BİZİM TƏQVİM:27 fevralda baş vermiş tarixi hadisələr

2004-cü ilin bu günündə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev adına Hərbi Lisey yaradılıb. Lisey Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün hərbi kadr hazırlığı sistemini təkmilləşdirmək və Milli Ordunun peşəkar kadrlara olan tələbatının ödənilməsi işini yaxşılaşdırmaq məqsədilə təsis edilib.

Bəs, fevralın 27-də danyada daha nələr olub?

1. 1914-cü ilin 27 fevralında Türkiyə aviasiyası ilk şəhidlərini verdi. Pilotlar - baş leytenantlar (yüzbaşı) Fethi bəy və Sadık bəyin sürdüyü “Muaveneti-Milliye” təyyarəsi İstanbul - Qahirə səfərinə başladı. Konya, Ulukışla, Adana, Humus və Dəməşq üzərindən Qahirəyə qədər uzanacaq bu hava səyahəti Dəməşqə qədər problemsiz davam etdi. Ancaq uçuşun 10-cu mərhələsində Qüdsün Təbəri (Tabariye) rayonu yaxınlığında hava axınına düşərək qayalara çırpıldı və düşdü. Pilotlar Fetih bəy və Sadik bəy həlak oldular. Balkan müharibəsindən məğlub çıxan Osmanlı hökuməti bu hava səyahətinin xalqda ruh yüksəkliyi yaradacağını düşünmüşdü.  

2. 27 fevral 1917-ci ildə Rusiyada Fevral İnqilabı baş verdi. Nəticədə çar II Nikolay taxt-tacdan əl çəkməyə məcbur oldu, monarxiya rejimi devrildi və müvəqqəti hökumət yarandı.

3. 1918-ci ilin bu günü ermənilər daha bir dəhşətli soyqırım törətdilər: Andranikin başçılıq etdiyi quldur dəstələri Türkiyənin Ərzincan vilayətində 800 nəfəri qətlə yetirdi.

4. 27 fevral 1933-cü ildə Adolf Hitler Almaniyanın baş naziri təyin olunduqdan az sonra parlament binası – Reyxstaq yandırıldı. Bu hadisəyə görə bolqar Dmitrovu ittiham etsələr də, o, məhkəmədə bəraət qazandı. Hitler bu hadisəni kommunistlərin törətdiyini iddia edərək prezident Hindenburqun şəxsi hüquq və azadlıqlarını aradan qaldıran sərəncam imzaladı. Bundan sonra ölkədə özünün Nasist Partiyasından başqa bütün partiyaların fəaliyyətini dayandırdı, Kommunist Partiyasından olan 181 deputatı və başqa partiyaların idarəedicilərini həbs etdirdi.

5. 2010-cu ilin 27 fevralında Çilinin Konsepsyon şəhəri yaxınlığında 8,8 bal gücündə zəlzələ baş verdi. Təxminən min adamın öldüyü bu 90 saniyəlik zəlzələ 2 milyon insanın da həyatına təsir etdi: 500 mindən çox ev dağıldı, zədələndi, elektrik və telefon şəbəkələri çökdü.

6. Hər il fevralın 27-də dünyada Beynəlxalq Qütb Ayısı Günü  qeyd olunur. Bu günün qeyd olunmasının əsas məqsədi qlobal istilik və iqlim dəyişiklərilə əlaqədar nəsli tükənməkdə olan ağ ayılar haqqında ictimaiyyətin məlumatını artırmaq və bu heyvanların qorunmasının vacibliyini vurğulamaqdır. Həmin gün ənənəvi olaraq təbiətin müdafiəsi ilə məşğul olan ekologiya təşkilatları tərəfindən müxtəlif aksiyalar və maarifləndirici tədbirlər həyata keçirilir. Qütb ayılarının məhvolma təhlükəsinin əsas səbəbləri qütb buzlaqlarının əriməsi və ətraf mühiti çirkləndirən neft quyularının işlənməsidir.

7. Son illər əldə olunan məlumatlar sübut edir ki, Qütb ayısı təqribən 5 milyon il əvvəl təkamülə başlayıb. Onun əcdadı qonur ayı olub. Lakin ağ ayı qonur ayıdan fərqli olaraq uzaq Şimalda dəniz buzları arasında yaşamağa uyğunlaşıb. 

27 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Məhşur Amerika şairi Henri Lonqfello 1807-ci ilin bu günü anadan olub. O, “Gecə səsləri”, “Köləlik nəğmələri”, “Köçəri quşlar” şeir kitablarının, “Hiperion”, “Kavana” romanlarının müəllifidir. H.Lonqfello filoloq alim kimi də tanınır. Onun “Rövşən bəy – Koroğlunun atlanışı” şeirini Azərbaycan dilinə Cəfər Cabbarlı tərcümə edib (1807-1882).

2. 1947-ci ilin 27 fevralında "Amca bey", "Əfruz bəy", "Yaltaq” (Dalkavuk), "Ağla qara", "Yeni zəngin" obrazlarının yaradıcısı, Türkiyə karikaturasının ustalarından biri Camal Nadir Güler dünyadan köçüb.

3. 27 fevral 1901-ci ildə Xalq yazıçısı Əli Vəliyev (1901 – 2.2.1983) anadan olub. 1918-ci ildə ailəsi Qubadlı rayonuna köçüb. Mətbu orqanlarda çalışıb. “Nənəmin cəhrəsi”, “Qarlı dağlar”, “Ürək dostları”, “Anaqız”, “Ötən günlər” və s. kitabların müəllifidir.

4. 27 fevral 1984-cü ildə aktyor, rejissor Eldar Həsən oğlu Əliyev (1936-1984) vəfat edib. “Dəli Kür”, “Mən ki gözəl deyildim” və s. filmlərdə çəkilib, Dövlət Rus Dram Teatrında çalışıb.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ

ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ

"Oqtay məni heç vaxt tərifləmirdi"

"Oqtay məni heç vaxt tərifləmirdi"

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

Pensiya alanların NƏZƏRİNƏ

Pensiya alanların NƏZƏRİNƏ

Bu gün İlaxır çərşənbədir

Bu gün İlaxır çərşənbədir

Köçəryan Ermənistan müxalifətindən baş nazir postuna namizəd oldu

Köçəryan Ermənistan müxalifətindən baş nazir postuna namizəd oldu

Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Rəsmi Ankara İsrailin Livana hücumlarını PİSLƏDİ - FOTO

Rəsmi Ankara İsrailin Livana hücumlarını PİSLƏDİ - FOTO

End of content

No more pages to load

RADİO