Fevralın 21-də Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi məlumat yayıb.
Bildirilib ki, ərazidə planlı təmir-bərpa işləri aparılacaq. Bununla əlaqədar 35/10 kV-luq yarımstansiyadan qidalanan Aza 10 kV-luq elektrik xətti rayon ərazisində yüksəkgərginlikli elektrik xətlərinin çəkilməsi ilə bağlı sifariş əsasında müvəqqəti olaraq açılacaq.
Bu səbəbdən Ordubad rayonunun Aza, Azad, Dizə, Qoşadizə, Kələntər Dizə, Sabirkənd, Baş Dizə və Gilançay kəndlərində saat 10:00-dan 11:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bizim.Media