Qışın son ayı şimal bölgəsində qeyri-sabit hava şəraiti ilə özünü göstərir.
Son iki gündə müşahidə edilən qarlı, şaxtalı havanı bu gün günəşli hava əvəzləyib.
Qubadakı Regional Şimal-Şərq Hidrometereologiya Mərkəzindən Bizim.Media-ya verilən məlumatda Qrız kəndində qarın hündürlüyünün (köhnədən yağan) 5 sm, Xaltan kəndində isə -4,8 dərəcə şaxta olduğu bildirilib.
Demək olar ki, bölgədə qardan çox, şaxtalı havanın olması diqqət çəkir.
Qarşıda qışın sərt üzünü göstərəcəyi istisna olunmur.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu