Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə İTTİHAM OLUNUR: Məhkəmə prosesinin keçirilmə qaydası dəyişdirildi

Müdafiə Nazirliyi (MN) Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi Ruhin Tağıyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
 

İttihamda qeyd olunub ki, Ruhin Tağıyev xidməti vəzifəsinin icrası zamanı bəzi hərbi qulluqçuların İkinci Qarabağ müharibəsi zamanı xəsarət almaları ilə bağlı sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib və onlara əlillik dərəcəsinin verilməsi üçün arayış təqdim edib.


İttihama görə, o, bu arayışların verilməsi üçün Kənan Cabbarovdan 6, Sərvər Eyvazovdan 6, Tural İbrahimovdan 3, Ədalət Seyidovdan 7 və Zeynalabdin Məmmədovdan 5 min manat rüşvət qismində pul alıb.

Bundan əlavə, o, Hərbi Tibb Məntəqəsində işləyən Nərgiz Hümbətovaya iş müqaviləsinin uzadılması barədə vəd verib və bu işin görülməsi üçün ondan 1 500 manat almaqda ittiham olunub.

Ruhin Tağıyev ittihama münasibət bildirərək özünü təqsirli bilməyib.

O deyib ki, məhkəmədə ifadə verən zaman günahsız olmasını sübut edəcək, bununla bağlı sənədlər təqdim edəcək.

Prosesdə Ruhin Tağıyev mətbuat nümayəndələrinin məhkəmə iclaslarında iştirakına etiraz edib. Təqsirləndirilən şəxsin vəkilləri də onunla razılaşıblar.

Prosesə sədrlik edən hakim isə deyib ki, məhkəmə iclasları ya qapalı, ya da açıq formada olur:

"Açıq məhkəmə iclasından mətbuat nümayəndələrinin hansı qanunla çıxarılmasını təmin edək?" Təqsirləndirilən şəxsin vəkili əvvəlcə məhkəmənin açıq keçirilməsini, amma mətbuat nümayəndələrinin zala buraxılmamasını istəyib.

Hakim isə belə bir halın qanunvericilikdə mövcud olmadığını deyib. Bundan sonra təqsirləndirilən şəxs məhkəmənin qapalı keçirilməsini istəyib.

Hakim isə müdafiə tərəfinin diqqətinə çatdırıb ki, təqsirləndirilən şəxslə müdafiəçilərinin fikirlərində ziddiyyət var.

Sonda təqsirləndirilən şəxs vəkilləri ilə prosesin qapalı keçirilməsi barədə razılığa gəliblər. Hakim heyəti də prosesin qapalı keçirilməsinə qərar verib.

Məhkəmənin növbəti iclası fevralın 24-nə təyin olunub.
 

Qeyd edək ki, Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və həmin Nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi Ruhin Zeyid oğlu Tağıyevin barəsində Müdafiə Nazirliyindən daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb.


İstintaq materiallarında qeyd olunub ki, Ruhin Tağıyev 2021-23-cü illərdə sözügedən vəzifələrdə işləyərkən ona müraciət edən hərbi qulluqçuların adlarını ambulator xəstələrin qeydiyyatı kitabına qanunsuz olaraq daxil edib.

Bununla o, hərbi qulluqçuların xəsarət almaları haqqında arayışların verilməsi müqabilində bir neçə şəxsdən külli miqdarda pulu rüşvət qismində almaqda, habelə hərbi qulluqçuların şəhadətləndirilmələrinə köməklik göstərilməsi müqabilində isə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini alaraq nüfuz alverində təqsirli bilinib.

Ruhin Tağıyevə Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib.

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Rəsmi məlumatda qeyd olunub ki, oxşar xarakterli əməllərin törədilməsində iştirak edən digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Birinci Liqa: “Səbail” məğlub oldu, “Baku Sportinq” qalib gəldi - VİDEO

Birinci Liqa: “Səbail” məğlub oldu, “Baku Sportinq” qalib gəldi - VİDEO

Mehriban Əliyeva Ramazan ayı ilə bağlı PAYLAŞIM ETDİ - FOTO

Mehriban Əliyeva Ramazan ayı ilə bağlı PAYLAŞIM ETDİ - FOTO

Alena Əliyeva Ramazan ayının başlaması münasibətilə PAYLAŞIM ETDİ - FOTO

Alena Əliyeva Ramazan ayının başlaması münasibətilə PAYLAŞIM ETDİ - FOTO

"Mən anamdan asılıyam, bu, problemdir?"

