Bu məhsulları südlə qarışdırmaq OLMAZ - Sağlamlığa ziyan vurur

Süd kalsiumla zəngin unikal məhsuldur. Öz-özlüyündə zülal, yağ və karbohidrat ehtiva edən tam dəyərli qidadır. Həzm problemləri çox vaxt südün keyfiyyətindən deyil, onun düzgün əlavələrlə birləşdirilməməsindən yaranır.  Bəzi məhsullarla birlikdə süd laxtalana, faydalı maddələrin təsirini azalda və ya köp yarada bilər.

Bizim.Media xəbər verir ki, bu barədə aif.ru-ya farmasevtika elmləri namizədi, fitokimya üzrə mütəxəssis İqor Sokolskı danışıb.

Südlə birlikdə istifadəsi arzuolunmayan məhsulların siyahısını təqdim edirik:

1. Duzlu balıq

Duz mayeni çəkir, süd zülalı (kazein) isə duzla təmasda sıx və çətin həzm olunan laxtalara çevrilir. Nəticədə yüngül içki əvəzinə mədədə ağır kütlə yaranır. Bu, köp, ağırlıq və qarında “daş” hissi yarada bilər.  Odur ki, duzlu balıq və süd qəbulu arasında minimum 2–3 saat fasilə olmalıdır.

2. Sitrus meyvələri və turş meyvələr (portağal, limon, kivi)

Bir çoxları südlü-meyvəli kokteylləri sevir, lakin burada texnologiya vacibdir. Əgər sadəcə portağal dilimini yeyib üstündən süd içsəniz (və ya turş alma yedikdən dərhal sonra təzə süd içsəniz), turşu südün dərhal laxtalanmasına səbəb olacaq.

Süd hələ ağızda və ya qida borusunda kəsilə bilər. Bu təhlükəli deyil, amma mədə yanması və gəyirmə yarada bilər. Sənaye üsulu ilə hazırlanan smuzilər stabilizatorlarla və ya artıq mayalanmış məhsul olan yoqurtla hazırlanır.

3. Qovun (yemiş)

Qovun ağır məhsuldur və dietoloqlar onu ayrı yeməyi məsləhət görürlər. Süd və qovun birlikdə bağırsaq hərəkətliliyinə böyük yük yaradır. Hər iki məhsul bağırsağa “yumşaldıcı” təsir göstərsə də, birlikdə uyğunlaşmır. Nəticədə ishal, köp və spazmlar yaranır. Bu ikili birlikdə klassik həzmsizlik nümunəsidir.

4. Acı ədviyyatlar və xardal

Acı qidalar selikli qişanı qıcıqlandırır. Süd belə mühitdə qoruyucu təsir göstərməyə çalışsa da, turşuluq səbəbindən tez laxtalanır və qoruyucu funksiyasını yerinə yetirə bilmir. Nəticədə xoşagəlməz dad yaranır.

5. Kolbasa və sosiska məmulatları

Süd yağların parçalanmasını ləngidir və kolbasada çox olan nişastanın həzmini çətinləşdirir. “Yağ + duz + zülal” birləşməsi mədəaltı vəzi üçün ağır yükdür.

6. Şokolad və şirin un məmulatları (bulkalar, vafli)

Bu, daha çox həzmə deyil, çəkiyə təsir edir. Südün özündə laktoza (şəkər) var. Şirin xəmir isə “sürətli” karbohidrat mənbəyidir. Birlikdə bu, qanda insulin səviyyəsinin kəskin artmasına səbəb olan “karbohidrat bombası” yaradır.

Bundan əlavə, şokoladdakı taninlər kalsiumun mənimsənilməsini azaldır. Südü şokoladla içmək dadlıdır, amma gözlənilən qədər kalsium faydası verməyə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb?

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb?

Birinci Liqa: Mərkəzi oyunda qalib müəyyənləşmədi

Birinci Liqa: Mərkəzi oyunda qalib müəyyənləşmədi

Bərdədə AĞIR QƏZA: Bir nəfər ölüb, iki yaralı var - FOTO

Bərdədə AĞIR QƏZA: Bir nəfər ölüb, iki yaralı var - FOTO

Moskva hava limanlarında təxminən 50 reys GECİKİR - VİDEO

Moskva hava limanlarında təxminən 50 reys GECİKİR - VİDEO

"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet SATILIB?

"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet SATILIB?

Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU

Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU

"Neftçi" - "Qarabağ" oyunu TƏXİRƏ SALINDI

"Neftçi" - "Qarabağ" oyunu TƏXİRƏ SALINDI

Bu məhsulları südlə qarışdırmaq OLMAZ - Sağlamlığa ziyan vurur

Bu məhsulları südlə qarışdırmaq OLMAZ - Sağlamlığa ziyan vurur

Lökbatanda yaşayış binası yanıb, sakinlər təxliyə olunub - VİDEO

Lökbatanda yaşayış binası yanıb, sakinlər təxliyə olunub - VİDEO

Yeni mərhələ BAŞLAYIR: 5 bürc üçün əsl dönüş nöqtəsi olacaq

Yeni mərhələ BAŞLAYIR: 5 bürc üçün əsl dönüş nöqtəsi olacaq

“Real”da Mbappe ŞOKU

“Real”da Mbappe ŞOKU

Ərdoğan müxalifət deputatlarının parlament tribununu ələ keçirməsini xuliqanlıq ADLANDIRDI

Ərdoğan müxalifət deputatlarının parlament tribununu ələ keçirməsini xuliqanlıq ADLANDIRDI

Gəncədə maşın iki qadını XƏSTƏXANALIQ ETDİ

Gəncədə maşın iki qadını XƏSTƏXANALIQ ETDİ

Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ

Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ

Fatimə övladları ilə tətilə GETDİ - VİDEO

Fatimə övladları ilə tətilə GETDİ - VİDEO

YAP Ramiz Mehdiyevə görə iclas KEÇİRƏCƏK

YAP Ramiz Mehdiyevə görə iclas KEÇİRƏCƏK

Sumqayıtda ayaqqabı təmiri köşkü YANDI - VİDEO

Sumqayıtda ayaqqabı təmiri köşkü YANDI - VİDEO

“Prezident İlham Əliyevin xarici siyasət kursu Azərbaycanı qlobal proseslərin mühüm iştirakçısına çevirir” - Fərid Şahbazlı

“Prezident İlham Əliyevin xarici siyasət kursu Azərbaycanı qlobal proseslərin mühüm iştirakçısına çevirir” - Fərid Şahbazlı

Balotelli yeni klubunda irqçi təhqirlərə MƏRUZ QALDI

Balotelli yeni klubunda irqçi təhqirlərə MƏRUZ QALDI

End of content

No more pages to load

RADİO