Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Son dövrlər qızılın qiymətində qeyri-müəyyənlik hökm sürür. Qiymətli metalın qiymətində gah kəskin bahalaşma, gah da kəskin ucuzlaşma baş verir.  

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,5 faiz artaraq 5 202,24 ABŞ dollarına bərabər olub.

Halbuki bir müddət əvvəl qızılın qiymətində kəskin ucuzlaşma baş vermişdi. Belə ki, unsiyası 5600 dollara çatan qızılın qiyməti sonradan 4700 dollara qədər ucuzlaşmışdı. İndi isə qiymət yenidən sürətlə bahalaşır. 

Görəsən, qızılın qiymətilə bağlı bu qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında maliyyə-bank üzrə ekspert Əkrəm Həsənov bildirib ki, qiymətli metal ətrafında baş verən qeyri-müəyyənlik cari ilin sonuna qədər davam edəcək:

“Həftəlik, aylıq deyil, illik perspektivdə baxsaq görərik ki, qızılın qiyməti daim artacaq. Yəni hər il ötən ilə nisbətən qızılın qiyməti ancaq bahalaşır. Son vaxtlar qiymət bir ay ərzində birdən-birə xeyli bahalaşdı, sonra isə bir qədər eniş baş verdi. Amma bütün hallarda illik nəticədə qızılın qiyməti qalxdı. Anoloji proses davam edəcək”.

Müsahibimiz qeyd edir ki, əslində qızıl bahalaşmır, dünyadakı kağız pullar ucuzlaşır:

“Bu isə daimi və qaçılmaz bir tendensiyadır. Çünki dünyada qızılın miqdarı məhduddur. Kağız pulu isə nə qədər istəsən, çap edirlər. Bu halda təbii ki, qızılın qiyməti qalxacaq. Mövcud tendensiya ilboyu davam edəcək. Ola bilər, hansısa ayda qiymətdə ucuzlaşma baş versin. Nəticədə ola bilsin, ilin sonunda ilin əvvəlindəki kimi artım olmasın. Amma yenə də əvvəlki illə müqayisədə artım olacaq”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çinin 3 vətəndaşı İrandan Azərbaycana təxliyə edildi

Çinin 3 vətəndaşı İrandan Azərbaycana təxliyə edildi

Ceyhun Bayramov Abbas Əraqçiyə başsağlığı verdi

Ceyhun Bayramov Abbas Əraqçiyə başsağlığı verdi

Netanyahu: “İranda minlərlə hədəfə zərbələr endirəcəyik” - VİDEO

Netanyahu: “İranda minlərlə hədəfə zərbələr endirəcəyik” - VİDEO

Zelenski: “Rusiya ordusu qış aylarında Ukraynaya 738 raket atıb”

Zelenski: “Rusiya ordusu qış aylarında Ukraynaya 738 raket atıb”

Ballıca sakini: "Atam özü bu günü görməsə də, ruhu buradadır" - VİDEO

Ballıca sakini: "Atam özü bu günü görməsə də, ruhu buradadır" - VİDEO

Xameneinin səlahiyyətlərini icra etmək bu şəxsə tapşırıldı

Xameneinin səlahiyyətlərini icra etmək bu şəxsə tapşırıldı

Pezeşkian: “Xameneinin öldürülməsi bütün müsəlmanlara qarşı müharibə elanıdır”

Pezeşkian: “Xameneinin öldürülməsi bütün müsəlmanlara qarşı müharibə elanıdır”

İordaniyanın İrandakı səfiri təxliyəyə görə Azərbaycana təşəkkür etdi - FOTO

İordaniyanın İrandakı səfiri təxliyəyə görə Azərbaycana təşəkkür etdi - FOTO

İsrail Tehrana zərbələr endirdi - VİDEO

İsrail Tehrana zərbələr endirdi - VİDEO

İran indi də Britaniya hərbçilərini hədəfə aldı

İran indi də Britaniya hərbçilərini hədəfə aldı

Xameneinin öldürülməsindən sonra da İran Vaşinqtonun tələblərinə tabe olmayacaq - Maykl Malroy

Xameneinin öldürülməsindən sonra da İran Vaşinqtonun tələblərinə tabe olmayacaq - Maykl Malroy

MKİ-nin Dubaydakı binası yararsız hala düşdü - ANBAAN VİDEO

MKİ-nin Dubaydakı binası yararsız hala düşdü - ANBAAN VİDEO

Rusiya Ermənistan vətəndaşlarına bu qadağanı TƏTBİQ ETDİ

Rusiya Ermənistan vətəndaşlarına bu qadağanı TƏTBİQ ETDİ

İranın daha bir generalı öldürüldü

İranın daha bir generalı öldürüldü

Daha 7 xarici vətəndaş İrandan Azərbaycana təxliyə olundu

Daha 7 xarici vətəndaş İrandan Azərbaycana təxliyə olundu

Pezeşkian tam sağlamdır və təhlükəsiz yerdədir

Pezeşkian tam sağlamdır və təhlükəsiz yerdədir

SEPAH-ın yeni komandiri “İnterpol”un axtarış siyahısındadır

SEPAH-ın yeni komandiri “İnterpol”un axtarış siyahısındadır

Aqşin Fatehdən sensasion açıqlama: "Efirlərdə müğənnilərə geyim qadağası olacaq"

Aqşin Fatehdən sensasion açıqlama: "Efirlərdə müğənnilərə geyim qadağası olacaq"

Azərbaycanda tanınmış sahibkar VƏFAT ETDİ

Azərbaycanda tanınmış sahibkar VƏFAT ETDİ

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Aprel döyüşlərində şəhid olan mayorun anım günü keçirildi - FOTO

Aprel döyüşlərində şəhid olan mayorun anım günü keçirildi - FOTO

Martın ilk iş günündə hava necə olacaq?

Martın ilk iş günündə hava necə olacaq?

Zaqatalada lisey-məktəbin ibtidai sinifləri hara köçürülür? - FOTO

Zaqatalada lisey-məktəbin ibtidai sinifləri hara köçürülür? - FOTO

İrandan Azərbaycana 84 nəfər təxliyə OLUNDU - FOTO

İrandan Azərbaycana 84 nəfər təxliyə OLUNDU - FOTO

End of content

No more pages to load

RADİO