Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirildi

15 fevral 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib.

Bizim.Media xəbər verir ki, imtahan elektron formada kompüterlər vasitəsilə keçirilib. İlkin məlumatlara əsasən 1 nəfərin üzərində yardımçı vasitələr (konspekt) aşkar olunduğu üçün imtahandan kənarlaşdırılıb.

İmtahanın keçirilməsi üçün ümumilikdə 2 bina, 3 zal admini, 2 ümumi imtahan rəhbəri, 21 nəzarətçi, 3 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb. Yekun imtahan nəticələri "Danışıq bloku" imtahanı keçiriləndən iki həftə sonra elan olunacaq.

Qeyd 1. Fevralın 15-də keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olub. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahan fevralın 19-da keçiriləcək. Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar.
 

Qeyd 2. Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir.


Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

Qeyd 3. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru və danışıq bloku imtahanı fevralın 16-da keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Terrorçular bu ölkədə 32 dinc sakini qətlə yetirdi

Terrorçular bu ölkədə 32 dinc sakini qətlə yetirdi

"Haber Global" İlham Əliyevin Münhen görüşləri barədə reportaj hazırladı - VİDEO

"Haber Global" İlham Əliyevin Münhen görüşləri barədə reportaj hazırladı - VİDEO

Bu insanlar üçün sabah hava necə olacaq?

Bu insanlar üçün sabah hava necə olacaq?

İlham Əliyevin Aleksandar Vuçiç ilə təkbətək görüşü keçirilir - FOTO

İlham Əliyevin Aleksandar Vuçiç ilə təkbətək görüşü keçirilir - FOTO

İlham Əliyev Belqradda Heydər Əliyevin və serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət etdi

İlham Əliyev Belqradda Heydər Əliyevin və serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət etdi

Gənc əsgərlərin andiçmə mərasimləri keçirildi

Gənc əsgərlərin andiçmə mərasimləri keçirildi

İranda bir neçə idmançı saxlanıldı

İranda bir neçə idmançı saxlanıldı

Çin Britaniya və Kanada vətəndaşları üçün vizanı ləğv etdi

Çin Britaniya və Kanada vətəndaşları üçün vizanı ləğv etdi

“Sabah” NTD-yə qalib gəlib

“Sabah” NTD-yə qalib gəlib

Avropada ən yüksək aylıq pensiya verilən ölkələr – SİYAHI

Avropada ən yüksək aylıq pensiya verilən ölkələr – SİYAHI

Magistraturaya qəbul imtahanı keçirildi

Magistraturaya qəbul imtahanı keçirildi

Bali adası rusiyalı cinayətkarlar üçün sığınacağa çevrilir

Bali adası rusiyalı cinayətkarlar üçün sığınacağa çevrilir

İlham Əliyev Serbiyada belə qarşılandı - FOTO/VİDEO

İlham Əliyev Serbiyada belə qarşılandı - FOTO/VİDEO

Moskvaya doğru DRONLAR uçur

Moskvaya doğru DRONLAR uçur

“Qarabağ”ın rəqibi kubokda mərhələ adladı

“Qarabağ”ın rəqibi kubokda mərhələ adladı

ABŞ-ın daha bir hərbi bazası Suriyanın nəzarətinə keçdi

ABŞ-ın daha bir hərbi bazası Suriyanın nəzarətinə keçdi

“Şəhər uçurumun astanasındadır”: Kliçkodan Kiyevlə bağlı narahatedici AÇIQLAMA

“Şəhər uçurumun astanasındadır”: Kliçkodan Kiyevlə bağlı narahatedici AÇIQLAMA

Ukraynanın sabiq naziri qatardan düşürülərək saxlanıldı

Ukraynanın sabiq naziri qatardan düşürülərək saxlanıldı

Kallas: “Rusiya zəifləyib, iqtisadiyyatı ağır vəziyyətdədir”

Kallas: “Rusiya zəifləyib, iqtisadiyyatı ağır vəziyyətdədir”

Sabahdan metro və avtobuslarda sıxlıq OLACAQ

Sabahdan metro və avtobuslarda sıxlıq OLACAQ

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirildi

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirildi

Ər-arvad ən çox hansı yaşda bir-birinə xəyanət edir?

Ər-arvad ən çox hansı yaşda bir-birinə xəyanət edir?

“Real” dogma meydanda qələbə qazandı - VİDEO

“Real” dogma meydanda qələbə qazandı - VİDEO

Şair Musa Ələkbərli VƏFAT ETDİ - FOTO

Şair Musa Ələkbərli VƏFAT ETDİ - FOTO

End of content

No more pages to load

RADİO