADİO