Vardanyan Azərbaycanda əsgərlikdən necə qaçıb?

Əsl soyadı Keşiş Balyan olan erməni separatçı indi ölkəmizdə 20 il həbs cəzası çəkməyə məhkumdur...

Fevralın 17-də Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı elan olunub.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında R.Vardanyan 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xatırladaq ki, məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror təqsirləndirilən R.Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Orta məktəbi qızıl medalla bitirən, Lomonosov adına Moskva Dövlət Universitetini qırmızı diplomla başa vuran, Harvardda, İtaliyada master-klass öyrənən, nəhayət, uğurlu bir biznesmen həyatında “dönüş” edərək qanunsuz olaraq Qarabağa gələn Vardanyanın “müstəqil artsax uğrunda mübarizəsi”nin sonu 20 illik həbs cəzası ilə nəticələndi.
 

“Rusiyanın adamı” olması haqda onun burnu Xankəndində görünəndən deyilirdi, sonra rəsmi şəkildə də bəyan edildi. O isə bu ittihamları Rusiya vətəndaşlığından imtina etməklə “təmizləmək” istədi, sonra Azərbaycan onun istefasına da nail oldu. Bu artıq ona xəbərdarlıq olmalı idi, amma Vardanyan getmədi və Azərbaycana qarşı revanşist bəyanatlar verməkdə davam etdi. Yalnız antiterror əməliyyatdan 1 ay, ayyarım əvvəl Vardanyan artıq isterik vəziyyətdə idi və gah Paşinyanı, gah separatçıları günahlandırırdı. Bu artıq Vardanyanın aqoniyası idi. Ən son açıqlamasını antiterror əməliyyatından sonra vermişdi. Vardanyan demişdi ki, “erməni silahlıları az qala şir kimi döyüşürdülər, döyüşəcəklər də”.


Vardanyanla Azərbaycanı bağlayan maraqlı faktlar var. Məsələn, Vardanyan MDU-nun birinci kursunu bitirəndən sonra əsgərliyə çağırılıb və Azərbaycanda hərbi hissələrin birinə düşüb.

Özü vaxtilə bu barədə belə danışıb: “Mən Moskva Dövlət Universitetinə qəbul olmuşdum. Birinsi kursdan sonra başqa uşaqlar kimi məni də orduyu götürdülər. Mən Azərbaycana düşdüm. Onda Azərbaycanla Ermənistan arasında müharibə yox idi, amma münasibətlər artıq gərgin idi. Bakıda məni bir erməni praporşik qarşıladı və dedi: ”Ermənistanda xidmət eləmək istəyirsən?" Mən dedim: “İstəyirəm”. O dedi: “300 rubl ver, gedərsən”. Mən: “Yanımda bu qədər pul yoxdur”. O dedi: “Yaxşı, 50 bəsdir”. Cavab verdim: “Mənim yalnız 27 rubl pulum var”. O isə “Bu artıq həyasızlıqdır” dedi və getdi. Onda mənimlə birlikdə qatarda gələn uşaqlar mənə dedilər: “Biz hərəmiz üç rubldan yığmışıq. Götür bu pulu və get Ermənistanda xidmət elə”. Mən həmin 23 rublu bütün həyatım boyu unutmaram".

Beləliklə, Vardanyanın xidmət yerini Ermənistana dəyişiblər. SSRİ dövründə öz ölkəndə xidmət etmək nadir hallarda ola bilərdi, necə olubsa, Vardanyana bu qismət olub.
 

İkinci maraqlı fakt onun soyadı ilə bağlıdır, bunu da özü açıqlayıb. Vardanyanın dediyinə görə, ana tərəfdən gürcü qanı var. Babası və babasının bacısı Türkiyədən köçürüləndə kiçik yaşlı olublar və bir erməni kəndinə gəlib çıxıblar. Onlardan soruşublar ki, atanızın adı nədir, onlar da “Vardan” deyiblər. Vardanyanlar belə artıb, amma özü deyib ki, sonralar kökünü axtarmağa çalışıb. Öyrənib ki, soyadları əslində Keşiş-Balyandır...


