“Kadr çatışmazlığı ilə bağlı bölgələrdə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-lə birgə işçi qrupu yaradılıb”.
Bizim.Media xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, bununla bağlı mütəmadi görüşlər aparılır:
"Kadr siyasəti bu sahədə ciddi islahatlara məruz qalmalıdır. Bu istiqamətdə müəyyən məsələlər hazırlanır və ictimaiyyətə bu barədə açıqlama veriləcək".
Günay Şahmar, Bizim.Media