“Hökumət və dövlət rəhbərliyinin strateji baxışına uyğun olaraq, mərhələli şəkildə səhiyyə sektorunda islahatlar aparılıb”.
Bizim.Media xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
“TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?” sualına isə nazir belə cavab verib:
“TƏBİB-in fəaliyyəti ilə bağlı bütün sualları TƏBİB-in Müşahidə Şurasına və Müşahidə Şurasının sədrinə yönləndirsəniz, daha ətraflı cavab ala bilərsiniz”.
Naibə Məmmədova, Bizim.Media