''10-15 manatlıq bazarlıqla ziyarətimizə gəlib, bizi alçaltmasınlar'' – QAZİ

Erməni uşağı üçün həyatını təhlükəyə atan II Qarabağ Savaşının qəhrəman qazisi bizə bir çox mətləblərdən danışdı.

''Bələkdə olan erməni uşağı bizə düşmənin ''sürprizi'' də ola bilərdi. Körpənin dini, irqi olmur. Bu baxımdan mən onu xilas etməli idim. İpi bələyə bağlayıb evdən çölə çıxartdım''.

Bunu Bizim.Media-ya açıqlamasında 44 günlük Vətən Müharibəsinin  döyüşçüsü Orxan Məmmədov dedi.

Onun sözlərinə görə, ermənilər qundaqda olan körpəni özləri ilə səs-küy salmasın deyə aparmamışdılar:

“Biz düşmənin gözləmədiyi istiqamətdən irəliləyirdik. Onlar da vaxt tapıb ərazini tərk edə bilmirdi. Uğurlu əməliyyatımızın  sirri də elə bu idi. Mənim bütün döyüşlərim  Füzuli rayonunda olub. Uşağı da Füzuli şəhərinə çatmamış bir kənddə tapdım.  Evdən götürüb hərbi hissə komandirinə verdim”.

Orxan döyüşün 29-cu günündə  ayağından və belindən  ağır yaralandığı haqda da söz açdı:

“Döyüş meydanını tərk etmək istəmirdim. “Öldürmədən ölməyəcəyik” deyə düşünürdüm. Cəbhə yoldaşım Həsən məni yaralandığım yerdən çıxardı. Döyüşdə iştirak etdiyimə görə qürurlu olsam da, ancaq sevinə bilmirdim, çünki mən ən yaxın dostlarımı, döyüş yoldaşlarımı torpağa tapşırmışdım. Həsən və Mətin mənim ən yaxın hərbçi dostlarım olub. Allah onlara rəhmət eləsin”.

Döyüş yoldaşlarından danışanda nədənsə Orxanın gileyli və küskün olduğunu hiss etdim. Deyir ki, elə adamların adı hallanır ki, onlar ön cəbhədən kilometrlərlə uzaqlarda olublar, amma hamı onları qəhrəman kimi tanıyır.

Əsasən mənim dostlarım kimi oğulları tanımaq lazımdır. Müsahibimin  başqa bir küskünlüyü də var:

“Hansısa dövlət qurumu (adını unutduğunu dedi) 1 kq kartof, soğan, 200 qram qənd, yağ alıb bizə gəlmişdi. Belə aciz adamam ki, evimə 10-15 manatlıq bazarlıq edə bilməyim? Belə adamları görəndə əsəb keçirirəm! Mən uşaq olarkən atam rəhmətə gedib. Anam gözü yumulu iki oğlunu Vətən Müharibəsinə göndərib. Hazırda əməliyyat olunmalıdır. Müraciət etmişəm, fikir verən yoxdur. Heç olmasa insanın möhtac hissini bizə yaşatmayın!”.

Qazimizin bütün çətinliklərə rəğmən içində bir nikbinliyi də var. Bizə azad olunan torpaqlarımızda həyata keçirəcəyi arzusundan da danışdı:

“Hərbiyə getməmişdən öncə turizm şirkəti işlədirdim. Xarici və daxili turizmlə məşğul idim. Pandemiyaya görə işim dayandı. Planım var ki, Qarabağda da bu sahəni işə salım”.