"Mən anamdan asılıyam, bu, problemdir?"

DƏHŞƏTLİ FAKT: Təhlükəli yağı əhaliyə satmaq istədilər - FOTO

DƏHŞƏTLİ FAKT: Təhlükəli yağı əhaliyə satmaq istədilər - FOTO

ADSEA suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət etməyib - Rəsmi

ADSEA suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət etməyib - Rəsmi

Baş məşqçi ağır cəzalandırıldı - 7 matçlıq diskvalifikasiya

Baş məşqçi ağır cəzalandırıldı - 7 matçlıq diskvalifikasiya

SON DƏQİQƏ! Dövlət Vergi Xidməti ANC GROUP-da yoxlamaya başladı

SON DƏQİQƏ! Dövlət Vergi Xidməti ANC GROUP-da yoxlamaya başladı

Hava soyuyur, temperatur enəcək - XƏBƏRDARLIQ

Hava soyuyur, temperatur enəcək - XƏBƏRDARLIQ

Əməkdar artistin qızı ilə nəvəsi efirdə ona SÜRPRİZ ETDİ - VİDEO

Əməkdar artistin qızı ilə nəvəsi efirdə ona SÜRPRİZ ETDİ - VİDEO

Rusiya və Ukrayna nümayəndə heyəti arasında Cenevrədə qapalı danışıqlar KEÇİRİLİB

Rusiya və Ukrayna nümayəndə heyəti arasında Cenevrədə qapalı danışıqlar KEÇİRİLİB

10 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri MÜƏYYƏNLƏŞDİ

10 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri MÜƏYYƏNLƏŞDİ

Fransa klubu yeni baş məşqçisini AÇIQLADI

Fransa klubu yeni baş məşqçisini AÇIQLADI

Çay evindəki insidentdə 36 yaşlı kişinin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Çay evindəki insidentdə 36 yaşlı kişinin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Masallıda qanunsuz fəaliyyət göstərən toyuq sexi AŞKARLANDI - FOTO/VİDEO

Masallıda qanunsuz fəaliyyət göstərən toyuq sexi AŞKARLANDI - FOTO/VİDEO

"Memar Əcəmi" metrosunun 4-cü çıxışı AÇILDI

"Memar Əcəmi" metrosunun 4-cü çıxışı AÇILDI

“Qəbələ” – “Sabah” oyunundakı mübahisəli epizoda Hakimlər Komitəsinin keçmiş sədrindən REAKSİYA

“Qəbələ” – “Sabah” oyunundakı mübahisəli epizoda Hakimlər Komitəsinin keçmiş sədrindən REAKSİYA

Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə İTTİHAM OLUNUR: Məhkəmə prosesinin keçirilmə qaydası dəyişdirildi

Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə İTTİHAM OLUNUR: Məhkəmə prosesinin keçirilmə qaydası dəyişdirildi

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

İcma: "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir

İcma: "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir

Arda Gülərin sevgilisi gündəm oldu - FOTO

Arda Gülərin sevgilisi gündəm oldu - FOTO

Tiktokerin cinayət işində adı keçən iş adamı məhkəməyə verildi

Tiktokerin cinayət işində adı keçən iş adamı məhkəməyə verildi

Prezident Nəriman Həsənzadəni “Heydər Əliyev” ordeni ilə təltif etdi

Prezident Nəriman Həsənzadəni “Heydər Əliyev” ordeni ilə təltif etdi

Xocalı qatili ölkədən çıxa biləcək - Qadağa götürüldü

Xocalı qatili ölkədən çıxa biləcək - Qadağa götürüldü

End of content

No more pages to load

RADİO