Svetoforun qadağanedici işarəsində hərəkəti davam etdirən minik avtomobili svetofora çırpılıb.
Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hadisə gecə saatlarında Nəsimi rayonu, 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində baş verib.
Nəticədə 1 ədəd nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb. Svetoforun yenilənməsi istiqamətində işlərə başlanılıb.
Qeyd edək ki, ötən il ərzində Bakı şəhərinin inzibati ərazisində yerləşən küçə və prospektlərdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində svetoforlara ziyan dəyib və ya onlar yararsız vəziyyətə düşüb.
Bizim.Media