Toydan qalan yeməklər yenidən süfrəyə VERİLİR?

Ölkəmizdə toylarımızda süfrələr çeşidliyi və bolluğu ilə fərqlənir. Müxtəlif adda salatlar, qazan yeməkləri, kabablar, plov və fərqli təamlar limitsiz olaraq ortalığa gətirilir. Bəzən 6 nəfərlik masaya 10-12 nəfərlik yeməklər gətirilir.

Bəs məclisdən sonra süfrədə qalan yeməklərin aqibəti necə olur?

Bizim.Media xəbər verir ki, restoran sahiblərinin sözlərinə görə, artıq qalan yeməklərdən toy sahibi üçün xüsusi pay hazırlanır:

"Bu pay mətbəxdə qablaşdırılır. Yeməklər və içkilər xüsusi ilə paketləşdiirlir. Qonaqların masasında qalan toxunulmayan yeməklər isə yığılaraq restoran işçiləri arasında bölüşdürülür. İnsanlar bəzən elə düşünür ki, dünənki toydan qalan yeməklər də masaya servis edilir. Amma qida agentliyi, vergi işçiləri hər gün restoranlarda monitorinqlər keçirirlər. Belə halların baş verməsi mümkün deyil".

Regionlarda isə bu yanaşma bir az fərqlidir. Menyu toylarda artıq qalan yeməklər restoran sahibinin razılığı ilə toy sahibinə verilə bilər. Məclis sahibi toy yeməklərini özü təşkil edərsə, bu halda qalan yeməkləri apara bilər.

İqtisadçı Zahid Məmmədov bildirib ki, toy xidmətləri müqavilə əsasında nizamlanmalıdır. Onun sözlərinə görə, ödənilən vəsaitin qarşılığında hansı məhsuldan nə qədər istifadə olunacağı əvvəlcədən müəyyənləşdirilməli, sonda isə hesabat təqdim edilməlidir:

"Toyda bu məsələni hüquqi müstəvidə həll etmək lazımdır. Öhtəliklər və vəzifələr dəqiq təyin olunmalıdır. Hər məhsul nəzərdə tutulandan az istifadə olunubsa, geri qalan məhsul qaytarılmalıdır. Amma təcrübə göstərir ki, bunların heç biri yoxdur".

Mütəxəssis hesab edir ki, açıq hesabat və sanitar normalara ciddi əməl olunması həm toy sahibinin, həm də restoran maraqlarını qoruyar. Əks halda günün sonunda yaranan narazılıq uzun müddət müzakirələrə səbəb ola bilər. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günay Ağamalının döydürdüyü deyilən köməkçisindən - Açıqlama

Günay Ağamalının döydürdüyü deyilən köməkçisindən - Açıqlama

Putin ehtiyatda olanları orduya çağırır

Putin ehtiyatda olanları orduya çağırır

Özəl sifarişlə işləyir, gündə cəmi 7 dənə istehsal edir: Birini 200 manata satır - FOTO

Özəl sifarişlə işləyir, gündə cəmi 7 dənə istehsal edir: Birini 200 manata satır - FOTO

Britaniya kralının kiçik qardaşı TUTULDU

Britaniya kralının kiçik qardaşı TUTULDU

Bakı metrosundakı tüstülənmənin SƏBƏBİ AÇIQLANDI – RƏSMİ

Bakı metrosundakı tüstülənmənin SƏBƏBİ AÇIQLANDI – RƏSMİ

Şagirdlər TƏHLÜKƏDƏ – Döşəməsi çökmüş, sanitar qovşağı uçmuş məktəb niyə TƏMİR OLUNMUR? – VİDEO

Şagirdlər TƏHLÜKƏDƏ – Döşəməsi çökmüş, sanitar qovşağı uçmuş məktəb niyə TƏMİR OLUNMUR? – VİDEO

Müharibə veteranlarının pensiyaları necə hesablanacaq?

Müharibə veteranlarının pensiyaları necə hesablanacaq?

Nazirlikdən üzərliklə bağlı ÇAĞIRIŞ: “Xaricə səyahət edərkən üzərinizdə götürməyin!”

Nazirlikdən üzərliklə bağlı ÇAĞIRIŞ: “Xaricə səyahət edərkən üzərinizdə götürməyin!”

Aleks Fernandesin yeni komandası BƏLLİ OLDU

Aleks Fernandesin yeni komandası BƏLLİ OLDU

Hikmət Hacıyev: “Məhkəmənin Vardanyanla bağlı qərarı 30 illik münaqişənin məntiqi yekunudur”

Hikmət Hacıyev: “Məhkəmənin Vardanyanla bağlı qərarı 30 illik münaqişənin məntiqi yekunudur”

Xanabad kəndinə İLK KÖÇ: 154 nəfər qayıtdı – FOTO/VİDEO

Xanabad kəndinə İLK KÖÇ: 154 nəfər qayıtdı – FOTO/VİDEO

Britaniyalı cütlüyə İranda 10 il həbs cəzası verildi

Britaniyalı cütlüyə İranda 10 il həbs cəzası verildi

Zaur İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ

Zaur İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ

Bakı metrosundan kimlər ödənişsiz istifadə edə bilər?

Bakı metrosundan kimlər ödənişsiz istifadə edə bilər?

Bu abituriyentlər sənəd qəbulu komissiyasına getməlidir - DİM AÇIQLADI

Bu abituriyentlər sənəd qəbulu komissiyasına getməlidir - DİM AÇIQLADI

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Cəlilabadda dəfn edildi – FOTO

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Cəlilabadda dəfn edildi – FOTO

İnternetinizdə zəifləmə var? – SƏBƏBİ bəlli oldu

İnternetinizdə zəifləmə var? – SƏBƏBİ bəlli oldu

Günay Ağamalı köməkçisini döydürüb? – Özü danışdı

Günay Ağamalı köməkçisini döydürüb? – Özü danışdı

19 dövlət orqanında 45 vakant vəzifə ümumi müsahibəyə ÇIXARILDI

19 dövlət orqanında 45 vakant vəzifə ümumi müsahibəyə ÇIXARILDI

TƏCİLİ! Bakı metrosunda qatarda TÜSTÜLƏNMƏ - Sərnişinlər düşürüldü – VİDEO

TƏCİLİ! Bakı metrosunda qatarda TÜSTÜLƏNMƏ - Sərnişinlər düşürüldü – VİDEO

FAKTİKİ HAVA: Daşkəsən və Şahdağa qar yağır

FAKTİKİ HAVA: Daşkəsən və Şahdağa qar yağır

“Araz Naxçıvan”ın legioneri yenidən KOMANDAYA QOŞULDU

“Araz Naxçıvan”ın legioneri yenidən KOMANDAYA QOŞULDU

100 illik qayda dəyişir: Qırmızı, sarı və yaşılın yanına yeni rəng gəlir

100 illik qayda dəyişir: Qırmızı, sarı və yaşılın yanına yeni rəng gəlir

Şəhid Mahir Quliyevlə vida mərasimi keçirilir – FOTO/VİDEO

Şəhid Mahir Quliyevlə vida mərasimi keçirilir – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO