Qəbələdə 24 yaşlı gənc avtoqəzada dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, yol-nəqliyyat hadisəsi Qəbələ rayonunun Məmmədağalı kəndi ərazisində baş verib.
2002-ci il təvəllüdlü Nuran Bəhman oğlu Muratasılov idarə etdiyi "Ford Fusion" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib yolun sol kənarındakı ağaca çırpılıb. O, aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb. (Oxu.az)
Bizim.Media