Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi (DİM) 15 fevral 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) keçirəcək.

DİM-dən Bizim.Media-ya verilən xəbərə görə, imtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 88 binada təşkil olunacaq.

Bakalavrların imtahan verəcəyi yer onların “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.

İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahan başlanandan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nәzarәtçisi tәrәfindәn yığılır.

Bundan sonra iştirakçılara xarici dil fənni üzrə yazı işi (esse) vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.

Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunur. Ona görə də optik qurğuların tələblərinə əsasən, cavab kartını qara vә ya tünd göy rәngdә yazan mürәkkәb axıtmayan diyircәkli qәlәmlә, yaxud tünd rəngdə yazan sadә karandaşla doldurmaq lazımdır. Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır. Təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq. Bununla bağlı tövsiyə olunur ki, cavab kartında cavabları tam əmin olduqdan sonra qeyd edin və ya cavab kartında imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralayın. Cavab kartını zədələmək vә cırmaq olmaz. İmtahan nəticələri ilə əlaqədar apellyasiya müraciətlərinə
baxılarkən göstərilən hallarla bağlı hər hansı müraciət qəbul edilməyəcək.

İmtahan iştirakçıları “Yaddaş kitabçası” ilə buradan tanış ola bilərlər.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə yanvarın 14 dən 26-dək aparılıb. İmtahanda iştirak etmək üçün 22780 bakalavr ərizə təqdim edib. Onlardan 20790 nəfər Azərbaycan bölməsi, 1990 nəfər rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 15391-i cari ilin, 7389-u isə əvvəlki illərin məzunlarıdır, 47 nəfər xarici ölkə vətəndaşıdır.
 

Qəbul imtahanı Bakıda 64, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 16499, Naxçıvanda 542, Gəncədə 1533, Sumqayıtda 1712, Abşeronda 1235, Mingəçevirdə 828, Lənkəranda 431 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 88 ümumi rəhbər, 248 imtahan rəhbəri, 2069 nəzarətçi, 297 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.


İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar fevralın 5-dən etibarən DİM-in internet saytına daxil olub “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

- “İmtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədlər arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaqlar.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri və mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binaları yoxlanılır, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə fevralın 14-də imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ klubu Nəriman Axundzadəni əvəzedici heyətə göndərdi

ABŞ klubu Nəriman Axundzadəni əvəzedici heyətə göndərdi

Əli Kərimli belə saxlanılıb – ANBAAN VİDEO

Əli Kərimli belə saxlanılıb – ANBAAN VİDEO

Qızını həbsdən qurtarmaq istəyən ana fırıldaqçının toruna düşdü

Qızını həbsdən qurtarmaq istəyən ana fırıldaqçının toruna düşdü

Fermerlərə ŞAD XƏBƏR!

Fermerlərə ŞAD XƏBƏR!

Fuad Qəhrəmanlıdan Milli Məclisi ələ keçirmək planı ilə bağlı SENSASİON ETİRAF – VİDEO

Fuad Qəhrəmanlıdan Milli Məclisi ələ keçirmək planı ilə bağlı SENSASİON ETİRAF – VİDEO

Qənimət Zahid: “Əli Kərimli hakimiyyətə gələndən sonra KTMT-yə qoşulmağa razılıq verəcək” – VİDEO

Qənimət Zahid: “Əli Kərimli hakimiyyətə gələndən sonra KTMT-yə qoşulmağa razılıq verəcək” – VİDEO

Bu marşrut xətti üzrə avtobuslar yeniləndi – FOTO

Bu marşrut xətti üzrə avtobuslar yeniləndi – FOTO

Ramiz Mehdiyevlə xarici kəşfiyyət orqanının əməkdaşı arasında telefon danışığının ANBAAN VİDEOSU

Ramiz Mehdiyevlə xarici kəşfiyyət orqanının əməkdaşı arasında telefon danışığının ANBAAN VİDEOSU

Ramiz Mehdiyevin evindən çıxan milyonlar– VİDEO

Ramiz Mehdiyevin evindən çıxan milyonlar– VİDEO

Beren Saat müğənniliyə başladı – VİDEO

Beren Saat müğənniliyə başladı – VİDEO

“Azəri-Çıraq-Günəşli”dən hasil olunan neftin həcmi açıqlandı

“Azəri-Çıraq-Günəşli”dən hasil olunan neftin həcmi açıqlandı

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi

Bakı–Şamaxı–Yevlax yolunda son vəziyyət necədir? - FOTO

Bakı–Şamaxı–Yevlax yolunda son vəziyyət necədir? - FOTO

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı - VİDEO

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı - VİDEO

Millətlər Liqası: Bu gün millimizin rəqibləri bəlli olacaq

Millətlər Liqası: Bu gün millimizin rəqibləri bəlli olacaq

Sabahın havası - 18 dərəcə isti olacaq

Sabahın havası - 18 dərəcə isti olacaq

Trendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası – FOTO

Trendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası – FOTO

Ağalı sakinlərinin NƏZƏRİNƏ - Martın 13-də…

Ağalı sakinlərinin NƏZƏRİNƏ - Martın 13-də…

Mahir Səfərli BMT-də rəhbər vəzifəyə TƏYİN OLUNDU

Mahir Səfərli BMT-də rəhbər vəzifəyə TƏYİN OLUNDU

Sovet dövrünün Gəncə əfsanəsi: “Dirilən heykəl”in SİRRİ

Sovet dövrünün Gəncə əfsanəsi: “Dirilən heykəl”in SİRRİ

“Mançester Siti” öz meydanında qalib gəldi - VİDEO

“Mançester Siti” öz meydanında qalib gəldi - VİDEO

Təhqirə görə qonşusunu maşında bıçaqladı

Təhqirə görə qonşusunu maşında bıçaqladı

Dünya 6 dəqiqəlik qaranlığa qərq olacaq

Dünya 6 dəqiqəlik qaranlığa qərq olacaq

Nazir "qoca" ləqəbli polkovniki vəzifəsindən azad etdi – FOTO

Nazir "qoca" ləqəbli polkovniki vəzifəsindən azad etdi – FOTO

End of content

No more pages to load

RADİO