Rus hərbçilərinin iştirakı ilə törədilən İNSANLIQ CİNAYƏTİ – Qisası qiyamətə qalmayan XOCALI SOYQIRIMI

Azərbaycan xalqı Əsrin faciəsinin - Xocalı soyqırımının 34-cü ilini ehtiramla yad edir. Bu dəhşətli hadisədən illər keçsə də, heç kim unudulmur, heç nə yaddan çıxmır.

İnsanlıq tarixinə qara ləkə kimi düşən Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Baxmayaraq ki, 44 günlük müharibədən sonra Xocalı şəhidlərinin intiqamı alındı. Eyni zamanda, bu qırğının törədilməsində birbaşa iştirak etmiş xeyli sayda erməni terrorçusu Azərbaycan qanunları ilə mühakimə olunub və layiqli cəzalarını alıblar.

Amma bu cinayət təkcə azərbaycanlılara qarşı yox, insanlığa və sivilizasiyaya qarşı törədilib. Ona görə də bu soyqırımı dönə-dönə xatırlanmalı və ən başlıcası insanlığın düşmənləri nifrətlə damğalanmalıdır.

Xocalı soyqırımını kimlər törətdi?

Sualın cavabı olaraq ilk ağıla erməni faşisləri, ultramillətçilər gəlir. Amma unutmaq olmaz ki, Xocalı soyqırımının ideya müəllifləri Moskvada oturan və Kremldən tezis alan erməni millətçiləri, icarçıları isə Ermənistanın hərbi birləşmələri və Rusiyanın Müdafiə Nazirliyinin tabeliyində olan 366-cı motoatıcı alayıdır.
 

Bu faktlar Azərbaycan Respublikası Baş Prokurorluğunun Xocalı soyqırımını tədqiq edən istintaq qrupu tərəfindən təsdiq olunub. Xocalı soyqırımı ilə bağlı başlanmış cinayəti işi çərçivəsində 7500-dən artıq istintaq hərəkəti aparılıb.


İstintaq zamanı təkzibedilməz  faktlarla sübut edilib ki, Xocalının işğalında və sakinlərin qətliamında 366-cı motoatıcı alayı bilavasitə iştirak edib. Alayın 39 hərbçisinin Xocalın soyqırımında iştirakı tam sübuta yetirilib:

“39 nəfərdən 18-i o vaxt Xankəndində yerləşən 366-cı motoatıcı alayın zabit və gizirləridir”. 

Xocalının işğalına dair istintaq materiallarında göstərilir ki, hücumda mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriysayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və gizir, eləcə də çoxsaylı Rusiya vətəndaşı olan hərbçilər iştirak edib.

Moskvada hazırlanan plan

Məlumdur ki, Xocalı soyqırımına İrəvanda və Moskvada uzun müddət hazırlıq görülüb. Məqsəd o idi ki, yenicə müstəqillik qazanan Azərbaycanın gözü qorxudulsun və Rusiyanın təsir dairəsində saxlanılsın.

Bunun üçün Kreml Ermənistan hökumətinə və Qarabağdakı separatçılara hər cür yardımlar edirdi.
 

Tək bir faktı deyək ki, Ermənistan-Azərbaycan münaqişəsinin başladığı ilk günlərdə soydaşlarımız ov tüfəngi ilə, ermənilər isə müasir hərbi sursatlarla vuruşurdular. Təbii ki, ermənilərin hərbi ehtiyacları da Rusiyanın Cənubi Qafqazdakı hərbi birləşmələri tərəfindən təmin edilirdi. Bundan əlavə, rus hərbçiləri ermənilərə hərbi təlim keçirdi. Lazım gələndə hətta ermənilərin əvəzindən vuruşurdular.


Lakin Azərbaycan xalqının müqaviməti Kremlin planlarını həyata keçirməyə imkan vermirdi. Ona görə də Azərbaycan xalqının ağır şəkildə cəzalandırılmasına qərar verildi. Xankəndindəki 366-cı motoatıcı alayı bu plan çərçivəsində səfərbər edildi.

