Bakıda 3 yeni stansiya inşa ediləcək – Bu ərazilərdən keçəcək

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”.

Bizim.Media “baku.ws”ə istinadla xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilib ki, bu stansiyalardan 6-sı Bənövşəyi, 4-ü isə Yaşıl xətt üzərində yerləşəcək:

“Bu stansiyalardan birinin inşası 2026-cı ildə tamamlanacaq. Cəlil Məmmədquluzadə küçəsində yerləşən layihə adı “B-04” olan stansiyanın inşasının son mərhələsi davam etdirilir. Tikintinin norma və qaydalarına uyğun olaraq, hazırda son keçidlər və stansiyadaxili xidməti zonalar inşa olunur və tamamlama işlərinə hazırlıq görülür. 

Eyni zamanda infrastrukturun qurulması işləri də aparılır. Bu xüsusda bu stansiyanı “8 Noyabr” stansiya ilə birləşdirən tunellərdə yol infrastrukturu qurulub, stansiyadaxili eskalatorlar quraşdırılıb, havalandırma, yanğınsöndürmə, videomüşahidə sistemlərinin, elektrik yarımstansiyasının quraşdırılması işləri aparılır.

Digər 9 stansiyanın layihələndirmə işləri də yekunlaşmaq üzrədir.

İl ərzində hər iki xətt üzrə stansiyaların inşasına qanunvericiliyin tələbinə uyğun prosedurlar yekunlaşdırılmaqla başlanması nəzərdə tutulub. Stansiyalara adların verilməsi “Bakı Metropoliteni” QSC-nin səlahiyyətində deyil. Bənövşəyi xətt üzrə “Nizami”, “Sahil” və “Xətai” stansiyalarına keçid funksiyası daşıyan stansiyalar adları çəkilən stansiyaların yaxınlığında yerləşəcək. Bu xətt üzrə daha bir stansiya Mərkəzi Neftçilər Xəstəxanasının, digəri isə Babək prospektində “Ağ şəhər” layihəsi ərazisində olacaq.

Yaşıl xətt üzrə “Xətai” stansiyasından sonra Qırmızı xəttin mövcud “Həzi Aslanov” stansiyasına keçid funksiyası daşıyacaq “Y-17” (“Həzi Aslanov-2” kimi tanınan) stansiyası da daxil olmaqla daha 3 stansiya inşa olunacaq. Bu stansiyalar Nizami Gəncəvi parkının yaxınlığında, digəri 8 Noyabr prospekti və Süleyman Əhmədov küçələrinin kəsişməsində, digəri isə Bakı Avtomobil Zavodunun da yerləşdiyi (“Nargilə” kafesinin yaxınlığı) ərazinin yaxınlığında inşa ediləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Keçmiş həyat yoldaşını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Keçmiş həyat yoldaşını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Donald Tramp Krıma gələcək?

Donald Tramp Krıma gələcək?

Universitetlərə qəbul imtahanı üçün qeydiyyat BAŞLAYIR - TARİX AÇIQLANDI

Universitetlərə qəbul imtahanı üçün qeydiyyat BAŞLAYIR - TARİX AÇIQLANDI

Rutte Rusiyanı NATO üçün uzunmüddətli təhlükə adlandırdı

Rutte Rusiyanı NATO üçün uzunmüddətli təhlükə adlandırdı

DYP-dən dumanlı hava ilə bağlı MÜRACİƏT

DYP-dən dumanlı hava ilə bağlı MÜRACİƏT

Kifayət Mustafayeva UEFA-dan TƏYİNAT ALDI

Kifayət Mustafayeva UEFA-dan TƏYİNAT ALDI

Makron Moskvaya səfər edəcək?

Makron Moskvaya səfər edəcək?

ABŞ nüvə reaktorunu sınaqdan keçirir – Pentaqonun MƏQSƏDİ NƏDİR? - FOTO

ABŞ nüvə reaktorunu sınaqdan keçirir – Pentaqonun MƏQSƏDİ NƏDİR? - FOTO

Bu dəqiqələrdə Bakı: Dumandan göz-gözü görmür - FOTO

Bu dəqiqələrdə Bakı: Dumandan göz-gözü görmür - FOTO

Bakıda oğul anasını döydü - TƏFƏRRÜAT

Bakıda oğul anasını döydü - TƏFƏRRÜAT

İtaliyada "Sevgililər Tağı" qayası UÇDU - FOTO

İtaliyada "Sevgililər Tağı" qayası UÇDU - FOTO

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Martın 9-u qeyri-iş GÜNÜDÜR?

Martın 9-u qeyri-iş GÜNÜDÜR?

Tələbə qızlar dəm qazından zəhərləndi

Tələbə qızlar dəm qazından zəhərləndi

FHN-in ehtiyatda olan general və mayoruna hökm oxundu

FHN-in ehtiyatda olan general və mayoruna hökm oxundu

Qızıl ucuzlaşdı

Qızıl ucuzlaşdı

“Jiquli”də gündəm olan ahıl cütlüyün 8 övladı, 14 nəvəsi var – VİDEO

“Jiquli”də gündəm olan ahıl cütlüyün 8 övladı, 14 nəvəsi var – VİDEO

"Şamaxı" bu gün "Turan Tovuz"u sınağa çəkəcək

"Şamaxı" bu gün "Turan Tovuz"u sınağa çəkəcək

Bakıda absurd mənzərə: Piyada zolağı var, amma keçməyə yer yoxdur – VİDEO

Bakıda absurd mənzərə: Piyada zolağı var, amma keçməyə yer yoxdur – VİDEO

Arzu Əliyeva bədii-yaradıcılıq gecəsində - VİDEO

Arzu Əliyeva bədii-yaradıcılıq gecəsində - VİDEO

Partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən ÇAĞIRIŞ

Partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən ÇAĞIRIŞ

Tovuzda kafe əşyaları ilə birgə yanaraq külə döndü

Tovuzda kafe əşyaları ilə birgə yanaraq külə döndü

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Yasamalda avtomobil yandı

Yasamalda avtomobil yandı

End of content

No more pages to load

RADİO