Zərif Quliyeva: “Xocalıda 11 doğmamı itirmişəm”

“1980-ci ildə Xocalıda anadan olmuşam. Hadisələr baş verəndə mən Ağdamda, ailə üzvlərimin hamısı Xocalıda idi”.

Bizim.Media xəbər verir ki, bu sözləri oxu.az-a Xocalı faciəsində 11 yaxınını itirən Zərif Zəkəra qızı Quliyeva deyib.

“Atışma çox güclü idi, hər kəs canını qurtarmağa çalışırdı. Kiçik qardaşım ailəsinin aralı düşdüyünü eşidib geri qayıdıb ki, onları tapsın. O, çox mərd idi. Üstündə qumbara olduğu deyilib mənə. Qumbara ataraq dörd ermənidən qisas alıb. Daha sonra ona tərəf qumbara atılıb. Həmin partlayış zamanı qardaşım ağır yaralandığı üçün qucağındakı uşaqla orada şəhid olub. Böyük qardaşımın adı Əkbər, kiçik qardaşımın isə Taleh idi”, - o bildirib.

Z.Quliyeva qeyd edib ki, Xocalı soyqırımında ailəsi çox ağır itkilər verib: “Atam, anam, iki qardaşım, qardaşlarımın övladları, bacım, bacımın qızı, böyük bacımın oğlu - hamısı şəhid oldu. Bir gecənin içində səkkiz şəhid verdik. Sonrakı illərdə iki bacımın yoldaşları şəhid oldu.

Ümumilikdə Quliyevlər ailəsi olaraq 11 şəhid verdik. Bununla da, kəndimizdə ən çox şəhid verən ailə olduq.

Böyük bacım həm şəhid ailəsi üzvüdür, həm də şəhid anasıdır. Onun 17 yaşlı oğlu atəş altında qalaraq həlak olub. Hadisələrdən sonra Ağdamda xocalıları qarşılama mərasimində iki bacım gəldi. Qardaşlarımızdan xəbər yox idi. Daha sonra qardaşımın yoldaşı ilə səkkiz yaşlı qızı gəldi. Hər ikisi yaralı idi. Qardaşım qolundan, qardaşımın qızı isə qarnından güllə yarası almışdı. Qızı çox keçmədən dünyasını dəyişdi.
 

Biz Ağcabədiyə getdik. Qardaşım, qardaşımın qızı və əmimin gəlini bizdən əvvəl oraya aparılmışdılar. Atamla anamdan isə hələ xəbər yox idi. Martın 5-i və 6-da atamın və anamın meyitləri gəldi. Martın sonlarında böyük qardaşımdan da xəbər çıxdı. Sonra bacımgilin meyitlərini gətirdilər. Onlar Ağdamda dəfn olundular. Həmin vaxt heç kim Ağdamın işğal olunacağını düşünmürdü.


Başımız bir cənazədən digərinə qarışmışdı. Böyük qardaşım barədə bir müddət “sağdır, əsir düşüb” deyirdilər. Onu çox gözlədik. Ard-arda itkilər verdik. Ermənilərin öldürdükləri böyük qardaşımın 29, kiçik qardaşımın 24, bacımın 26 yaşı vardı. Atam 53, anam 58 yaşında idi.

Şəhid olan uşaqların səkkiz və iki yaşı vardı. Bacımın oğlu 17 yaşında idi. Çox ağırdır, danışmaq çətindir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda narkokuryer 51 kq narkotiklə tutuldu – ANBAAN VİDEO

Bakıda narkokuryer 51 kq narkotiklə tutuldu – ANBAAN VİDEO

“Qərbi Azərbaycan qaçqınları öz ata-baba torpaqlarına qayıdacaq” – Əziz Ələkbərli

“Qərbi Azərbaycan qaçqınları öz ata-baba torpaqlarına qayıdacaq” – Əziz Ələkbərli

