Polis 13 kiloqram narkotik aşkarladı - VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.

Bizim.Media-ya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Elvin Səlimbəyli saxlanılıb.

Onun üzərinə baxış zamanı 100 qram, yaşadığı mənzildən 1 kiloqram 208 qram heroin, 240 qramdan artıq psixotrop maddə olan metamfetamin, 271 qram tiryək, 660 ədəd preqabalin, 2240 ədəd metadon həbləri və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Elvin Səlimbəyli narkotik vasitələri və həbləri Zaur Abbasov adlı şəxsdən onlayn yolla satmaq məqsədi ilə əldə edib.

O, həmin şəxsin bank kartına pul yükləyəndən sonra narkotik vasitələri müəyyən edilən yerdən götürüb.

Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin onlayn satışı ilə məşğul olan Zaur Abbasov da saxlanılaraq Baş İdarəyə gətirilib. Onun üzərinə baxış zamanı 18 qram metamfetamin, 12 qrama yaxın heroin, 80 ədəd metadon həbi, 1 ədəd elektron tərəzi və narkotik vasitələrin satışı zamanı pul vəsaitlərinin köçürüldüyü 2 ədəd plastik kart aşkar edilərək götürülüb.

Zaur Abbasov isə ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib.

O, narkotik vasitələrin satışından əldə etdiyi pulları kart hesablarında toplayandan sonra maliyyə hesabatını həmin şəxsə göndərirmiş.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum edilmiş Zaur Əliyev də saxlanılıb. Onun üzərindən 186 qrama yaxın psixotrop maddə olan metamfetamin, 1 kiloqram 850 qram heroin aşkar edilib.

Zaur Əliyevin yaşadığı evdən isə əlavə olaraq 1000 ədəd metadon və 200 ədəd tramadol həbləri, 560 qram heroin və 1 ədəd elektron tərəzi polislər tərəfindən götürülüb.

Baş İdarənin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı İmaməddin Məhərrəmov tutulub. Onun üzərinə baxış zamanı 43 qrama yaxın heroin, yaşadığı evdən 4 kiloqram 144 qram heroin, 613 qram psixotrop maddə metamfetamin, 3 kiloqram 180 qram marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib.

Həyata keçirilən sonuncu silsilə əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən 13 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddə, o cümlədən satışı qadağan edilmiş 4180 ədəd narkotik xassəli həblər qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar.

Əldə edilən narkotik vasitələrin mənbələrinin və ölkəmizə gətirilmə mexanizmlərinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran müharibəsindən sonra 20 ölkədə benzin kəskin bahalaşdı - FOTO

İran müharibəsindən sonra 20 ölkədə benzin kəskin bahalaşdı - FOTO

Vaşiqtondakı atışmada şam yeməyindən qalan GÖRÜNTÜLƏR

Vaşiqtondakı atışmada şam yeməyindən qalan GÖRÜNTÜLƏR

Rusiyada miqrantlar üçün uşaq müavinəti almaq qaydaları sərtləşdirildi

Rusiyada miqrantlar üçün uşaq müavinəti almaq qaydaları sərtləşdirildi

Azərbaycan XİN bu ölkəni təbrik etdi - FOTO

Azərbaycan XİN bu ölkəni təbrik etdi - FOTO

İsrail ordusu Livanın cənubuna yenidən zərbələr endirdi

İsrail ordusu Livanın cənubuna yenidən zərbələr endirdi

ABŞ federal qüvvələri atəş açan şəxsin evində əməliyyat keçirir - VİDEO

ABŞ federal qüvvələri atəş açan şəxsin evində əməliyyat keçirir - VİDEO

Ukrayna, Britaniya və Avropa İttifaqı Trampın iştirak etdiyi tədbirdə atışmanı pislədi

Ukrayna, Britaniya və Avropa İttifaqı Trampın iştirak etdiyi tədbirdə atışmanı pislədi

Əraqçi Oman sultanı ilə bu barədə danışdı

Əraqçi Oman sultanı ilə bu barədə danışdı

Hakan Fidan ABŞ nümayəndələri ilə İran danışıqlarını müzakirə etdi

Hakan Fidan ABŞ nümayəndələri ilə İran danışıqlarını müzakirə etdi

Sabahın havası: Şimşək çaxacaq, dolu düşəcək

Sabahın havası: Şimşək çaxacaq, dolu düşəcək

Vaşinqtondakı atışma zamanı zalda ən sakit qalan qonaq gündəm oldu - VİDEO

Vaşinqtondakı atışma zamanı zalda ən sakit qalan qonaq gündəm oldu - VİDEO

Moskva Zelenskinin Qazaxıstana səfərini bloklayıb, Azərbaycana gəlişinin qarşısını almağa çalışıb

Moskva Zelenskinin Qazaxıstana səfərini bloklayıb, Azərbaycana gəlişinin qarşısını almağa çalışıb

Ukrayna Yaroslavl və Voloqda vilayətlərinə zərbə endirdi - VİDEO

Ukrayna Yaroslavl və Voloqda vilayətlərinə zərbə endirdi - VİDEO

Süd BAHALAŞACAQ

Süd BAHALAŞACAQ

Pezeşkian: “ABŞ İranla danışıqların bərpası üçün bütün maneələri aradan qaldırmalıdır”

Pezeşkian: “ABŞ İranla danışıqların bərpası üçün bütün maneələri aradan qaldırmalıdır”

Rusiya helikopteri vuruldu - FOTO

Rusiya helikopteri vuruldu - FOTO

Müctəba Xamenei ÖLƏNLƏR SİYAHISINDADIR? — İranda yayılan kadrlar müzakirə yaratdı - VİDEO

Müctəba Xamenei ÖLƏNLƏR SİYAHISINDADIR? — İranda yayılan kadrlar müzakirə yaratdı - VİDEO

Rubio İran üzrə danışıqlarda niyə iştirak etmir?

Rubio İran üzrə danışıqlarda niyə iştirak etmir?

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Estoniyada “donuz ciyiltisi” üzrə çempionat keçirildi - VİDEO

Estoniyada “donuz ciyiltisi” üzrə çempionat keçirildi - VİDEO

Azərbaycanlı aktyor yıxılıb ayağını sındırdı - VİDEO

Azərbaycanlı aktyor yıxılıb ayağını sındırdı - VİDEO

Çernobıl faciəsindən 40 il ötür: Təcrid zonasının həqiqətləri və mifləri - FOTO

Çernobıl faciəsindən 40 il ötür: Təcrid zonasının həqiqətləri və mifləri - FOTO

İranda “Ceyş əl-Ədl” qruplaşmasının üzvü olduğu bildirilən şəxs edam edildi

İranda “Ceyş əl-Ədl” qruplaşmasının üzvü olduğu bildirilən şəxs edam edildi

Ukraynanın ABŞ-dakı səfiri Trampın iştirak etdiyi tədbirdə atışmanın şahidi oldu - FOTO

Ukraynanın ABŞ-dakı səfiri Trampın iştirak etdiyi tədbirdə atışmanın şahidi oldu - FOTO

End of content

No more pages to load

RADİO