“Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları” mövzusunda təlim KEÇİRİLDİ - FOTO

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.

Bizim.Media xəbər verir ki, təlimin yeddinci günündə ustad dərslərini Xalq artisti Roza Tağıyeva, ədəbiyyatşünas və redaktor Seyfəddin Hüseynli, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva keçiblər.

Bu dəfə təlim “Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları” mövzusuna həsr olunub.

Təlim çərçivəsində Xalq artisti Roza Tağıyeva “Nitqin gözəlliyi” mövzusunda danışıb. O, efirdə düzgün danışığın vacibliyini vurğulayıb və iştirakçılara son dönəmlərdə “söylədim ki, söyləyim” ifadələrindən çox istifadə edildiyini və bunun yerinə “dedim” sözündən daha çox istifadə etmək lazım olduğunu bildirib.

Roza Tağıyeva, həmçinin xarici adların və rus sözlərinin düzgün tələffüz edilməsinin, “dan-dən” şəkilçilərindəki səslərə diqqət göstərilməsinin vacib olduğunu qeyd edib. O bildirib ki, efirdə loru danışıq yolverilməzdir, amma təbiilik və məntiqi vurğu qorunmalıdır.

Xalq artisti təcrübəsindən danışaraq onu da qeyd edib ki, əvvəllər yalnız hazır mətnlər gəlirdi və aparıcılar başqa heç nə deyə bilmirdilər. Bayramlarda və şənliklərdə isə əlavə söz deməyə icazə verilirdi.

O, təlimdə əvvəllər televiziyaya marağın böyük olduğunu, indi isə insanların əksəriyyətinin sosial şəbəkələrdə vaxt keçirdiyini də diqqətə çatdırıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva çıxışında media orqanlarında orfoqrafiya qaydalarına riayət olunmasının vacibliyini, redaktə və korrektə prosesinin zəifləməsinin ciddi problemlər yaratdığını qeyd edib.

Şəhla Quliyeva mediaya xas əsas orfoqrafik səhvlərdən də bəhs edib. O, çıxışında alınma sözlərin və mürəkkəb sözlərin yanlış yazılışı, böyük və kiçik hərflərin düzgün işlədilməməsi, durğu işarələrinin səhv tətbiqi, xüsusilə mürəkkəb cümlələrdə nöqtə və vergülün buraxılmasını da vurğulayıb.

Təlimdə çıxış edən ədəbiyyatşünas və redaktor Seyfəddin Hüseynli qrammatik qaydaların pozulması, dilə xarici təsirlər və yad sözlərin artması kimi problemlərdən danışıb. O qeyd edib ki, sosial şəbəkələrdən sonra dilə ən çox təsir göstərən sahələrdən biri seriallardır. Xüsusilə Türkiyə türkcəsinin təsiri məsələsi birmənalı qarşılanmır və bu mövzuda aparılan müzakirələr bəzən yanlış anlaşılır.

Bildirilib ki, bəzi sözlər tarixi zərurət nəticəsində dilə daxil olub və artıq işlək formaya çevrilib. Məsələn, “ruçka” sözü gündəlik danışıqda geniş istifadə olunsa da, yazıda “qələm” variantına üstünlük verilir.

Təlim zamanı təhsil sistemində test imtahanlarının üstünlük təşkil etməsinin düşüncə və ifadə bacarıqlarına təsiri məsələsinə də toxunulub. Qeyd olunub ki, biliklərin praktik tətbiqi zəiflədikdə nitq mədəniyyəti də zərər görür.

Seyfəddin Hüseynli orfoepiya lüğətinin olmaması və orfoqrafiya lüğətindəki problemlərdən də
danışdı. Bundan əlavə, mediada üslub qarışıqlığının, ifadə və terminoloji qeyri-dəqiqliklərin də
dil problemləri sırasında olmasını vurğulayıb.

