Bu gün vəzifəsindən azad edilmiş TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun avtomobili maraq doğurub.
Bizim.Media milli.az-a istinadla xəbər verir ki, qurum sədrinin niyə işdən çıxarıldığı açıqlanmayıb.
MÖVZU İLƏ BAĞLI:
TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ
Son olaraq 2025-ci ilin sentyabrında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti TƏBİB-də yoxlamaların aparılması ilə bağlı məlumatlar yayılmışdı.
Vüqar Qurbanovun da vəzifədən azad olunmasının sözügedən yoxlamaların nəticəsilə əlaqəli olması istisna olunmur. İddialara görə yoxlamalar nəticəsində maliyyə pozuntuları aşkarlanıb.
Burada söhbət milyonlarla vəsaitin mənimsənilməsindən gedir.
TƏBİB-in artıq keçmiş olan sədri Vüqar Qurbanovun şəxsi avtomobilinin markasını və nömrəsi aşkarlanıb: 99-VJ-999 nömrəli "BMW X7". Maşının orta bazar dəyəri 250-300 min manatdır.

Bizim.Media