Aleksey Şadrinov hekayəsi

Maraqlıdır ki, o zaman rus hərbiçilərinin bəziləri bu soyqırımında iştirakçı olmaq istəməmişdi. Həmin hərbçilər rus komandanlığı tərəfindən ən ağır şəkildə cəzalandırılmışdı. Cəzalanan hərbçilərdən biri də Aleksey Şadrinov idi. 

1991-ci ildə hərbi xidmətə çağrılan Aleksey bir müddət Rusiyada xidmət etdikdən sonra onu 366-cı motoatıcı alaya təhkim edilir və bir dəstə rus hərbçisi ilə birgə Xankəndinə gəlir. İlk günlərdən ermənilərin vəhşilikləri görən Aleksey ailəsinə yazdığı məktublarda da bu dəhşətlərdən bəhs edib:

"Mən hərbi xidmətdə hər cür çətinliklərə dözərəm, bütün qara və ağır işləri görə bilərəm. Lakin burdakıların digərlərinə (azərbaycanlılara) qeyri-insani münasibətini görüb dözə bilmirəm".
 

O, ermənilərin rus zabitləri ilə Azərbaycanın Xocalı şəhərinə böyük hücum planı hazırladığını bilirdi. Aleksey bu qətliamda iştirak etməyəcəyini və Müdafiə Nazirliyinə müraciət edəcəyini bildirir. Buna görə zabitlər tərəfindən işgəncələrə məruz qalır, hətta ona pul da təklif edirlər. Amma Aleksey bu insanlıq cinayətində iştirakdan imtina edir. 


Nəticədə 23 fevral 1992-ci ildə onu mətbəxdən asılmış vəziyyətdə tapırlar. Erməni həkimlər və rus zabitlər 366-cı motoatıcı alayın komandanı - polkovnik Yuri Yureviç Zaviqarova raport verirlər ki, guya onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Beləcə Xocalı soyqırımı rus gənc əsgərin ölümü ilə başlayır. Alekseyin ailəsi dəfələrlə müraciət edib ölüm səbəbini üzə çıxarmaq istəsələr də, o zamankı Rusiya Müdafiə Nazirliyi məsələni intihar kimi ört-basdır edir.

Ailəsinin Alekseyin əsgər yoldaşlarından aldığı məlumata görə, onu erməni terrorçular asıblar.

Cinayətin etirafı

336-cı motoatıcı alayın Xocalı soyqırımında iştirakını Rusiyanın rəsmi kanalları da etiraf edib. Məsələn Kremlin rəsmi orqanı olan “İzvestiya” qəzetinin 13 mart 1992-ci il tarixli sayında 366-cı motoatıcı alayın hərbçisi, mayor Leonid Kravets etiraf edib:

“Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü”.

Təbii ki, başıpozuq erməni dəstələri qəhrəmancasına müdafiə olunan Xocalını bir gecədə işğal edə bilməzdi. Bu ancaq güclü hərbi birləşmələrin yardımı ilə mümkün idi. O hərbi birləşmə isə Rusiya Müdafiə Nazirliyinin tabeçiliyindəki 366-cı motoatıcı alay idi.

Ona görə də bu gün erməni faşistləri ilə yanaşı Rusiyanın 366-cı motoatıcı alayın komandanlığı da lənətlə yad edilir.

Erməni-Azərbaycan münaqişəsində rus faktoru

Cəfər Cabbarlının “1905-ci ildə” pyesində məşhur bir ifadə var:

“Atan kazaklardır”.
 

Uzun illər aforizm kimi işlənən bu ifadənin anlamı budur ki, 1905-ci ildə baş verən ilk  və böyük erməni-azərbaycanlı qarşıdurmasının səbəbkarı rus kazakları olub. Ruslar iki xalq arasında etnik münaqişə törətmək üçün həm erməniləri, həm də azərbaycanlıları qətlə yetirərək günahı qarşı tərəfin üstünə atıblar. Nəticədə ilk erməni-azərbaycanlı qırğını başlayıb.


1918-ci ildə Azərbaycan ərazilərində törədilən qırğınlarda da rusların biləvasitə barmağı olub. 1948-1952-ci il hadisələrində və hətta 1988-ci ildə başlayan yeni münaqişənin də sifarişçiləri Kremldə oturanlar olub. 1990-cı ilin qanlı yanvar günündə dinc etirazçılar da məhz rus hərbçiləri tərəfindən amansızlıqla qətlə yetirilib.

Tarixin hökmü və ədalətin bərpası

Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşına təkcə faciə kimi deyil, həm də tarixi ədalət mübarizəsinin simvolu kimi həkk olunub. Bu qırğın bir şəhərin deyil, bütövlükdə insanlığın vicdanına qarşı törədilmiş cinayət idi. İllər keçsə də, faktlar dəyişmir: Xocalıda mülki əhali rus-erməni birləşmələri tərəfindən məqsədli şəkildə hədəf alınıb, beynəlxalq hüququn bütün prinsipləri kobud şəkildə pozulub.
 

Bu gün artıq reallıq fərqlidir. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Xocalının və digər işğal altındakı ərazilərin azad olunması təkcə hərbi-siyasi qələbə deyil, həm də tarixi ədalətin bərpası deməkdir. Bu, şəhidlərin ruhuna ən böyük ehtiram, gələcək nəsillərə isə güclü dövlət və təhlükəsiz vətən mirasıdır.


Lakin Xocalı həqiqətlərini yaşatmaq, onları gələcək nəsillərə ötürmək və beynəlxalq ictimaiyyətə çatdırmaq milli yaddaşın qorunması deməkdir. Çünki unutmaq yeni faciələrə zəmin yaradır. Azərbaycan isə artıq sübut edib ki, nə tarixini unudur, nə də ədalət mübarizəsindən geri çəkilir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

82 yaşlı aktrisanın illərə meydan oxuyan görüntüsü - FOTO

82 yaşlı aktrisanın illərə meydan oxuyan görüntüsü - FOTO

Çox tezliklə... çox yaxşı xəbər alacaq BÜRCLƏR

Çox tezliklə... çox yaxşı xəbər alacaq BÜRCLƏR

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Pezeşkian: Tehran Vaşinqtona etibar etmir!

Pezeşkian: Tehran Vaşinqtona etibar etmir!

Safurədən həyat yoldaşı ilə bağlı paylaşım - FOTOLAR

Safurədən həyat yoldaşı ilə bağlı paylaşım - FOTOLAR

Ronaldo oyunun ƏN YAXŞISI seçildi

Ronaldo oyunun ƏN YAXŞISI seçildi

2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Azərbaycanın Türkiyədəki səfiri GERİ ÇAĞIRILACAQ

Azərbaycanın Türkiyədəki səfiri GERİ ÇAĞIRILACAQ

Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

İranın sərbəst buraxılacaq aktivləri MƏLUM OLDU

İranın sərbəst buraxılacaq aktivləri MƏLUM OLDU

Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Nigeriyada DƏHŞƏT: Qadın müəllimi diri-diri yandırdılar

Nigeriyada DƏHŞƏT: Qadın müəllimi diri-diri yandırdılar

Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı

Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı

Ronaldu tarix yazdı: Dünya çempionatında bir gecədə 5 REKORD

Ronaldu tarix yazdı: Dünya çempionatında bir gecədə 5 REKORD

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

“Zirə” sabiq futbolçusunu geri qaytarır

“Zirə” sabiq futbolçusunu geri qaytarır

“Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır...” - VİDEO

“Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır...” - VİDEO

Sumqayıtda 196 sürücü məsuliyyətə cəlb olundu

Sumqayıtda 196 sürücü məsuliyyətə cəlb olundu

Azərbaycan ilk dəfə BMT-nin bu komitəsinə daxil oldu

Azərbaycan ilk dəfə BMT-nin bu komitəsinə daxil oldu

End of content

No more pages to load

RADİO