Hər 10 yeniyetmədən biri psixi problem yaşayır - Günahkar sosial şəbəkələrdir, yoxsa..?

Dünyada hər 10-cu yeniyetmə sosial şəbəkələrə və kompüter oyunlarına aludəçilik səbəbindən psixi problemlər yaşayır. Rəqəmsal texnologiyanın mənfi təsiri gənclərin sağlamlığı üçün böyük narahatlıq doğurur.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.

Qeyd olunub ki, ÜST-nin Avropa Regional Bürosunun yeni məlumatları yeniyetmələr arasında problemli sosial mediadan istifadənin 2018-ci ildəki 7%-dən 2022-ci ildə 11%-ə qədər kəskin artdığını göstərib. Bundan əlavə, yeniyetmələrin 12%-i rəqəmsal oyunlarla bağlı problemli davranış riski altındadır.

ÜST ekspertləri bildiriblər ki, hesabatda sosial mediadan problemli istifadə asılılıq əlamətləri ilə xarakterizə olunan davranış nümunəsi kimi müəyyən edilib.

Təşkilat qeyd edib ki, təqdim olunan məlumatlar 2022-ci ildə Avropa, Mərkəzi Asiya və Kanadada 11, 13 və 15 yaşlı təxminən 280 min uşaq və yeniyetmənin iştirak etdiyi “Məktəb yaşlı uşaqların sağlamlıq davranışı” araşdırmasının bir hissəsi kimi əldə edilib.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyir ki, son illərdə sosial şəbəkələrin sürətlə yayılması yeniyetmələrin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib:

“Bu platformalar ünsiyyət, məlumat mübadiləsi və özünüifadə üçün geniş imkanlar yaratsa da, onların psixi sağlamlığa mümkün mənfi təsirləri ilə bağlı narahatlıqlar da artmaqdadır. Müasir araşdırmalar göstərir ki, sosial media bəzi hallarda yeniyetmələrdə emosional və psixoloji problemlərin yaranmasına səbəb ola bilir. 13–17 yaş arası yeniyetmələrin təxminən 95%-i sosial şəbəkələrdən istifadə etdiyini bildirir və onların əksəriyyəti gündə bir neçə saatını bu platformalarda keçirir.

Aparılan tədqiqatlara əsasən, yeniyetmələrin təxminən 19%-i sosial medianın onların psixi sağlamlığına mənfi təsir etdiyini düşünür. Bu isə hər 5 yeniyetmədən birinin bu təsiri hiss etdiyini göstərir. Ümumilikdə isə gənclərin hər 10 nəfərindən biri sosial media səbəbilə psixoloji çətinliklər yaşadığını qeyd edir”.

Müsahibimiz sosial mediadan uzun müddət və nəzarətsiz istifadənin yaratdığı problemləri də sadalayıb:

“Narahatlıq və depressiya simptomları, yuxu pozuntuları və xroniki yorğunluq, özünə inamın azalması və sosial təcrid bu problemlərdən bəziləridir. Sosial şəbəkələrdə əsasən həyatın “ideal” tərəflərinin paylaşılması yeniyetmələrdə sosial müqayisə meylini gücləndirir. Bu müqayisə gənclərin bir çoxunun özlərini başqalarından geri qalırmış kimi hiss etmələrinə və nəticədə özünə aşağı səviyyəli  hesab etmələrinə səbəb olur.

Araşdırmalar göstərir ki, problem təkcə ekran vaxtının uzunluğu deyil, həm də sosial mediaya psixoloji bağlılıq və kompulsiv istifadədir. Bu hallar beyində motivasiya mexanizmlərini dəyişərək davranış asılılığına bənzər təsir yaradır və yeniyetmələrin emosional tarazlığını poza bilir. Xüsusilə “TikTok” və “Instagram” kimi platformalarda yayılan “ideal bədən”, “mükəmməl həyat” və “uğur” görüntüləri yeniyetmələrdə bədən imici ilə bağlı narahatlıq, özlərini qeyri-kafi hiss etmə və özünə inam itkisi yaradır. Bu da emosional gərginliyi daha da artırır”.

Nə etməli?

Abbas Bağırov onu da əlavə edib ki, tədqiqatlarda orta və yüksək səviyyədə sosial media istifadə edən yeniyetmələrdə psixososial problemlərin 16–19% daha çox müşahidə edildiyi qeyd olunur:

“Sosial media özlüyündə zərərli olmasa da, aşağıdakı tədbirlər riskləri azalda bilər: Valideyn nəzarəti və açıq ünsiyyət, rəqəmsal savadlılığın artırılması, ekran vaxtına limitlərin qoyulması, real sosial münasibətlərin təşviqi. Sosial şəbəkələr yeniyetmələrin həyatında mühüm rol oynayır, lakin nəzarətsiz və kompulsiv istifadə psixi sağlamlığa ciddi zərər vura bilər.

Ən böyük risklər zorbalıq, sosial müqayisə və psixoloji asılılıq ilə bağlıdır. Bu səbəbdən, ailə, məktəb və cəmiyyət səviyyəsində profilaktik tədbirlərin görülməsi xüsusi əhəmiyyət daşıyır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrəvanda sabiq prokurorun meyiti tapıldı

İrəvanda sabiq prokurorun meyiti tapıldı

Goranboyda yeniyetməni “tok” vurdu - Vəziyyəti ağırdır

Goranboyda yeniyetməni “tok” vurdu - Vəziyyəti ağırdır

Mahir Emreli yaşıl meydanlara geri döndü

Mahir Emreli yaşıl meydanlara geri döndü

"Bu, axmaq müharibədir"

"Bu, axmaq müharibədir"

Tehranın ətrafında güclü partlayışlar - VİDEO

Tehranın ətrafında güclü partlayışlar - VİDEO

Çində gündəlik səyahət sayında yeni rekord: 352 milyon

Çində gündəlik səyahət sayında yeni rekord: 352 milyon

"Sabah" Premyer Liqada növbəti qələbəsini qazandı - VİDEO

"Sabah" Premyer Liqada növbəti qələbəsini qazandı - VİDEO

Əfqanıstan sərhədi boyunca 70 terrorçu MƏHV EDİLDİ - VİDEO

Əfqanıstan sərhədi boyunca 70 terrorçu MƏHV EDİLDİ - VİDEO

İran neft ehtiyatlarını ABŞ-ın nəzarətinə verməyəcək - Reuters

İran neft ehtiyatlarını ABŞ-ın nəzarətinə verməyəcək - Reuters

Ukrayna ordusu bu istiqamətində əks-hücuma keçib

Ukrayna ordusu bu istiqamətində əks-hücuma keçib

Ronaldo Trampa cavab verdi

Ronaldo Trampa cavab verdi

Məşhur reperə 7 illik həbs

Məşhur reperə 7 illik həbs

2026-cı il Ukraynada müharibənin başa çatdığı il olmalıdır - Britaniyanın müdafiə naziri

2026-cı il Ukraynada müharibənin başa çatdığı il olmalıdır - Britaniyanın müdafiə naziri

ABŞ İrana zərbəni bazar ertəsi və ya çərşənbə axşamı endirəcək?

ABŞ İrana zərbəni bazar ertəsi və ya çərşənbə axşamı endirəcək?

Hər 10 yeniyetmədən biri psixi problem yaşayır - Günahkar sosial şəbəkələrdir, yoxsa..?

Hər 10 yeniyetmədən biri psixi problem yaşayır - Günahkar sosial şəbəkələrdir, yoxsa..?

Zaxarova: “Rusiyanın mövqeyi Venesuelanın dövlətçiliyini qoruyub”

Zaxarova: “Rusiyanın mövqeyi Venesuelanın dövlətçiliyini qoruyub”

Ramazanda Frankfurt küçələri - VİDEO

Ramazanda Frankfurt küçələri - VİDEO

“Beşiktaş” bu futbolçu ilə razılığa gəldi

“Beşiktaş” bu futbolçu ilə razılığa gəldi

Trampın iqamətgahının ərazisinə girən silahlı şəxs zərərsizləşdirildi - VİDEO

Trampın iqamətgahının ərazisinə girən silahlı şəxs zərərsizləşdirildi - VİDEO

Bakının bu ərazisində su kəsildi

Bakının bu ərazisində su kəsildi

Ramazan ayının dördüncü gününün iftar vaxtı

Ramazan ayının dördüncü gününün iftar vaxtı

“Neftçi”nin sabiq futbolçusu Qazaxıstan klubu ilə anlaşdı

“Neftçi”nin sabiq futbolçusu Qazaxıstan klubu ilə anlaşdı

Kənd almaq istəyənlərin NƏZƏRİNƏ - Ucuz qiymətə satılır - FOTO

Kənd almaq istəyənlərin NƏZƏRİNƏ - Ucuz qiymətə satılır - FOTO

Qeyri-adi bacarığa malik olan Elvin: Ona "canlı təqvim" deyirlər - VİDEO

Qeyri-adi bacarığa malik olan Elvin: Ona "canlı təqvim" deyirlər - VİDEO

End of content

No more pages to load

RADİO