Gülşanə Mustafayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran müharibəsindən sonra 20 ölkədə benzin kəskin bahalaşdı - FOTO

İran müharibəsindən sonra 20 ölkədə benzin kəskin bahalaşdı - FOTO

Vaşiqtondakı atışmada şam yeməyindən qalan GÖRÜNTÜLƏR

Vaşiqtondakı atışmada şam yeməyindən qalan GÖRÜNTÜLƏR

Rusiyada miqrantlar üçün uşaq müavinəti almaq qaydaları sərtləşdirildi

Rusiyada miqrantlar üçün uşaq müavinəti almaq qaydaları sərtləşdirildi

Azərbaycan XİN bu ölkəni təbrik etdi - FOTO

Azərbaycan XİN bu ölkəni təbrik etdi - FOTO

İsrail ordusu Livanın cənubuna yenidən zərbələr endirdi

İsrail ordusu Livanın cənubuna yenidən zərbələr endirdi

ABŞ federal qüvvələri atəş açan şəxsin evində əməliyyat keçirir - VİDEO

ABŞ federal qüvvələri atəş açan şəxsin evində əməliyyat keçirir - VİDEO

Ukrayna, Britaniya və Avropa İttifaqı Trampın iştirak etdiyi tədbirdə atışmanı pislədi

Ukrayna, Britaniya və Avropa İttifaqı Trampın iştirak etdiyi tədbirdə atışmanı pislədi

Əraqçi Oman sultanı ilə bu barədə danışdı

Əraqçi Oman sultanı ilə bu barədə danışdı

Hakan Fidan ABŞ nümayəndələri ilə İran danışıqlarını müzakirə etdi

Hakan Fidan ABŞ nümayəndələri ilə İran danışıqlarını müzakirə etdi

Sabahın havası: Şimşək çaxacaq, dolu düşəcək

Sabahın havası: Şimşək çaxacaq, dolu düşəcək

Vaşinqtondakı atışma zamanı zalda ən sakit qalan qonaq gündəm oldu - VİDEO

Vaşinqtondakı atışma zamanı zalda ən sakit qalan qonaq gündəm oldu - VİDEO

Moskva Zelenskinin Qazaxıstana səfərini bloklayıb, Azərbaycana gəlişinin qarşısını almağa çalışıb

Moskva Zelenskinin Qazaxıstana səfərini bloklayıb, Azərbaycana gəlişinin qarşısını almağa çalışıb

Ukrayna Yaroslavl və Voloqda vilayətlərinə zərbə endirdi - VİDEO

Ukrayna Yaroslavl və Voloqda vilayətlərinə zərbə endirdi - VİDEO

Süd BAHALAŞACAQ

Süd BAHALAŞACAQ

Pezeşkian: “ABŞ İranla danışıqların bərpası üçün bütün maneələri aradan qaldırmalıdır”

Pezeşkian: “ABŞ İranla danışıqların bərpası üçün bütün maneələri aradan qaldırmalıdır”

Rusiya helikopteri vuruldu - FOTO

Rusiya helikopteri vuruldu - FOTO

Müctəba Xamenei ÖLƏNLƏR SİYAHISINDADIR? — İranda yayılan kadrlar müzakirə yaratdı - VİDEO

Müctəba Xamenei ÖLƏNLƏR SİYAHISINDADIR? — İranda yayılan kadrlar müzakirə yaratdı - VİDEO

Rubio İran üzrə danışıqlarda niyə iştirak etmir?

Rubio İran üzrə danışıqlarda niyə iştirak etmir?

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Estoniyada “donuz ciyiltisi” üzrə çempionat keçirildi - VİDEO

Estoniyada “donuz ciyiltisi” üzrə çempionat keçirildi - VİDEO

Azərbaycanlı aktyor yıxılıb ayağını sındırdı - VİDEO

Azərbaycanlı aktyor yıxılıb ayağını sındırdı - VİDEO

Çernobıl faciəsindən 40 il ötür: Təcrid zonasının həqiqətləri və mifləri - FOTO

Çernobıl faciəsindən 40 il ötür: Təcrid zonasının həqiqətləri və mifləri - FOTO

İranda “Ceyş əl-Ədl” qruplaşmasının üzvü olduğu bildirilən şəxs edam edildi

İranda “Ceyş əl-Ədl” qruplaşmasının üzvü olduğu bildirilən şəxs edam edildi

Ukraynanın ABŞ-dakı səfiri Trampın iştirak etdiyi tədbirdə atışmanın şahidi oldu - FOTO

Ukraynanın ABŞ-dakı səfiri Trampın iştirak etdiyi tədbirdə atışmanın şahidi oldu - FOTO

End of content

No more pages to load

RADİO