“Səhiyyə Nazirliyi qəzalı vəziyyətdə və əsaslı təmirə ehtiyacı olan bütün tibb müəssisələrini siyahıya alıb, kapital investisiya layihəsinə daxil edib və bu təqdim edilib”.
Bizim.Media xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev bu gün jurnalistlərə açıqlamasında deyib.
“Ora vəsait ayrıldıqca Səhiyyə Nazirliyi həmin müəssisələri təmir edib aidiyyatı qurumlara təhvil verir”, - deyə nazir bildirib.
Naibə Məmmədova, Bizim.Media