Xatırladaq ki, təlimlərin keçirilməsinin əsas məqsədi media mühitində Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma çərçivəsində istifadəsinin təşviq edilməsidir.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə “KIA” “Mitsubishi” ilə toqquşdu - Xəsarət alanlar var - FOTO

Gəncədə “KIA” “Mitsubishi” ilə toqquşdu - Xəsarət alanlar var - FOTO

İran “Sayyad-3G raketinin sınaq buraxılışını edib - VİDEO

İran “Sayyad-3G raketinin sınaq buraxılışını edib - VİDEO

Ramazanın dördüncü gününün imsak və iftar vaxtları - Günün DUASI

Ramazanın dördüncü gününün imsak və iftar vaxtları - Günün DUASI

40 yaşlı futbolçudan YENİ REKORD

40 yaşlı futbolçudan YENİ REKORD

Milli Məclis: "İmprotex Motors"la müqavilənin məbləği ilə bağlı yayılanlar YALANDIR

Milli Məclis: "İmprotex Motors"la müqavilənin məbləği ilə bağlı yayılanlar YALANDIR

Abbasdan sərt TƏNQİD: “Reytinq xatirinə zövqü korlamısınız, dəyəri ucuzlaşdırmısınız”

Abbasdan sərt TƏNQİD: “Reytinq xatirinə zövqü korlamısınız, dəyəri ucuzlaşdırmısınız”

“İran təzyiq qarşısında geri çəkilməyəcək” - Pezeşkian

“İran təzyiq qarşısında geri çəkilməyəcək” - Pezeşkian

Cəlilabadda qısaqapanma nəticəsində EV YANDI

Cəlilabadda qısaqapanma nəticəsində EV YANDI

Baş məşqçi azarkeşlərin "istefa" şüarına REAKSİYA VERDİ

Baş məşqçi azarkeşlərin "istefa" şüarına REAKSİYA VERDİ

ABŞ Dəməşqdə səfirliyini bərpa etməyə HAZIRLAŞIR - 14 il sonra…

ABŞ Dəməşqdə səfirliyini bərpa etməyə HAZIRLAŞIR - 14 il sonra…

Sertifikasiyadan kəsilən müəllimlər bu yola əl atdı: Cinayət işi açıldı

Sertifikasiyadan kəsilən müəllimlər bu yola əl atdı: Cinayət işi açıldı

Leyla Əliyeva yeni şeirini təqdim etdi - VİDEO

Leyla Əliyeva yeni şeirini təqdim etdi - VİDEO

Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalında MƏĞLUB OLDU - FOTO

Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalında MƏĞLUB OLDU - FOTO

Maslenitsa bayramında “Labubu” YANDIRILDI - ANBAAN VİDEO

Maslenitsa bayramında “Labubu” YANDIRILDI - ANBAAN VİDEO

Anasının bu sözlərinə görə səhnəyə qayıdıb - VİDEO

Anasının bu sözlərinə görə səhnəyə qayıdıb - VİDEO

"Karvan-Yevlax"ın itiriləsi heç nəyi yoxdur"- Andrey Demçenko

"Karvan-Yevlax"ın itiriləsi heç nəyi yoxdur"- Andrey Demçenko

Sürətli arıqlama üçün ideal səhər yeməyi - Tox qalıb çəki verəcəksiniz

Sürətli arıqlama üçün ideal səhər yeməyi - Tox qalıb çəki verəcəksiniz

Cərimədən nəticə çıxarmadı - 2 il maşın sürə bilməyəcək

Cərimədən nəticə çıxarmadı - 2 il maşın sürə bilməyəcək

Ərəblərdən "Barselona" futbolçusuna 40 milyonluq TƏKLİF

Ərəblərdən "Barselona" futbolçusuna 40 milyonluq TƏKLİF

Azərbaycanda ölümlə təhdid edilən şəxsə VƏZİFƏ VERİLDİ

Azərbaycanda ölümlə təhdid edilən şəxsə VƏZİFƏ VERİLDİ

Borclu şəxs qismində axtarışda olan 100 nəfər SAXLANILDI

Borclu şəxs qismində axtarışda olan 100 nəfər SAXLANILDI

Sağlam yuxu üçün qəhvəni BU SAATDA için! - ARAŞDIRMA

Sağlam yuxu üçün qəhvəni BU SAATDA için! - ARAŞDIRMA

“Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları” mövzusunda təlim KEÇİRİLDİ - FOTO

“Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları” mövzusunda təlim KEÇİRİLDİ - FOTO

Ukrayna ordusu “İskəndər-M” üçün döyüş sursatı istehsal edən zavoda zərbə endirdi - VİDEO

Ukrayna ordusu “İskəndər-M” üçün döyüş sursatı istehsal edən zavoda zərbə endirdi - VİDEO

End of content

No more pages to load

RADİO