“Mən sizi televizorda görəndə çox sevinirəm” – VİDEO

“Mən sizi televizorda görəndə çox sevinirəm” – VİDEO

Qəzada yaralanan Şəki sakininin SON DURUMU

Qəzada yaralanan Şəki sakininin SON DURUMU

Pezeşkian: “İran heç vaxt nüvə bombası hazırlamağa çalışmayıb”

Pezeşkian: “İran heç vaxt nüvə bombası hazırlamağa çalışmayıb”

Xalqın Xocalı yaddaşı: Qayıdış, bərpa və inkişaf

Xalqın Xocalı yaddaşı: Qayıdış, bərpa və inkişaf

“ABŞ istəyir ki, İrana ilk zərbəni İsrail endirsin” – Politico

“ABŞ istəyir ki, İrana ilk zərbəni İsrail endirsin” – Politico

“Allah bir daha millətimizə belə günlər yaşatmasın” – Birol Akgün

“Allah bir daha millətimizə belə günlər yaşatmasın” – Birol Akgün

Paşinyan: “Rusiya hərbi bazasının çıxarılması ilə bağlı heç bir planımız yoxdur”

Paşinyan: “Rusiya hərbi bazasının çıxarılması ilə bağlı heç bir planımız yoxdur”

Biləsuvarda gənc oğlan BIÇAQLANDI - 2 iş yoldaşı tutuldu

Biləsuvarda gənc oğlan BIÇAQLANDI - 2 iş yoldaşı tutuldu

Avropa Liqası: “Fənərbağça” İngiltərə klubuna qarşı

Avropa Liqası: “Fənərbağça” İngiltərə klubuna qarşı

Bakıda dələduzluq – 8 min manatı bu adla mənimsədi

Bakıda dələduzluq – 8 min manatı bu adla mənimsədi

İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi

İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi

Həbsdə olanlara sığorta hesabında tibbi xidmət bu şərtlərlə göstəriləcək – QƏRAR

Həbsdə olanlara sığorta hesabında tibbi xidmət bu şərtlərlə göstəriləcək – QƏRAR

Rəsmilərin Xocalı soyqırımı abidəsini ziyarəti davam edir – FOTO

Rəsmilərin Xocalı soyqırımı abidəsini ziyarəti davam edir – FOTO

Problemli kreditlərin həcmi 17%-dən çox artıb

Problemli kreditlərin həcmi 17%-dən çox artıb

“Nyukasl”la matçda zədələnən Kamilo Durandan XƏBƏR VAR

“Nyukasl”la matçda zədələnən Kamilo Durandan XƏBƏR VAR

Teymur Musayevdən ciddi islahatların ANONSU

Teymur Musayevdən ciddi islahatların ANONSU

Xırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı

Xırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı

Qəzalı vəziyyətdə olan tibb müəssisələrinin təmiri ilə bağlı RƏSMİ AÇIQLAMA

Qəzalı vəziyyətdə olan tibb müəssisələrinin təmiri ilə bağlı RƏSMİ AÇIQLAMA

Nazir: “Yalnız bu klinikalara onkoloji xidmət üçün lisenziya veriləcək”

Nazir: “Yalnız bu klinikalara onkoloji xidmət üçün lisenziya veriləcək”

Zərif Quliyeva: “Xocalıda 11 doğmamı itirmişəm”

Zərif Quliyeva: “Xocalıda 11 doğmamı itirmişəm”

Fəaliyyətinə icazə verilən estetik cərrahların SAYI AÇIQLANDI

Fəaliyyətinə icazə verilən estetik cərrahların SAYI AÇIQLANDI

TƏBİB Səhiyyə Nazirliyinə birləşdiriləcək? - Nazirdən AÇIQLAMA

TƏBİB Səhiyyə Nazirliyinə birləşdiriləcək? - Nazirdən AÇIQLAMA

End of content

No more pages to load

RADİO