Qusarda Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin Regional Konfransının açılış mərasimi keçirildi - FOTO

Fevralın 21-də Qusar Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 11-ci Regional Konfransının açılış mərasimi baş tutub. 

Bizim.Media xəbər verir ki, Konfransdan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.
 

Qusar Rayon Mərkəzi Xəstəxanasında davam etdirilən konfrans Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb.


Konfransda çıxış edən Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin  sədri, professor Qurbanxan Müslümov minimal invaziv cərrahiyyənin müasir tibbin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq, regionlarda bu sahədə bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi baxımından konfransın mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Bildirilib ki, belə tədbirlər peşəkar bilik və təcrübənin daha geniş auditoriyaya çatdırılmasına imkan yaradır.

Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov qonaqları salamlayaraq, növbəti konfransın Qusar rayonunda keçirilməsindən məmnunluğunu ifadə edib.

Özünün fəaliyyətə başlamasından sonra rəhbərlik etdiyi tibb müəssisəsində maddi-texniki bazanın gücləndirilməsi, müasir tibbi avadanlıqların quraşdırılması və ixtisaslı kadr potensialının formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib, konfransın təşkilinə görə bütün təşkilatçılara təşəkkürünü bildirib.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov konfrans iştirakçılarını salamlayaraq belə mötəbər, elmi-praktik əhəmiyyət daşıyan tədbirin Qusarda keçirilməsini rayon üçün əlamətdar hadisə kimi dəyərləndirib. İcra başçısı regionlarda müasir tibbi infrastrukturun qurulmasının, əhalinin keyfiyyətli və əlçatan tibbi xidmətlə təmin edilməsinin ölkə başçısı tərəfindən daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Rayon rəhbəri bildirib ki, Qusar rayonunda səhiyyə müəssisələrinin maddi-texniki bazasının genişləndirilməsi və tibbi xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
 

Bu kimi konfransların regionlarda təşkili isə yerli həkimlərin peşəkar bilik və bacarıqlarının artırılmasına, qabaqcıl tibbi yeniliklərin tətbiqinə və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verir.


İcra başçısı konfransın işinə uğurlar arzulayıb, təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib və belə elmi platformaların gələcəkdə də davamlı şəkildə keçirilməsinin vacibliyini qeyd edib.

Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov çıxışında ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatların ardıcıl və məqsədyönlü xarakter daşıdığını vurğulayıb.

Deputat qeyd edib ki, son illərdə müasir tibb müəssisələrinin tikintisi və əsaslı təmiri, xəstəxanaların yeni avadanlıqlarla təchiz olunması, rəqəmsal səhiyyə həllərinin genişləndirilməsi əhalinin keyfiyyətli tibbi xidmətə çıxış imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Deputat regionlarda fəaliyyət göstərən həkimlərin paytaxt və digər şəhərlərdə fəaliyyət göstərən mütəxəssislərlə birbaşa təmas qurmasının səhiyyə sisteminin ümumi inkişafına xidmət etdiyini diqqətə çatdırıb.

Respublika Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Elnarə Muradova, OKİ Hospitalının rəhbəri Malik Kərimov, OKİ Hospitalının baş həkimi İlham Kərimov çıxışlarında konfransın əhəmiyyətini yüksək qiymətləndirərək belə elmi-praktik platformaların səhiyyə sisteminin inkişafında mühüm rol oynadığını vurğulayıblar.

Qeyd olunub ki, tibb sahəsində biliklərin, yeniliklərin daha geniş auditoriyaya çatdırılması həkimlərin peşəkar bilik və bacarıqlarının artırılmasına xidmət edir.

Rəsmi hissədən sonra konfrans öz işini panel müzakirələrlə davam etdirib. Tədbir çərçivəsində cərrahiyyə, endoskopiya, ginekologiya, urologiya, radiologiya və otorinolarinqologiya ixtisasları üzrə müzakirələr, təlimlər və ustad dərsləri təşkil olunub. Mütəxəssislər tərəfindən təqdimatlar keçirilib, klinik halların təhlili aparılıb, iştirakçıların sualları cavablandırılıb. Eyni zamanda, müasir tibbi avadanlıqlardan istifadə olunmaqla həyata keçirilən canlı əməliyyatlar konfrans zalına birbaşa translyasiya edilib ki, bu da iştirakçılara praktik təcrübəni yaxından izləmək imkanı yaradıb.

