Yasamal rayonunda vətəndaşa məxsus VAZ-2107 markalı avtomobili qaçıran şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, zərərçəkən polisə müraciətində marketə daxil olmaq üçün avtomobilini saxladığını, qayıtdıqda isə nəqliyyat vasitəsinin orada olmadığını bildirib.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər soyğunçuluq və oğurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı B.Əsədov müəyyən olunaraq saxlanılıb, avtomobil sahibinə geri qaytarılıb.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Bizim.Media