“WhatsApp" yazışmaları bu hallarda izlənilə bilər – Ali Məhkəmədən AÇIQLAMA

Şəxsin "WhatsApp" yazışmalarının onun xəbəri olmadan müxtəlif vasitələrdən istifadə edilməklə izlənilməsi qadağandır.

Bizim.Media xəbər verir ki, bu barədə Ali Məhkəmənin "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Plenum qərarında şəxsi yazışmaların toxunulmazlığı ilə bağlı məsələlərə dair yeni xüsusi mövqeyində bildirilib.
 

Plenum qərarında qeyd edilib ki, şəxsi yazışmaların toxunulmazlığı hüququ hər kəsin yazışma, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların sirrini qorumağa təminat verir.


"Şəxsin razılığı olmadan onun şəxsi yazışmalarının qanunazidd əldə olunması, istifadəsi və ya yayılması şəxsi toxunulmazlıq hüququnun pozuntusu hesab olunur".

Bununla belə qərarda vurğulanıb ki, bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.

Qərarda qeyd olunub ki, hüquqi mübahisələrin həlli ilə bağlı həmin mübahisənin tərəfləri yalnız öz aralarında olan yazışmaları məhkəməyə və ya mübahisəni həll edən digər səlahiyyətli quruma (mediasiya, arbitraj və s.) sübut qismində təqdim edə bilərlər:
 

"Həmin tərəflər digər şəxslərlə olan yazışmaları öz hüquqi mübahisələrinin həllində sübut kimi təqdim edə bilməzlər".


Ali Məhkəmənin Plenumunda bildirilib ki, istənilən yazışmanın media və ya internet şəbəkələrində qarşı tərəfin razılığı olmadan paylaşılması və ya hər hansı digər formada yayılması qadağandır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskvadan Paşinyanın təklifinə SƏRT CAVAB

Moskvadan Paşinyanın təklifinə SƏRT CAVAB

DİM ali məktəblərə və kolleclərə sənəd qəbulu ilə bağlı MƏLUMAT YAYDI

DİM ali məktəblərə və kolleclərə sənəd qəbulu ilə bağlı MƏLUMAT YAYDI

Prokuror 9 il 6 ay iş istədi - Məhkəmə bəraət verdi

Prokuror 9 il 6 ay iş istədi - Məhkəmə bəraət verdi

Azərbaycanda ötən il 35 mindən çox ev tikilib – CƏDVƏL

Azərbaycanda ötən il 35 mindən çox ev tikilib – CƏDVƏL

Bank kartları dələduzların hədəfinə necə çevrilir?

Bank kartları dələduzların hədəfinə necə çevrilir?

"İtimə səhər nehrə yağı ilə çörək verirəm” - VİDEO

"İtimə səhər nehrə yağı ilə çörək verirəm” - VİDEO

Xocalıda minaya düşən şəxsin SON DURUMU

Xocalıda minaya düşən şəxsin SON DURUMU

Kimlər sığınacağa qəbul OLUNMUR?

Kimlər sığınacağa qəbul OLUNMUR?

Türkiyəni Sülh Şurasında o təmsil edəcək

Türkiyəni Sülh Şurasında o təmsil edəcək

"Neynirəm səni, pulunu GÖNDƏR"

"Neynirəm səni, pulunu GÖNDƏR"

Çay evində vurduğu şəxs pilləkəndən yıxılıb öldü

Çay evində vurduğu şəxs pilləkəndən yıxılıb öldü

Bakı-Qəbələ-Bakı marşrutuna biletlərlə bağlı YENİLİK - FOTO

Bakı-Qəbələ-Bakı marşrutuna biletlərlə bağlı YENİLİK - FOTO

Bakıda bərbər müştərisinin təqaüdünü taladı: Başına polietilen torba keçirib... – ANBAAN VİDEO - FOTO

Bakıda bərbər müştərisinin təqaüdünü taladı: Başına polietilen torba keçirib... – ANBAAN VİDEO - FOTO

Azad edilmiş ərazilərdə ötən il tikintiyə ayrılan vəsait - SİYAHI

Azad edilmiş ərazilərdə ötən il tikintiyə ayrılan vəsait - SİYAHI

Həyat yoldaşına bu sözləri demək QANUNSUZ HƏRƏKƏT sayılacaq

Həyat yoldaşına bu sözləri demək QANUNSUZ HƏRƏKƏT sayılacaq

Diqqətlər Elvinlə Zubirdə – Axşamkı oyunda bunu edə bilsələr...

Diqqətlər Elvinlə Zubirdə – Axşamkı oyunda bunu edə bilsələr...

Sabiq deputat bacısı oğlunun HƏBSİNİ istəyir...

Sabiq deputat bacısı oğlunun HƏBSİNİ istəyir...

Elmlər Akademiyası yaxınlığında “Kristal”ın mərkəzi satış ofisi açıldı!

Elmlər Akademiyası yaxınlığında “Kristal”ın mərkəzi satış ofisi açıldı!

Təranə Musaya ƏSƏBİLƏŞDİ: “Məndən icazəsiz..." - VİDEO

Təranə Musaya ƏSƏBİLƏŞDİ: “Məndən icazəsiz..." - VİDEO

Bakıda 83 yaşlı kişi itkin düşdü

Bakıda 83 yaşlı kişi itkin düşdü

Dağ xizəkçimiz Qış Olimpiya Oyunlarının növbəti mərhələsinə adladı

Dağ xizəkçimiz Qış Olimpiya Oyunlarının növbəti mərhələsinə adladı

İsrail hava limanlarını müharibəyə hazırlayır - DETALLAR

İsrail hava limanlarını müharibəyə hazırlayır - DETALLAR

Bakının mərkəzində ingilis azarkeşlərin uzun növbəsi – FOTO

Bakının mərkəzində ingilis azarkeşlərin uzun növbəsi – FOTO

Yeni ixtisas açılır: Keçid balı bu qədər olacaq

Yeni ixtisas açılır: Keçid balı bu qədər olacaq

End of content

No more pages to load

RADİO