“İndi radiolarda nəinki nadir, heç ortabab səslərə də rast gəlinmir” - Qulu Ağsəslə MÜSAHİBƏ

13 fevral – Beynəlxalq Radio Günüdür. Bu əlamətdar günlə əlaqədar şair-publisist Qulu Ağsəslə söhbətləşdik. Çoxları onun radioda çalışdığını bilmir. Belə bir gündə oxuculara şairin radiodan keçən yolunu tanıtmaq istədik.  

– Sizi şair kimi tanımışıq. Necə oldu ki, yolunuz radiodan keçdi?

– Ömründə ağlıma gəlməzdi ki, radioada işləyəm. O vaxt AzTV-nin sədr müavini, radionun rəhbəri yazıçı Mövlud Süleymanlı mənim səsimi hansısa proqramda eşidib, jurnalistə deyib ki, onu tapın. Məni çağırdı, təkidlə ədəbi dram şöbəsinə dəvət elədi. Gəldim, elə oldu ki, ilk veriliş uğurlu alındı, kollektivi də sevdim.

Həmin vaxtı radioda xeyli qələm adamı çalışırdı, hətta oranı ikinci Yazıçılar Birliyi adlandırmaq olardı. Beləcə 5 ilim orada keçdi. İşdən ayrılandan sonra da bir müddət orda müəllif proqramım yayımlanırdı. Ayda bir dəfə o verilişi aparırdım.

– Təkrar təklif olsa, yenidən radioya qayidarsınız?

– Düzünü deyim ki, mən radionu çox sevirəm. Həmişə onu televiziya ilə müqayisə edəndə dinləyicilər, oxuçular, tamaşaçılar televiziyanı ilk yerə qoyurlar, radionu isə ikinci sıraya. Mənim üçün isə radio televiziya ilə müqayisədə birinci yerdədir. Televiziya eqoistdir, özünə vurğundur. Radioda çalışanlar daha təvazökardırlar. Mən onların hamısını igid adlandıram, çünki belə bir məsəl var deyir, igidin adını eşit, üzünü görmə…


Onlar səsini eşidib üzünü görmədiyimiz adamlardır. Həm də həmişə radioda maaş aşağı olub, ona baxmayaraq bu peşəni sevənlər, sənəti sevənlər orada qalıb çalışırlar. Radioda, əlbəttə, yaxşı bir proqram olsa, böyük məmnuniyyətlə aparardım. Asan Radio açılanda o vaxt bir layihə təklif eləmişdim onların rəhbərliyinə. Dedi, göndər, göndərdim, sonra ümumiyyətlə, cavab gəlmədi. Yəni o yerdən ki səs gəlməliydi, səs gəlmədi.

– Günümüzdə texnologiya, informasiya bolluğu fonunda radio necə görünür? Əvvəlki ağırlığı qalıbmı?

– Bu gün radio get-gedə öz auditoriyasını genişləndirir. Taksilərdən çox istifadə edirəm. Demək olar ki, bütün taksi sürücüləri radioya qulaq asırlar. Bildiyim qədərilə şəxsi avtomobillərdə, digər ictimai nəqliyyatda da həmçinin. Çünki radionun qəribə bir xüsusiyyəti var, o insana mane olmur. Amma ekran, yəni televiziya mane olur. Televiziyaya baxa-baxa dəqiq iş görə bilmirsən, gözün qalır ekranda. Amma radionun belə bir maneəsi yoxdur, bu da onun üstün özəlliyidir.

İş orasındadır ki televiziyada baxılası veriliş də qalmayıb. İnsanlar eyni simalara baxmaqdan beziblər deyə radioya qulaq asmağa üstünlük verirlər. Amma bununla bərabər mən Azərbaycan radiosunun klassik formada qalmasını istərdim. Görürəm onu çox müasir formalara dartırlar, amma ənənəvi formada daha yaxşıdır. Çünki yetərincə yeni radio dalğaları var və onlar müasir tələblərə uyğun əyləncə verilişlər, müsiqilər verirlər. Amma Azərbaycan radiosunun qabaqkı üslubunda qalıb dilimizin statusunu qoruması daha yaxşı olardı.


– Beynəlxalq radio günündə keçmiş həmkarlarınıza və radio aparıcısı olmaq istəyən gənclərə nə demək istərdiniz?


– Beynəlxalq radio günündə dünyasını dəyişmiş keçmiş həmkarlarıma Allahdan rəhmət diləyirəm. O vaxtdan qalıb hələ də işləyənlərə uzun ömür, can sağlığı arzulayıram. Radio aparıcısı olmaq istəyən gənclərə demək istəyirəm ki, ilk növbədə bu peşəni sevməlidirlər. Çalışıb peşəkar olmalıdırlar.

