Abşeronda gənci məhəllədə arvadını öpdüyü üçün bıçaqladılar - "Ana-bacımız var..."

Abşeron rayonunda küçədə xanımla gəzişən Sübhan əvvəllər tanımadığı 1998-ci il təvəllüdlü Babaxan (adlar şərtidir - red.) tərəfindən bıçaqlanıb.

Bizim.Media Demokrat.az-a istinadla xəbər verir ki, hadisə Abşeron rayon, "Gənclər şəhərciyi"ndə yerləşən 54 saylı yaşayış binasının arxasında, "Şans" marketin önündə baş verib.

Babaxan marketin qarşısından keçərkən Sübhanın əlini qeyri-rəsmi nikahda yaşadığı Lalənin çiyninə qoyaraq onu qucaqlaşdığını, öpdüyünü görüb. O, buna görə cütlüyə irad bildirib, Sübhanla bu zəmində mübahisə edib.

Bu zaman Babaxan üstündə gəzdirdiyi bıçaqla qəsdən Sübhanın qarın nahiyəsindən bir dəfə vurub.

Babaxanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Babaxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2021-ci ildə Cəlilabad Rayon Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 127.2.2 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində qəsdən sağlamlığa az ağır zərər vurma) və 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə təqsirli bilinərək məhkum olunub.

O, qeyd edib ki, bu ittiham üzrə şərti azadlığa buraxılıb.

Onun sözlərinə görə, məlum hadisə günü isə bir oğlanla qadının qucaqlaşdığını görüb, bundan hiddətlənib:

"Ətrafda yaşayış binalarından qadınlar, azyaşlı uşaqlar, qızlar onların bu hərəkətlərini görə bilərdi. Bu da bizim əxlaq normalarımıza uyğun hərəkətlər deyildi. Bu səbəbdən Sübhana yaxınlaşaraq etdiyi hərəkətlərə görə irad bildirdim, "analarımız, bacılarımız sizə baxır" dedim.

Sübhan isə üzərimə hücum çəkdi, yumruqla başımdan vurdu. Sübhanın vurduğu zərbədən isə yerə yıxıldım. Mən də üzərimdə gəzdirdiyim bıçaqla Sübhanın üzərinə getdim, bir dəfə qarın nahiyəsindən zərbə ilə vurdum. Sonradan bildim ki, xəstəxanaya aparılıb, əməliyyat olunub.
Növbəti gün polis əməkdaşları yaşadığım ünvana gəldilər, məni apardılar".

Zərərçəkmiş Sübhanın sözlərinə görə, Lalə adlı xanımla qeyri-rəsmi ər-arvad münasibətləri var, birlikdə yaşayırlar:

"Hadisə günü, gecə saat 1 radələrində Lalə ilə birlikdə evimizə qonaq gəlmiş şəxsi yola salmaq məqsədi ilə həyətə düşdük. Qonağı yola salaraq əlimi Lalənin çiyninə qoyaraq marketin qarşısından keçdikdə, yolun kənarında oturacaqda üç cavan oğlan oturmuşdu. Həmin vaxt Babaxan mənə yaxınlaşdı və "sən kimsən ki, əlini qızın çiyninə qoyub gedirsən, bizim anamız, bacımız var" dedi. Babaxana bildirdim ki, bu qadın mənim arvadımdır. 

Aramızda yaranmış mübahisə zamanı ona bir şillə vurdum, əlbəyaxa olduq.

Həmin vaxtı Babaxanın əlində bıçaq gördüm. O, həmin bıçaqla qarın nahiyəmdən zərbə ilə bir dəfə vurdu. Həmin vaxtı sinəmdən qanın axdığını görən Babaxanın dostları onu kənara çəkərək apardılar. Bundan sonra Lalənin köməkliyi ilə xəstəxanaya aparıldım, orada əməliyyat olundum".

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Babaxan 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasını və cəzasının şərti hesab olunmasını istəyib.

Məhkumun şikayəti təmin olunmayıb.

