WUF13 çərçivəsində keçiriləcək “Urban Expo” sərgisi üçün müraciətlərin qəbulu davam edir

Azərbaycanda baş tutacaq dünyanın ən nüfuzlu şəhərsalma sərgisi üçün müraciətlərin qəbulu davam edir. 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində təşkil olunacaq “Urban Expo” sərgisi üçün son müraciət tarixi 31 martdır.

Bizim.Media xəbər verir ki, iştirak ərizələri onlayn şəkildə qəbul olunur və “ilk müraciət edənə üstünlük” prinsipi əsasında nəzərdən keçirilir. 

Bu baxımdan, sərgidə iştirak üçün erkən müraciət etmək tövsiyə olunur. Qeyd edək ki, hər kateqoriya üzrə yalnız bir müraciət məqbul sayılır.
 

Beynəlxalq miqyasda on minlərlə ziyarətçinin iştirak edəcəyi sərgi dayanıqlı şəhər inkişafına dair qabaqcıl yanaşmaların qlobal auditoriyaya təqdim edilməsi baxımından unikal platforma rolunu oynayacaq.


35 min kvadratmetr sahədə təşkil olunacaq sərgidə ölkələr, şəhərlər, bələdiyyələr, regional qurumlar, BMT təşkilatları, akademik institutlar, beynəlxalq maliyyə və vətəndaş cəmiyyəti təşkilatları, fondlar və özəl şirkətlər iştirak edə biləcək.

Kiçik stendlərdən tutmuş genişmiqyaslı ölkə və şəhər pavilyonlarınadək müxtəlif formatlarda təqdim olunacaq sərgi layiqli mənzil təminatı, iqlimə davamlılıq, rəqəmsal innovasiyalar və inklüziv şəhər inkişafı kimi prioritet mövzular ətrafında qlobal iştirakçıları bir araya gətirəcək. Sərgi çərçivəsində müasir şəhərlərin üzləşdiyi əsas problemlərə dair praktik və innovativ həllərin nümayişi nəzərdə tutulur.

Həmçinin WUF13 çərçivəsində ilk dəfə olaraq Startap Pavilyonu və WUF Akademiyası kimi yeniliklər təqdim ediləcək.

Qeydiyyat və əlavə məlumat üçün “Urban Expo” səhifəsinə daxil olmaq və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əhaliyə XƏBƏRDARLIQ: Bu gün və ya fevralın 17-də...

Əhaliyə XƏBƏRDARLIQ: Bu gün və ya fevralın 17-də...

Hüseynov qardaşlarının anası ermənidir – FOTOFAKT

Hüseynov qardaşlarının anası ermənidir – FOTOFAKT

Prezidentin Serbiyaya səfəri başa çatdı – FOTO

Prezidentin Serbiyaya səfəri başa çatdı – FOTO

Xərçəngdən müalicə alan Simonyanın SON FOTOSU

Xərçəngdən müalicə alan Simonyanın SON FOTOSU

Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ

Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ

ABŞ-da 21 yaşlı ukraynalı qız və sevgilisi güllələndi – FOTO

ABŞ-da 21 yaşlı ukraynalı qız və sevgilisi güllələndi – FOTO

“Qarabağ” – “Nyukasl” oyununun hakimləri açıqlandı

“Qarabağ” – “Nyukasl” oyununun hakimləri açıqlandı

Dua Lipa nişanlısı ilə yaxtada belə dincəlir – FOTO

Dua Lipa nişanlısı ilə yaxtada belə dincəlir – FOTO

OpenClaw-un yaradıcısı ChatGPT-nin komandasına qoşuldu

OpenClaw-un yaradıcısı ChatGPT-nin komandasına qoşuldu

Hadrut və Qırmızı Bazarda daha 30 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Hadrut və Qırmızı Bazarda daha 30 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

DİQQƏT! Sabah Azərbaycanda onminlərlə abonent QAZSIZ QALACAQ

DİQQƏT! Sabah Azərbaycanda onminlərlə abonent QAZSIZ QALACAQ

Xocalı şəhərinə daha 149 nəfər qayıtdı – FOTO

Xocalı şəhərinə daha 149 nəfər qayıtdı – FOTO

Fransa casusunun məhkəməsinə bəzi şahidlər MƏCBURİ gətiriləcək

Fransa casusunun məhkəməsinə bəzi şahidlər MƏCBURİ gətiriləcək

19 azərbaycanlı Ermənistanda 35 saat ərzində nələr yaşayıb? – Bütün DETALLAR

19 azərbaycanlı Ermənistanda 35 saat ərzində nələr yaşayıb? – Bütün DETALLAR

TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ

TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ

Telegram bir gündə 200 mindən çox qrup və kanalı blokladı

Telegram bir gündə 200 mindən çox qrup və kanalı blokladı

Bakıda çoxmərtəbəli binada YANĞIN: Sakinlər təxliyə olundu – VİDEO

Bakıda çoxmərtəbəli binada YANĞIN: Sakinlər təxliyə olundu – VİDEO

Sosial müavinətlə bağlı RƏSMİ MƏLUMAT

Sosial müavinətlə bağlı RƏSMİ MƏLUMAT

Nəriman Axundzadənin ABŞ-yə səfəri gecikir - SƏBƏB

Nəriman Axundzadənin ABŞ-yə səfəri gecikir - SƏBƏB

Sabah 23 dərəcə isti olacaq – PROQNOZ

Sabah 23 dərəcə isti olacaq – PROQNOZ

Səfirliyin divarları arxasında: Emin Hüseynov dosyesi

Səfirliyin divarları arxasında: Emin Hüseynov dosyesi

Ağstafada villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – FOTO

Ağstafada villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – FOTO

Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində - FOTO

Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində - FOTO

Rüstəm Məmmədov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Rüstəm Məmmədov yüksək vəzifəyə TƏYİN EDİLDİ

End of content

No more pages to load

RADİO