Ramiz Mehdiyev, AXCP sədri Əli Kərimli, partiyanın üzvləri - Fuad Qəhrəmanlı, Qənimət Zayıdov və başqaları 2013-cü ildə Prezident seçkilərində həmin vaxt Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürdükdən sonra “Demokratik Qüvvələrin Milli Şurası” (Milli Şura) adlı təşkilat yaradılıb və bundan sonrra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi iğtişaşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olunmaması, ictimai qaydanın, nəqliyyat, müəssisə, idarə və təşkilatların işinin pozulması istiqamətində fəaliyyət göstəriblər.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd edilib ki, həmçinin bu məqsədlə respublikanın müxtəlif rayonlarından insanların cəlb edilməsi üçün həmin şəxslər AXCP üzvü İbrahim Məmməd və digərləri vasitəsilə qəbul etdikləri 933.828,40 manat məbləğində pul vəsaitini, o cümlədən Ramiz Mehdiyev və Abbas
Abbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərin törədilməsinə yönəldiblər.
Bizim.Media