Gəncədə iki piyada qadının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Ləman Hüseynova və Gədəbəy rayon sakini 1979-cu il təvəllüdlü Ruhiyyə Məmmədovanı vurub.
Hər iki şəxs Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu