Azərbaycanda iş saatları AZALDILIR

Azərbaycanda iş saatlarının dəyişdirilməsi və ya azaldılması, eləcə də evdən işləmə imkanının tətbiqi məsələsi yenidən gündəmə gəlib. Əmək bazarında çevik iş rejiminə keçidin mümkün nəticələri müzakirə olunur. Bu dəyişikliklərin həm işəgötürənlər, həm də işçilər üçün hansı hüquqi və maliyyə təsirlər yaradacağı sual doğurur.

Xüsusilə iş vaxtının azaldılması fonunda əməkhaqlarının aşağı düşüb-düşməyəcəyi əsas müzakirə mövzularından birinə çevrilib.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a bildirib ki, əməkhaqqı səviyyəsi bir sıra parametrlər və amillərin təsiri altında formalaşır və iş saatı, eləcə də əmək münasibətlərinin forması bu məqamda nəzərə alınan faktorlardan biridir:

“Eyni zamanda bazarda tələb və təklif səviyyəsi, həmçinin əmək məhsuldarlığı mühüm rol oynayır. Əgər iş saatlarının azaldılması və ya məsafədən işləmə imkanlarının yaradılması əmək məhsuldarlığının artması ilə nəticələnərsə, bu halda əməkhaqqının azaldılmasına ehtiyac yoxdur.

Əksinə, təcrübə göstərir ki, əməkhaqqı məhsuldarlığı təşviq edən əsas vasitələrdən biridir və onun artırılması daha yaxşı nəticələrə gətirib çıxara bilər. Lakin yeni iş formatları məhsuldarlığa mənfi təsir edərsə, gün ərzində bir işçiyə düşən istehsal həcmi və görülən işlərin miqdarı azalarsa, bu, əməkhaqqının aşağı salınması istiqamətində təzyiqlər yarada bilər. Burada əsas məsələ dəyişikliklərin hansı formada tətbiq olunmasıdır”.

Ekspert deyib ki, bu iş saatlarının azaldılması kütləvi şəkildə həyata keçirilərsə, məsələn, gündəlik iş vaxtı 8 saatdan 6 saata endirilərsə və bu dəyişiklik məhsuldarlığın azalmasına səbəb olmazsa, əməkhaqqının azaldılması zəruri sayılmaya bilər:

“Əksinə, məhsuldarlıq azalarsa və bu, müəssisənin gəlirlərinə mənfi təsir göstərərsə, əməkhaqqı fondu ilə bağlı qərarlara yenidən baxılması gündəmə gələ bilər. Məsafədən işləmənin isə hər iki tərəf üçün müəyyən üstünlükləri var. İşəgötürən ofis xərclərinə qənaət edə, resurslardan daha səmərəli istifadə edə bilər. İşçi isə nəqliyyat və digər gündəlik xərclərini azaldaraq vaxtını daha effektiv idarə etmək imkanı qazanır. Bu üstünlüklər müəyyən hallarda əməkhaqqı məsələsinin qarşılıqlı razılaşma əsasında müzakirəsinə səbəb ola bilər”.

O deyib ki, əməkhaqqının real səviyyəsini müəyyən edən əsas amillər yenə də bazarda tələb və təklif nisbəti, eləcə də əmək məhsuldarlığıdır.

“İş saatlarının azaldılması və ya məsafədən iş forması əmək münasibətlərinin təşkili üsuludur və məhsuldarlığa təsiri həlledici rol oynayır. İşəgötürənlər bu şərtləri əməkhaqqı ilə əlaqələndirərək fərqli yanaşmalar tətbiq edə bilərlər və bu, tərəflər arasında danışıqlar predmetinə çevrilə bilər”.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

FHN 77 yaşlı qadını belə xilas etdi – VİDEO

FHN 77 yaşlı qadını belə xilas etdi – VİDEO

Xanyurdu öz sakinlərini qarşılayır - VİDEO

Xanyurdu öz sakinlərini qarşılayır - VİDEO

Bakıxanov sakinlərinə ŞAD XƏBƏR – VİDEO

Bakıxanov sakinlərinə ŞAD XƏBƏR – VİDEO

Lənkəranda torpaq sürüşməsi oldu

Lənkəranda torpaq sürüşməsi oldu

Prezident Küveyt Əmirini təbrik etdi

Prezident Küveyt Əmirini təbrik etdi

Leyla Əliyeva “Azərxalça”nın Şabran filialında - FOTO

Leyla Əliyeva “Azərxalça”nın Şabran filialında - FOTO

Sahibkarın pulunu mənimsəyən şəxslər azadlığa buraxıldı

Sahibkarın pulunu mənimsəyən şəxslər azadlığa buraxıldı

Çempionlar Liqası: Bu komandalar 1/8 finala VƏSİQƏ QAZANDI

Çempionlar Liqası: Bu komandalar 1/8 finala VƏSİQƏ QAZANDI

Bakıda bağça müdirinin törətdiyi cinayət əməli ÜZƏ ÇIXDI

Bakıda bağça müdirinin törətdiyi cinayət əməli ÜZƏ ÇIXDI

Şagirdlərin elektron yerdəyişməsi prosesi BAŞLAYIR

Şagirdlərin elektron yerdəyişməsi prosesi BAŞLAYIR

Sürücülərə XƏBƏRDARLIQ – Sabah bu yollarda hərəkət məhdudlaşdırılacaq

Sürücülərə XƏBƏRDARLIQ – Sabah bu yollarda hərəkət məhdudlaşdırılacaq

Leyla Əliyeva Qubada iftar məclisində - FOTO

Leyla Əliyeva Qubada iftar məclisində - FOTO

Şimal bölgəsində hava şaxtalı keçir - FOTO

Şimal bölgəsində hava şaxtalı keçir - FOTO

Lənkəranda avtobusla mikroavtobus TOQQUŞDU - VİDEO

Lənkəranda avtobusla mikroavtobus TOQQUŞDU - VİDEO

Taksi və yük maşını sürücüləri imtahan VERƏCƏK

Taksi və yük maşını sürücüləri imtahan VERƏCƏK

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

52 yaşlı vəzifəli şəxs vəfat etdi – FOTO

52 yaşlı vəzifəli şəxs vəfat etdi – FOTO

“Landmark”ın keçmiş sahibi 10 aydır işçilərin maaşını ödəmir – ŞİKAYƏT

“Landmark”ın keçmiş sahibi 10 aydır işçilərin maaşını ödəmir – ŞİKAYƏT

Bu rayonda ödəmə terminalı oğurlandı

Bu rayonda ödəmə terminalı oğurlandı

Ər və arvad bir-birinin xarici görünüşünə lağ edə BİLMƏZ - Ali Məhkəmədən QƏRAR

Ər və arvad bir-birinin xarici görünüşünə lağ edə BİLMƏZ - Ali Məhkəmədən QƏRAR

Leyla Əliyeva və Alena Əliyeva Qubada Cümə məscidində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Qubada Cümə məscidində - FOTO

Azərbaycanda şirkət rəhbərinə elektron qolbaq taxıldı

Azərbaycanda şirkət rəhbərinə elektron qolbaq taxıldı

Su çərşənbəsində iki nəfər tonqalda YANDI

Su çərşənbəsində iki nəfər tonqalda YANDI

Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı göndəriləcək

Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı göndəriləcək

End of content

No more pages to load

RADİO