Beləcə, Azərbaycanda əsgərlikdən yayınan Keşiş Balyan indi 20 il həbs cəzasını çəkməyə məhkumdur... (“Yeni Müsavat”)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Sənin kirayə qaldığın binada mənim 3 evim var"

"Sənin kirayə qaldığın binada mənim 3 evim var"

Türkiyədə bu adlardan imtina rekord səviyyəyə çatdı - Nifrət edirlər...

Türkiyədə bu adlardan imtina rekord səviyyəyə çatdı - Nifrət edirlər...

İtkin düşən şəxsin meyiti kanalda TAPILDI

İtkin düşən şəxsin meyiti kanalda TAPILDI

Kişi həyat yoldaşını dayanacaqda döydü

Kişi həyat yoldaşını dayanacaqda döydü

Hava kəskin dəyişəcək: temperatur düşə, qar yağa bilər – TARİX

Hava kəskin dəyişəcək: temperatur düşə, qar yağa bilər – TARİX

Bu gecə niyyət axşamıdır - FOTO

Bu gecə niyyət axşamıdır - FOTO

İlham Əliyevdən Qambiya Prezidentinə MƏKTUB

İlham Əliyevdən Qambiya Prezidentinə MƏKTUB

Çempionlar Liqasında bu gün 4 qarşılaşma baş tutacaq

Çempionlar Liqasında bu gün 4 qarşılaşma baş tutacaq

“Mərkəzi Azəri” platformasından nə qədər neft hasil edilib?

“Mərkəzi Azəri” platformasından nə qədər neft hasil edilib?

Teatr idarəçiliyində yeni MƏRHƏLƏ – Nələr DƏYİŞDİ?

Teatr idarəçiliyində yeni MƏRHƏLƏ – Nələr DƏYİŞDİ?

I Qarabağ müharibəsinin daha 17 itkin-şəhidi dəfn olunacaq – FOTO

I Qarabağ müharibəsinin daha 17 itkin-şəhidi dəfn olunacaq – FOTO

“Arsenal”ın skautları Bakıya GƏLDİ

“Arsenal”ın skautları Bakıya GƏLDİ

Rusiyanın dağıtdığı Odessa – FOTO

Rusiyanın dağıtdığı Odessa – FOTO

Rusiyada hərbi zavod VURULDU - VİDEO

Rusiyada hərbi zavod VURULDU - VİDEO

Daha 3 həkimə plastik cərrah kimi çalışmağa İCAZƏ VERİLDİ

Daha 3 həkimə plastik cərrah kimi çalışmağa İCAZƏ VERİLDİ

Takaiti yenidən Yaponiyanın baş naziri seçildi

Takaiti yenidən Yaponiyanın baş naziri seçildi

Azərbaycanda vətəndaşların bəzi sənədlərinin haqqını dövlət ödəyəcək?

Azərbaycanda vətəndaşların bəzi sənədlərinin haqqını dövlət ödəyəcək?

“Binə” ticarət mərkəzində dava saldı – HƏBS OLUNDU

“Binə” ticarət mərkəzində dava saldı – HƏBS OLUNDU

Saat 12:00-da işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Saat 12:00-da işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Rusiyada mədəniyyət naziri TUTULDU - FOTO

Rusiyada mədəniyyət naziri TUTULDU - FOTO

Azərbaycan Serbiyanın enerji problemini necə həll etdi? - Aleksandar Miticdən EKSKLÜZİV AÇIQLAMA

Azərbaycan Serbiyanın enerji problemini necə həll etdi? - Aleksandar Miticdən EKSKLÜZİV AÇIQLAMA

Fariz İsmayılzadə: “Mərkəzi Asiya ilə inteqrasiya Azərbaycan üçün sadəcə siyasi bəyanat deyil”

Fariz İsmayılzadə: “Mərkəzi Asiya ilə inteqrasiya Azərbaycan üçün sadəcə siyasi bəyanat deyil”

Bakıda “ayıq sürücü” avtomobildən 11 min manat oğurladı

Bakıda “ayıq sürücü” avtomobildən 11 min manat oğurladı

Dünya bazarlarında neftin qiyməti artdı

Dünya bazarlarında neftin qiyməti artdı

End of content

No more pages to load

RADİO