Onun müdafiəçisinin verdiyi kassasiya şikayəti də rədd edilib.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azər Axşam: "Bu gün televiziyaya dava-dalaş, intriqa, qalmaqal salan aparıcılar lazımdır"

Azər Axşam: "Bu gün televiziyaya dava-dalaş, intriqa, qalmaqal salan aparıcılar lazımdır"

Amnistiya aktı neçə nəfərə şamil edilib?

Amnistiya aktı neçə nəfərə şamil edilib?

"Bitcoin" 63 min dollara kimi ucuzlaşdı

"Bitcoin" 63 min dollara kimi ucuzlaşdı

İranda helikopter qəzaya uğradı – FOTO/VİDEO

İranda helikopter qəzaya uğradı – FOTO/VİDEO

Bu həftə üç bürcün həyatı tamamilə dəyişəcək

Bu həftə üç bürcün həyatı tamamilə dəyişəcək

Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirdi – FOTO

Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirdi – FOTO

Çempionlar Liqasında pley-off: Cavab oyunlarına start verilir

Çempionlar Liqasında pley-off: Cavab oyunlarına start verilir

Baş Prokurorluq: “Böyükağa Abdullayevin səsləndirdiyi şikayət və iddialar tamamilə əsassızdır”

Baş Prokurorluq: “Böyükağa Abdullayevin səsləndirdiyi şikayət və iddialar tamamilə əsassızdır”

Milyarderlər ən çox bu ölkələrdə yaşayır - SİYAHI

Milyarderlər ən çox bu ölkələrdə yaşayır - SİYAHI

Şəmşad Ağaya daha bir İTKİ

Şəmşad Ağaya daha bir İTKİ

Əməkdar jurnalist dünyasını dəyişdi

Əməkdar jurnalist dünyasını dəyişdi

Ara məsafəsi saxlamayan sürücülər qəzaya səbəb oldular – ANBAAN VİDEO

Ara məsafəsi saxlamayan sürücülər qəzaya səbəb oldular – ANBAAN VİDEO

Masazırda bitməyən təmir “MÖVSÜMÜ” – Qəsəbənin yolları nə vaxt düzələcək? – VİDEO

Masazırda bitməyən təmir “MÖVSÜMÜ” – Qəsəbənin yolları nə vaxt düzələcək? – VİDEO

Xırdalanda yaşlı kişi avtobus dayanacağında gecələyir - VİDEO

Xırdalanda yaşlı kişi avtobus dayanacağında gecələyir - VİDEO

Ən hiyləgər BÜRCLƏR

Ən hiyləgər BÜRCLƏR

Su çərşənbəsinin unudulan və yaşadılan adətləri

Su çərşənbəsinin unudulan və yaşadılan adətləri

Neftimiz BAHALAŞDI

Neftimiz BAHALAŞDI

Azərbaycanlı şagirddən MÖHTƏŞƏM UĞUR - 82 min dollar təqaüd alacaq

Azərbaycanlı şagirddən MÖHTƏŞƏM UĞUR - 82 min dollar təqaüd alacaq

Dörd ilin UĞURSUZLUĞU: Müharibə Rusiyanı necə təcridə və tənəzzülə sürüklədi?

Dörd ilin UĞURSUZLUĞU: Müharibə Rusiyanı necə təcridə və tənəzzülə sürüklədi?

Oğuzda avtomobil işıq dirəyinə çırpıldı - 3 yaralı var – FOTO

Oğuzda avtomobil işıq dirəyinə çırpıldı - 3 yaralı var – FOTO

Şimal bölgəsinə qar yağır

Şimal bölgəsinə qar yağır

Qazaxıstan Xəzər dənizinin qorunmasına 2.2 milyon dollar ayırdı

Qazaxıstan Xəzər dənizinin qorunmasına 2.2 milyon dollar ayırdı

Rusiyanın HİBRİD HÜCUMLARI - Azərbaycanın artan gücü və qarayaxma kampaniyasının ARXA PLANI

Rusiyanın HİBRİD HÜCUMLARI - Azərbaycanın artan gücü və qarayaxma kampaniyasının ARXA PLANI

Rusiyada Durova cinayət işi açıldı - Terrorizmə yardım edib?

Rusiyada Durova cinayət işi açıldı - Terrorizmə yardım edib?

End of content

No more pages to load

RADİO