Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 kilometr/saat endirilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.
Eyni zamanda, bütün tablolarda “Dumanlı hava” xəbərdarlıq siqnalı işə salınıb.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Bizim.Media