Burda əsas şərtlər var, əvvəla onların səsi radioya uyğun gəlməlidir. Çox təəssüf ki, indi radiolarda nəinki nadir məlahətli səslərə, hətta ortabab səslərə də az rast gəlirəm. Səsdən başqa radio aparıcısının diksiyası, tələffüzü də yaxşı olmalıdır. Söz ehtiyatları olmalıdır.

Bir şeyi nəzərə almaq lazımdır ki, bu televiziya deyil ki, görüntüylə nəyisə ört-basdır etsinlər. Dinləyici yalnız səsi eşidir. Amma gənc aparcıılar anlamalıdırlar ki, səs təkcə eşidilməməlidir, onun görünmək bacarığı da olmalıdır. Mən gənclərə öz səsləri ilə həm eşidilməyi, həm də görünməyi arzu edirəm.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan çempionatının son 1/4 finalçıları AÇIQLANDI

Azərbaycan çempionatının son 1/4 finalçıları AÇIQLANDI

Gənclər arasında saç tökülməsi halları niyə çoxalır? - SƏBƏB

Gənclər arasında saç tökülməsi halları niyə çoxalır? - SƏBƏB

Məşhurlar Röyanın villasında QONAQ OLDULAR - FOTO

Məşhurlar Röyanın villasında QONAQ OLDULAR - FOTO

Abşeronda qanunsuz aparılan tikinti işlərinin qarşısı alındı - FOTO

Abşeronda qanunsuz aparılan tikinti işlərinin qarşısı alındı - FOTO

Sürücülərin DİQQƏTİNƏ: Bu yolda sürət həddi endirildi

Sürücülərin DİQQƏTİNƏ: Bu yolda sürət həddi endirildi

Misli Premyer Liqasında 6 oyunun HAKİMLƏRİ

Misli Premyer Liqasında 6 oyunun HAKİMLƏRİ

Ağcabədidəki qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Ağcabədidəki qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Türk iş adamı salyanlı ortağına 600 min manat ziyan vurdu - DETALLAR/VİDEO

Türk iş adamı salyanlı ortağına 600 min manat ziyan vurdu - DETALLAR/VİDEO

Bu gündən aeroport yolu BAĞLANIR

Bu gündən aeroport yolu BAĞLANIR

“Rusiya Ukrayna ilə razılaşmaq istəyir və Zelenski artıq qərar verməlidir” - Tramp

“Rusiya Ukrayna ilə razılaşmaq istəyir və Zelenski artıq qərar verməlidir” - Tramp

"Gənclik Mall"ın ətrafı tam dəyişəcək - AÇIQLAMA

"Gənclik Mall"ın ətrafı tam dəyişəcək - AÇIQLAMA

Prezident: “İlk dəfədir ki, bu tədbirdə sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm” - VİDEO

Prezident: “İlk dəfədir ki, bu tədbirdə sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm” - VİDEO

"Barselona" Avropa Klublar Assosiasiyasına QAYITDI

"Barselona" Avropa Klublar Assosiasiyasına QAYITDI

Ağcabədidə zəncirvari qəza olub, ölən və yaralılar var - FOTO

Ağcabədidə zəncirvari qəza olub, ölən və yaralılar var - FOTO

Nadir 55 yaşını QEYD ETDİ: “Ruhən cavanam, enerjiliyəm” - VİDEO

Nadir 55 yaşını QEYD ETDİ: “Ruhən cavanam, enerjiliyəm” - VİDEO

İlham Əliyev: “Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq” - VİDEO

İlham Əliyev: “Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq” - VİDEO

İngiltərədə yanvarın ƏN YAXŞI məşqçisi seçildi

İngiltərədə yanvarın ƏN YAXŞI məşqçisi seçildi

Prezident: “Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir”

Prezident: “Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir”

Prezident şərti AÇIQLADI: Bu halda sülh müqaviləsi imzalanacaq - VİDEO

Prezident şərti AÇIQLADI: Bu halda sülh müqaviləsi imzalanacaq - VİDEO

İlham Əliyev: “Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir” - VİDEO

İlham Əliyev: “Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir” - VİDEO

Ceyhun Bayramov Münxendə Tramp Marşrutu layihəsinin əhəmiyyətindən DANIŞDI

Ceyhun Bayramov Münxendə Tramp Marşrutu layihəsinin əhəmiyyətindən DANIŞDI

Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - YENİLƏNİB/VİDEO

Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - YENİLƏNİB/VİDEO

Ofelya Şabanovadan iddialara CAVAB: “16 yaşında uşaq ailə dağıda bilər?”- VİDEO

Ofelya Şabanovadan iddialara CAVAB: “16 yaşında uşaq ailə dağıda bilər?”- VİDEO

İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb

İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb

End of content

No more pages to load

RADİO