Qeyd edək ki, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 11-ci Regional Konfransı 21–22 fevral tarixlərində keçirilir və konfrans 22 fevral tarixində də öz işini davam etdirəcək.


























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Bloomberg: ABŞ İranın uranı zənginləşdirmə hüququnu saxlamağa razılaşdı - FOTO

Bloomberg: ABŞ İranın uranı zənginləşdirmə hüququnu saxlamağa razılaşdı - FOTO

Rusiyada DƏHŞƏT: Kişi arvadını və 13 yaşlı ögey oğlunu benzinlə yandırmaq istədi - FOTO

Rusiyada DƏHŞƏT: Kişi arvadını və 13 yaşlı ögey oğlunu benzinlə yandırmaq istədi - FOTO

"Şamaxı" "İmişli" ilə qolsuz heç-heçə etdi

"Şamaxı" "İmişli" ilə qolsuz heç-heçə etdi

Moskva üzərində 7 PUA vuruldu - Bütün hava limanları bağlandı

Moskva üzərində 7 PUA vuruldu - Bütün hava limanları bağlandı

Müdafiə Nazirliyindən icmal - VİDEO

Müdafiə Nazirliyindən icmal - VİDEO

Rusiyada bu hava limanı BAĞLANDI

Rusiyada bu hava limanı BAĞLANDI

Biləsuvarda tanınmış mexanizator qadın dünyasını dəyişdi

Biləsuvarda tanınmış mexanizator qadın dünyasını dəyişdi

Prezidentin qaldığı hotelə hücum edənlər kimlərdir? - Qərb demokratiyasının əsl üzü - VİDEO

Prezidentin qaldığı hotelə hücum edənlər kimlərdir? - Qərb demokratiyasının əsl üzü - VİDEO

İt yaladı, qolları və ayaqları KƏSİLDİ - FOTO

İt yaladı, qolları və ayaqları KƏSİLDİ - FOTO

Hindistan ABŞ prezidentinin qərarına etiraz etdi

Hindistan ABŞ prezidentinin qərarına etiraz etdi

Macarıstan Ukraynaya elektrik enerji təchizatını dayandırmayacaq

Macarıstan Ukraynaya elektrik enerji təchizatını dayandırmayacaq

Batut gimnastikası: Maqsud Mahsudov - Hüseyn Abbasov cütlüyü 3-cü yerə çıxdı

Batut gimnastikası: Maqsud Mahsudov - Hüseyn Abbasov cütlüyü 3-cü yerə çıxdı

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Tramp onun işdən çıxarılmasını istəyir: “Nə istedadı var, nə də bacarığı” - FOTO

Tramp onun işdən çıxarılmasını istəyir: “Nə istedadı var, nə də bacarığı” - FOTO

Ərimdən ayrılandan sonra həyatımdakı ilk kişi “Porsche” HƏDİYYƏ ETDİ

Ərimdən ayrılandan sonra həyatımdakı ilk kişi “Porsche” HƏDİYYƏ ETDİ

Azərbaycan yığması Dünya Kubokunda daha bir medal qazandı

Azərbaycan yığması Dünya Kubokunda daha bir medal qazandı

Tanınmış astroloqdan ŞOK XƏBƏRDARLIQ - Cəmi 2 gününüz var!

Tanınmış astroloqdan ŞOK XƏBƏRDARLIQ - Cəmi 2 gününüz var!

Tofiq Əliyev: “Sevinirəm ki, doğma divarlar arasında medalsız qalmadım”

Tofiq Əliyev: “Sevinirəm ki, doğma divarlar arasında medalsız qalmadım”

Ukrayna nəşrində Xocalı soyqırımına dair məqalə dərc edildi - FOTO

Ukrayna nəşrində Xocalı soyqırımına dair məqalə dərc edildi - FOTO

Bakıda evlər söküldü, divarlarında satanist rəsmlər üzə çıxdı - FOTO

Bakıda evlər söküldü, divarlarında satanist rəsmlər üzə çıxdı - FOTO

Qusarda Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin Regional Konfransının açılış mərasimi keçirildi - FOTO

Qusarda Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin Regional Konfransının açılış mərasimi keçirildi - FOTO

Windows 11-də yeni funksiya: İnternet sürətiniz ARTACAQ

Windows 11-də yeni funksiya: İnternet sürətiniz ARTACAQ

"Sevdiyim şəxs var, heç "instagram"ı da YOXDUR"

"Sevdiyim şəxs var, heç "instagram"ı da YOXDUR"

End of content

No more pages to load

RADİO